Yerdə həyat bir çox səbəbdən məhv ola bilər. Ulduzumuz bizi məhv edə bilər, hər hansı bir böyük asteroid planetlə toqquşa bilər və sairə. Əgər hər hansı bir faktor planetimizdəki bütün həyatı məhv etsə, planet çoxlu dəyişikliklərə uğrayar. Bəs planetdə nə kimi dəyişikliklər baş verəcək? Qısa özət üçün şəkilə baxa bilərsiniz, daha ətraflı öyrənmək üçün isə oxumağa davam edin.
Yerdə yaşayan canlıların planetə təsiri çox böyükdür. İnsanların planetə verdiyi zərəri nəzərə almasaq, bütün canlılar birlikdə bu planetin yaşamasında çox böyük rol oynayır. Canlılar planetin iqliminə, atmosferin kimyəvi tərkibinə, landşafta və çox güman ki, tektonik hərəkətlərə çox böyük təsir edirlər.
Bir sözlə, həyat planetin hər yerində iz buraxıb, necə deyərlər, onu "redaktə" edib. Bəs həyatı götürsək nə dəyişər? Hər şey, həyatsız bir Yer illər sonra qonşu planet Veneradan fərqlənməz.
İndi deyək ki, Yerdəki bütün canlılar öldü. Heyvanlar, həşəratlar, bitkilər, dənizlərdə olan yosunlar, torpağın dərinliklərində yaşayan mikroorqanizmlər, bir sözlə hər bir canlı eyni anda öldü. İlk əvvəl görəcəyimiz şey, baş verməli olan, lakin artıq baş verməyən bir şey olacaq. Orqanizmlərin çürüməsi əsasən bakteriya və göbələk tərəfindən oldğundan, çürümə çox yavaş olacaq. Tamamilə dayanmayacaq, orqanik molekulların oksigen ilə reaksiyası davam etdiyindən çürümə çox yavaş sürətlə baş verəcək.
Sonradan isə bu hadisənin təsirlərin iqlimdə tez bir zamanda hiss olunacaq. Canlılarsız, Yerdəki iqlim isti və quru olacaq. Əsas səbəb isə havaya su buraxan ağac və otların olmaması və yağışların azalması olacaq. Bitkilərsiz, 1 həftə içərisində Yerin iqlimində çox böyük dəyişikliklər baş verəcək.
Bitkilər həm də planeti soyutmağa kömək etdiyindən bəzi yerlərdə orta temperatur normadan 8 °C çox olacaq.
Bu sadəcə başlanğıcdır. Karbon dioksid atmosferə dolduqca, planet illər keçdikcə daha da istiləşəcək. Bunun səbəbi isə artıq dənizdə karbonu öz bədəninə yığan planktonların olmamasıdır. 20 ildən sonra, atmosferdəki karbon dioksidin səviyyəsi indikindən 3 dəfə çox olacaq. Bu da bir 5 °C qlobal temperatur artımına səbəb olacaq.
Planktonlar başqa bir səbəbdən də Yerdə mühüm idi. Bu mikroorqanizmlər həmçinin okeanların üstündəki atmosferə böyük miqdarda dimetil sulfid birləşməsi buraxırdılar. Bu molekulllar su buxarının buludlarda kondensləşməsində böyük rol oynayırlar. Xüsusilə aşağı hündürlükdə, planetin səthinə istiliyin düşüb və qızdırmasının qarşısını alan sıx buludlarda. Planktonsuz, buludlar daha tünd olacaq və daha çox istilik udacaq. Bu da 2 °C-luq qlobal istiləşməyə səbəb olacaq. Karbon dioksidin artması səbəbindən 5 °C-luq temperatur artımının üstünə bu temperatur artımı gəldikdə isə, Yerdəki buz təbəqələri əriməyə başlayacaq.
Planet istiləşdikcə, daha çox su buxarlanacaq və buna görə də daha çox yağış yağacaq. Lakin yağış hər yerə yağmayacaq. Əvvəllər necə idisə, indi də elə olacaq, quru sahələr quru, yaş sahələr yaş olacaq.
Çaylar da həmiçinin dəyişimə uğrayacaq. Onları sahillərində yerləşən bitkikərin kökləri torpağı erroziyadan qoruyur və çayı sahildən kənara çıxıb landşafta yayılmağa imkan vermir. Bu köklər yox olduqdan sonra isə, çaylar landşafta çıxıb, hər yerə yayılmağa başlayacaq. Planet bu hadisəni 250 milyon il bundan əvvəl görüb. Permiyan kütləvi nəsil kəsilməsində, hansı ki, quruda yaşayan canlıların demək olar ki, hamısı məhv olmuşdu, bu hadisə baş vermişdi.
Canlılar atmosferin kimyəvi tərkibində çox böyük rol oynayırlar. Bitkilərsiz, planktonlarsız və digər karbon udan canlılar olmadan atmosferdəki karbon dioksidin səviyyəsi getdikcə artacaq. Milyonlar il sonra, atmosferdəki karbonun səviyyəsi o qədər çox olacaq ki, temperatur indikindən 50-60 °C artacaq. Bu temperatur bütün buzu əritmək üçün kifayətdir.
Karbon atmosferə dolduqca, oksigen də bir tərəfdən azalacaq. Yeni əmələ gəlmiş Yer planetində molekulyar oksigen demək olar ki, yox idi. Yalnız 2.6-3 milyard ildən sonra yaranan ilk fotosintez prosesləri atmosferə oksigen doldura bildi. Bu fotosintez prosesləri dayandıqdan sonra Yerin atmosferindəki oksigenin miqdarı tədricən azalmağa başlayacaq. Təxminən 10 milyon ildən sonra atmosferdə oksigenin miqdarı indiki oksigenin miqdarının 1%-i olacaq.
Oksigenin azaldığına görə isə, ozon təbəqəsi məhv olacaq. Buna görə də Yerin səthi ultrabənövşəyi şüalara məruz qalacaq.
Oksigensiz planet həmçinin səhralığa dönəcək. Dəmirlə zəngin olan daşlar daha əvvəlki qırmızı rənglərinə oksidləşə bilməyəcəklər. Buna görə də planetin səthi bozumtul rəng alacaq. Lakin pirit və uraninit kimi oksigensiz mühitlərdə yarana bilən minerallar formalaşmağa davam edəcəklər.
Lakin həyatı itirmiş Yer, həyat hələ yaranmamış Yerdən fərqli olacaq. Yerin erkən vaxtlarında günəş 30% parlaq idi. Atmosferdəki karbon dioksid ilə birlikdə bu planeti buzlaşmadan qoruyurdu. Lakin indiki günəş ilə karbon dioksidi birləşdirdikdə, Yer daha ekstrimal vəziyyətə girəcək.
Bəzi mütəxəssislər düşünürlər ki, atmosferdəki rütubətlilik istixana qazlarını artırıb, daha çox su buxarı yarada bilər ki, bu da daha çox istixana qazları yaradar. Buna görə də temperatur ağılalmaz dərəcədə artar. 1000 °C-a çatan səth temperaturu bir zamanlar həyat üçün yararlı olan planeti cəhənnəmə döndərər.
Həyat olmadan, həmçinin tektonik hərəkətlər də dayanar. Yetərincə gil çöküntüsü olmadığından, özəyin hərəkəti yavaşlayar ki, bu da tektonik hərəkətləri yavaşlada və hətta dayandıra bilər.
Yer bir neçə milyon ildən sonra ilk zamanlarına bənzəyəcək. Yaşanılmaz vəziyyətə gələcək. Lakin bu o demək deyil ki, həyat yenidən yarana bilməz. Abiogenez və ya panspermia prosesi yenidən təkrarlana bilər. Bu da yeni, steril bir planetdə yeni bir başlanğıc yaradar. Milyard illər sonra isə bəlkə də insan kimi və yaxud da insandan daha üstün bir intellektual növ təkamül edib bu tarixi tapa bilər.
Yaşıl Elm
XƏBƏR LENTİ
Azərbaycan manatı möhkəmləndi
Azərbaycanlılar xaricdə nəyə pul xərcləyirlər?
Dərnəgül bazarının işıqlarını kim kəsdi?
Unikal mirvarilər
2014-cü ilin pərdə modelləri
İnanılmaz: ona 70 yaş vermək olar?
Bergüzar Koreldən ŞOK ADDIM
Tərəvəzli yaşıl şorba (foto resept)
Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası bilindi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Dağlıq Qarabağda Rusiya sülhməramlıları: Onlar kimlərdir və nə ilə silahlanıblar - SİYAHI
Şokoladlı bananlı keks (foto resept)
2014-cü ilin papaq və şərf dəstləri
"Yaxın vaxtlarda yeni binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulur"
Facebook-un yararlı 5 funksiyası
Yanvarın 4-də hamı uçacaq
Ramazanın 16-cı gününün duası
Evliliyinizi "yaxşı"dan "mükəmmələ" çevirəcək 3 yol
Bütün ölkə bu gənci axtarır-FOTO
Azərbaycan dizaynerləri The Most Stylish One mövsümünün trendini təqdim etdilər
Ulduz futbolçu "Yuventus"u tərk etdi - RƏSMİ
Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb
Prezident İlham Əliyev: Azərbaycan Ermənistanın işğal etdiyi 2000 hektar ərazini qaytarıb
"Qalatasaray" Burak Yılmazı satmaq istəyir
Google+ uğursuz alındı
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
QİÇS xəstəliyinin müalicəsi tapıldı
Ermənilərlə şiddətli atışma
"Azərbaycan İKT sahəsində dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib"
İnsanları xilas edəcək robot yaradıldı
100 minlik təzminata qane olmadı-FOTO
Düşüncənin riyazi dili - Münasibət
Azərbaycanlı müğənninin toyu: gəlinə 2 milyon avroluq tac
Mehmet Ali Erbilin gənc sevgilisi var?-FOTO
Hava haqqında - 10.01.2014
Noutbuklar üçün fond yaradılır
Nuradan yeni fotossesiya - FOTO
Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı
Dünyanın ən bahalı fotosu satıldı
Azərbaycanda internet asılılığının psixoloji aspektləri öyrəniləcək
Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq
'Qarlar Ölkəsi' ən çox qazandıran film oldu
Siqaretin satışına qadağa qoyuldu
Möhtəşəm gəlinlik modelləri
Biz anlayaq ki, bizi anlasınlar
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Ən çox qazanan müğənnilərin reytinqi
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
Rəqsi sevənlər üçün 7 film
Ermənilərin qaçan komandiri - VİDEO
- ŞƏRHLƏR