Londonda 1851-ci ildəki Birinci Dünya Yarmarkası üçün tikilmiş “Kristal Saray” şüşə və dəmirdən ibarət texnologiya möcüzəsi idi. Bu saray 35 m hündürlüyündə idi. Təqribən 7500 m2-lik sahəni əhatə edirdi. 30x120 sm ölçülərində 200.000-dən çox şüşə lövhədən ibarət idi.
Kristal Saray Cozef Pakston adlı landşaft memarı tərəfindən dizayn edilmişdi. Pakston bu əsərində Victoria amazonica nilufər çiçəyindən ilham almışdı. Bu nilufər növünün zərif görünüşünə baxmayaraq insanları belə üstündə daşıyacaq qədər güclü, böyük yarpaqları var.
Pakston bu yarpaqların alt hissəsini tədqiq etdikdə qabırğaya bənzər hissələrlə dəstəkləndiyini gördü. Yarpağın mərkəzindən çevrəsinə doğru yayılan lif şəklində çıxıntılar var. Bu çıxıntıların arası da çarpaz yerləşmiş daha incə toxumalarla birləşdirilib. Pakston nilufər yarpağındakı qabırğaya bənzər quruluşu dəmirlərlə, yarpağın toxumasını isə şüşə ilə əvəz etdi. Bu yolla şüşə və dəmirdən ibarət, yüngül, ancaq çox böyük ərazini əhatə edən möhkəm bina inşa etməyi bacardı.
Nilufər bitkisi Amazon çayının dibindəki bataqlığın içində böyüməyə başlayaraq çayın səthinə doğru uzanır. Çünki yaşamaq üçün günəş işığı lazımdır. Bitki suyun səthinə çatdıqda böyüməni dayandırır. Bundan sonra üstü tikanlı yuvarlaq tumurcuqlar əmələ gəlir. Tumurcuqlar bir neçə saat ərzində uzunluğu təqribən 2 metrə çatan nəhəng yarpaqlara çerilirlər. Çünki nə qədər bol yarpaqla çayın üzəri örtülərsə, o qədər çox günəş işığı qəbul edilərək fotosintez həyata keçirilir.
Nilufər bitkisinin ehtiyacı olan digər şey də oksigendir. Bitkinin köklərinin yerləşdiyi lilli çay yatağında oksigen yoxdur. Bu səbəbdən nilufərlər köklərindən çıxan saplaqları yuxarıya, yarpaqların yerləşdiyi su səthinə doğru uzadırlar. Bəzən uzunluğu 11 metrə çatan saplaqlar yarpaqlara birləşir və yarpaqla kök arasında oksigen daşıyan kanal funksiyasını yerinə yetirirlər (David Attenborough, The Private Life Of Plants, Princeton University Press, 1995, səh.291).
Çayın dərinliklərində həyata yeni başlayan tumurcuq işığa və oksigenə ehtiyacı olduğunu, əks təqdirdə, yaşamayacağını, ehtiyacı olan şeylərin suyun səthində olduğunu, görəsən, haradan bilir? Yaşamağa yeni başlayan bir varlıq nə suyun səthindən, nə günəşin, nə də oksigenin varlığından xəbərdardır.
Təkamülçülərin məntiqi ilə baxsaq, mühitin şərtlərinə görə bu bitkilərin çoxdan nəsli kəsilmişdi. Halbuki, nilufərlər bütün mükəmməl xüsusiyyətləri ilə dövrümüzdə də yaşayırlar.
Amazon nilufərləri suyun üzərindəki işığa və oksigenə çatdıqdan sonra nəhəng yarpaqlarının su ilə dolub batmaması üçün kənarlarını yuxarıya doğru qatlayırlar. Gördükləri bu tədbirlərlə həyatlarını davam etdirə bilirlər, ancaq nəsillərinin davam etməsi üçün bir şeyə də ehtiyac var. Tozcuqlarını digər nilufərə daşıyan canlı lazımdır. Bu canlı sərtqanadlı böcəkdir. Çünki sərtqanadlı böcəklər ağ rəngə həssas yaradılıblar. Ona görə də Amazon çayının cazibədar çiçəkləri arasında bu ağ nilufərləri seçirlər.
Amazon nilufərləri də nəsillərini davam etdirən bu qonaqları gəldikdə bütün yarpaqlarını bağlayaraq qaçmamaları üçün onları həbs edirlər və böcəklərə bol-bol tozcuq bulaşdırırlar. Böcəkləri növbəti gecəyə qədər saxladıqdan sonra buraxırlar və yenidən eyni tozcuqları onların üzərinə gətirməmələri üçün rənglərini dəyişirlər. Ağappaq nilufərlər artıq çəhrayı rəngləri ilə Amazon çayını bəzəyirlər.
Şübhəsiz ki, bu qüsursuz, dəqiq hesablanmış planlar hər şeydən xəbərsiz nilufər tumurcuğunun deyil, onu yaradan uca Allahın sonsuz ağlının əsəridir. Burada qısa izah edilən bütün bu xüsusiyyətlər kainatdakı hər varlıq kimi bitkiləri də yaşamaları üçün ən uyğun sistemlərlə birlikdə Allahın yaratdığını göstərir.
R.Əkbərov
XƏBƏR LENTİ
Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
Dünyada ən böyük çəhrayı brilyant SATIŞA ÇIXARILDI - 20 milyon dollara
Burak oğluna hansı adı verəcək?-FOTO
Hulusi Akardan Qarabağdakı Ortaq Mərkəzlə bağlı AÇIQLAMA: “Generallarımız və işçilərimiz oradadır”
Kameron Diaz haqqında gözlənilməz xəbər _FOTO
Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilər
Böyrək xəstəlikləri üçün faydalı bitkilər
Bağırsağınız SAAT KİMİ işləyəcək - SADƏ VASİTƏ
Dünya gözəli Bakıda seçildi
Gecənin səma yolları
Dünyanın ən yaxşı çimərlikləri
Disney şirkətinin 10 idarəçilik prinsipi(2)
Azərbaycanda daha 68 nəfər koronavirusdan sağalıb - RƏSMİ
Üz dərisi üçün qidalandırıcı maskalar
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Səfərbərlik qaydasında dəyişiklik
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Bu gündən I sinfə qəbul başlayır
İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
Rəngarəng saçlar
Meyvələrə sehirli toxunuş
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür
Adət, yoxsa qonşudan dala qalmamaq?
Alışdığımız görünüş, yoxsa reallıqmı?
"Elektron siqaret" də ziyanlı imiş
Məşhur aktrisa bostanda pomidor əkdi-FOTO
Məşhur ulduz dərmanlarla 12 kq arıqladı - FOTO
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Selin Dion İlk Dəfə Etiraf Etdi-FOTO
Telekanallara xəbərdarlıq edildi
Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı - RƏSMİ
Hamilə qadın soyuqlayarsa…
İrem derici yeni klipini təqdim etdi
Paytaxt sürücülərinə xoş xəbər
Şokoladın bağırsaqlar üçün FAYDASI aşkar olunub
HAVA necə olacaq?-9 Noyabr
Azərbaycan Rusiyada aşkarlanan "quş qripi" ilə əlaqədar quş əti idxalına qadağa qoyacaqmı?
Eynəyi necə seçməli?
Bizdə hansı vitaminlər çatışmır?
Yataq otağı üçün mebel dəstləri
Bu müəllimlərin əməkhaqqı artırıldı
Dərinizi oxuyun
Riçard Gir 3-cü dəfə ata oldu-FOTO
HAVA necə olacaq?- 5 MAY
Putin İlham Əliyevi səmimi qarşıladı - VİDEO
Məşhur modeldən gözlənilməz çıxış-FOTO
Türkiyədən Qarabağ BƏYANATI
"Kuzenlerim" serialının aktyor və aktrisaları
""Qarabağ" "Eintracht"ı keçə bilməsə..."















- ŞƏRHLƏR