Heç bu barədə düşündüyünüz zamanlar olubmu? Xəyanət haradan başlayır? Məncə, ürəkdən başlayır, amma sevgi ilə başlayır. Özünə xəyanət, eşqə xəyanət, yaşadığın ölkəyə xəyanət, vətənə xəyanət, dosta xəyanət, ailəyə xəyanət… Adı bəllidir, amma kimə qarşı olduğunun önəmi də sevgidəndir.
Eşq deyirlər ki, iki nəfərlikdir. Sənin bəzən iki nəfərlik olmağını tələb edən hallar yaranır. Deyildiyi kimi, eşq iki nəfərlikdir. Necə anlamaq istəyirsənsə, eləcə də anla. Necə olmaq istəyirsənsə, elə də olarsan. Bir şeyi anla ki, bu zaman sən artıq təkbaşına qərar verə bilmərsən, təkbaşına düşünə bilmərsən. Çünki sən artıq tək deyilsən.
Eşq təhdiddir, məcburiyyətdir, təslimiyyətdir və eşq xəyanətdir!
Xəyanət insanın özü ilə başlayar və ilk xəyanət etdiyi adam da elə özüdür. Xəyanət öncə insanın özünü sevməsi ilə başlayır. Başına nə gəlirsə, özünə güvənindən gəlir, sonra isə deyər ki, bütün doğrular mənim doğrularımdır. Halbuki, bütün doğruları bir yanlışa görə silibdir – xəyanətə görə!
İnsan həyatı boyunca özünə tuta bilməyəcəyi sözlər verir və ilk tutduğu söz son xəyanət etdiyi söz olmayacaq. İnsan özü-özünü aldadır və elə ilk olaraq da özünə xəyanət edir.
Xəyanət sevgi ilə başlayır. Məsələn, yaşadığın ölkəni çox sevərsən və olduğun məqamı, vəzifəni hər nə olursa olsun, pis yönlərı istifadə etdiyin zaman sənə verilən sual niyə xəyanət etdiyin olur. Sən isə tək cavab vermə haqqını istifadə edərək deyirsən: Sevgimdən ötrü!
Eşq xəyanətdir. Aşiq olduğun zaman ətrafında çəhrayı dünya dönər və hər şeyi sənə fərqli tərzdə göstərər. Sən isə ona inanaraq özünə xəyanət etmiş olarsan. Kor-koranə bu aləmə aldanarsan və bir gün özünü xəyanətin içində taparsan. Heç bir cümlə xəyanət qədər çılpaq yazılmaz. Heç bir xəyanətin də təsəllisi, səbəbi olmaz.
Xəyanət bədənin içində başlayar, kənara sıçrayan isə onun kölgəsidir. Səbəbli, səbəbsiz – fərq etməz. Ədəbli və ya ədəbsiz deyə də ayrılmaz.
İstər qəlbində olsun, istər beynində, istər dərində olsun, istər sə də ruhunda, fərqi yoxdur – xəyanət sevgi ilə başlayır.
Qarşındakını aldatdığını düşünərsən. Amma aldatdığın əslində o içində yaşadığın eşqin tək nəfərlik olan tərəfidir. İki nəfərlik olanı isə qısa bir müddətlik şəbəkə xaricinə düşüb artıq.
Bu, bəlkə də həyatın qanunu deyil, amma xəyanət tək nəfərlikdir. Xəyanət edən adama özəldir. Ortaq bir nöqtədə xəyanət edə bilməzsən. Məsələn, xəyanət beyində başlayar. Beynindəki hüceyrələrdən biri o birinə xəynət etsə, iflic olarsan. Bunu heç düşündünmü? Milyonlarla hüceyrələrdən yalnız birinin xəyanət etməyi bunun üçün kifayətdir!
Xəyanət edən şəxs də milyonlarla insanlardan biri ola bilər. Amma önəmli olan bu deyil. Önəmli olan onun bunu niyə etdiyidir.
Çünki beyin qəlbdən asılı olmayaraq işləyir.
Sən nə qədər inkar etsən də digər orqanların məsum və günahsızdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda icbari tibbi sığorta nələri əhatə edəcək?
Səbrsizlik də xəstəlikdir
Niyə cütlüklər xarici görünüşcə oxşar olurlar?
Dünya daha bir təhlükəli virusla üz-üzə
Yağışlı hava şəraiti nə vaxta kimi davam edəcək?
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Murad Boz Təhsil sisteminə 250 min bağışladı
Subay pilotlara iş olmayacaq
Başqa dünyalar bir rəssamın gözü ilə
Günün qoroskopu: Mübahisə etməyin!
Günün ulduz falı
Aldatma da genetik keçir
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Mənim dərsliyim Sənsən!
Ölçü fərqinə təəccüblənəcəksiniz
Bu mahnılar işgəncə verir
5 dil bilən qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Castin Biberin yoldaşı ETİRAF etdi
Peris Hilton izləyicilərini bu yolla sevindirdi
Yeni il çox maraqlı keçəcək
Anar "Bəxt üzüyü"nün Sarasını dəyişdi - VİDEO
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Hər gün 4 badam yemək üçün 7 səbəb
Hava haqqında
Borc verərkən diqqət edin!
28 milyon dollarlıq villa
Stress və gərginlikdən xilas olmağın 15 yolu
Ispanaq piroqu(foto-resept)
Azərbaycana xüsusi taksilər gətirildi
Möhtəşəm gəlinliklər
Bunları bilmək maraqlıdır
Ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
​Mart ayında 6 gün dərs olmayacaq
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Hamiləlik dövrləri (32-39 həftələr)son
Rusiyanın xalq artistləri Bakıya gəlir
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Məşhur aktrisa “Eşkiya dünyaya hükümdar olmaz”da
Əncirli bisküvit (foto-resept)
Stil ikonu Taylor Tomas Hill
Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi
65 nəfər gəlmədi, 1 nəfərsə imtahandan uzaqlaşdırıldı
Megan bir daha diqqət mərkəzində-FOTO
Azərbaycanda çörək bahalaşır?
Ardanın "Çelsi"yə vurduğu qol infarkta səbəb oldu (FOTO).
“Anam məni tərk etdi, bu günahdırmı?”
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
217 min dollarlıq çanta satıldı-FOTO
- ŞƏRHLƏR