Hər kəs üçün xasiyyəti maraqlıdır. "Mən qorxağam, yoxsa cəsarətli və hünərliyəm?" Bu suala cavab tapmaq istəyirsinizsə, sizə təqdim etdiyim testi sınaqdan keçirə bilərsiniz. Buyurun.
1. Axşam qaranlıq küçədə arxanızca kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin reaksiyanız necə olacaq?
a) Boş şeydir, yol hamı üçündür - 1
b) Küçənin o biri tərəfinə keçərəm - 5
c) Tez uzaqlaşmağa çalışıram - 10
2. Faciəli, qorxulu filmlərə baxmağa marağınız varmı?
a) Bəli - 1
b) Xeyr - 10
c) Şəraitdən asılı olur - 5
3. Qorxulu yuxular görürsünüzmü?
a) Tez-tez - 10
b) Hərdən - 5
c) Çox nadir hallarda - 1
4. Sizdə "qarabasma" halları olubmu?
a) Heç vaxt olmayıb - 1
b) Nadir hallarda olur - 5
c) Tez-tez olur - 10
5. Gecə qapının zəngi qəfil çalınır. İlkin olaraq ağlınıza gələn...?
a) Nəsə olub - 10
b) Görəsən kimdi gecənin bu vaxtı...? - 5
c) Ehtiyatla gedib kim olduğunu yoxlayırsınız - 1
6. Hər hansı bir nəqliyyat növünə minəndə onun qəzaya uğrayacağı haqda düşünüb qorxu hiss keçirirsinizmi?
a) Əlbəttə - 10
b) Qətiyyən yox - 1
c) Təyyarə və gəmi olanda - 5
7. Gecə hara isə tələsirsiniz. Yolunuz isə qəbristanlığın yanından keçir. Nə edərsiniz?
a) Yolumu dəyişərəm - 10
b) Birtəhər gedərəm - 5
c) Əlbəttə gedərəm, ölülərdən qorxmağa dəyməz - 1
Nəticə:
7-20 xal: Sizdə qorxu hissi müsbət, qənaətbəxş səviyyədədir. Lazım olanda ona qalib gəlməyi bacarırısınız. Sizin əsəb sisteminiz və xarakteriniz qorxu baxımından möhkəmdir. Əgər sizə qorxaq kimi baxanlar varsa, əmin ola bilərsiniz ki, onlar yüz faiz yanılırlar. Deməli, onlar hələ sizi yaxşı tanımırlar.
21-45 xal: Qorxu hissləri gündəlik həyatınızda mühüm yer tutur və sizi narahat edir. Hərdən sizi üstələməyə də qadir olan bu təbii hisslərin təhlükəli olduğunu unutmayın. Qorxuya qalib gəlmək üçün öz üzərinizdə ciddi işləyin, əks halda sizə "qorxaq" deyənlərin sayı arta bilər. Siz bu sahədə mübarizə aparmağa qadirsiniz.
46-70 xal: Siz qorxaqsınız. Buna şübhəniz olmasın. Qoxu hissi sizdə o qədər güclüdür ki, iradənizin ziddinə olaraq çox şeylərə boyun əyməyə məcbur ediləcəksiniz. Qorxudan yaxa qurtarmaq istəyirsinizsə, ilk növbədə özünüzə inamı artırın. Axı siz də başqaları kimi ona qalib gələ bilərsiniz. Özünüzü ələ alın, həyat və fəaliyyətinizə mane olan xoşagəlməz hisslərdən qurtulmağa çalışın.
Müəllif: S. Qafarova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İranda qadınlara daha bir qadağa
Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA
Sibel Canın yeni villası
Ürək keksi (foto-resept)
Günün ulduz falı - 22.08.2013
2020-ci ildə bu bürclərin bütün sahələrdə bəxti gətirəcək
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Kainat gözəlinə vasitəçilik təklif olundu
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Serenaydan sevənlərinə pis xəbər
Qəzəblə depressiyanı necə idarə etməli?
Axmaqlar bir-birini cəlb edir...
Dalğaları ram edirlər
Kristina Aqilera Yeni İmicdə-FOTO
Ən gülməli heyvanlar
Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ
Oğluna İblisin adlarından birini verdi
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
Bakıda müasir məktəb tikilir
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Fürsət: avtomobillər ucuzlaşır...
Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı
İlham Əliyev: “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu açılacaq”
Azərbaycanda ailədaxili problemlərin həllinə onlar yardım edəcəklər
Sürücülük vəsiqəsinin verilməsi qaydaları dəyişdirildi
Britaniyada istiyədavamlı şokolad icad edilib
"Time 100" Qırmızı Xalça
Azərbaycanlı şagirdlərin üz qarası
Yeddi saat ərzində şalvarına girən kobra ilə yatdı
Almalı pirojkilər(foto resept)
Avtomobil təkərindən dekorasiya
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Eynəklər
Yüngül pəhrizlə 8 kq arıqladım!
Avropa Azərbaycanın ayağına düşdü
Milli valyuta möhkəmlənməkdə davam edir
Fərqli badımcan qızartması(foto resept)
Hava yenidən isinir
Almaniyanın Ermənistandakı səfirindən Qarabağ AÇIQLAMASI
WhatsApp-dan Google bombası
Ağcaqanadlar ölümcül epidemiya yayır-FOTO
Arqan yağının dəriyə təsiri
Saç tökülməsinin qarşısını almaq üçün tövsiyələr
Köhnə geyimlərdən yeni don tikdi
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
Dünyanın virtual muzey və qalareyaları
Dünyanın ən ucuz smartfonu istehsal ediləcək
ABŞ-da kütləvi həbslər başladı
Sevdiklərinizə yeni il hədiyyəsi verin
Məşhur aktyor Ben Kross vəfat etdi
- ŞƏRHLƏR