Qadınlar və kişilər arasında yaşanan münasibətlər inkar olunmazdır. Münasibətin olduğu yerdə problemlər də inkar olunmazdır. Lakin bu problemlər qadın və kişi baxımından fərqlilik göstərir və bu fərqliliklərin ən çox görüldüyü, yaşandığı sahələr duyğular və hadisələrin açıqlanmasıdır.
Münasibətlərdə qadının yaşadığı ən böyük problem kişilərin duyğularını ifadə etmələri yerinə, duyğularını ört-bas etməyi üstün tutmalarıdır. Kişilər idarəsini itirməkdən qorxduqları üçün duyğularını ifadə etmək yerinə ört bas edirlər. Kişilər ən başda çox yaxın münasibət göstərir, lakin bu münasibət birdən-birə kəsilir. Bunun üzərinə qadın bir sıra təxminlər düşünərək bu vəziyyətin səbəbini başa düşməyə çalışır. Bu müddətdə eyni zamanda kişinin ilk başdakı marağını qazanmaq üçün onu razı etmək üçün çalışmağa başlayır. Bu zaman qadının maraqlandığı mövzulardan biri də kişinin onunla danışmamasının səbəbidir. Kişinin səssiz qalması bu iki insan arasındakı əlaqənin qırılmasına səbəb olur. Qadın bu problemdən azad olmaq üçün dayanmadan kişini danışdırmağa çalışır.
Kişi danışmadıqca qadın inciyir, özünü lazımsız və dəyərsiz hiss edir, əsəb gərginlikləri yaşayır, lakin kişi qadının bu vəziyyətləri qarşısında da çox zaman danışmaz, susar. Bu problem yalnızca qadın tərəfindən yaşanan qarşılıqsız problemdir.
Kişinin danışmamaq səbəbi kişilik rollarından irəli gəlir. Kişilər duyğu yaşamaz, yaşasa da ifadə etməz, içinə atar, inancı kişilərin danışmasına əngəl olur. Duyğularının hər zaman gizlədən, bunları ifadə etməyin zəiflik olduğuna inanan kişilər, duyğulardan qorxaraq böyüdükləri üçün onlarla qarşılaşmağa cəsarət etməzlər. Susmağı seçən kişilərin çoxu, qadınlarla ciddi münasibət qurmağı üstün tutmazlar. Bu da qadınların güvənsizlik və depressiya yaşamalarına səbəb olar. Kişilərin ifadə etdiyi qarışıq, yəni ikimənalı mesajlar, qadının münasibətlərdə problem yaşamasının ikinci səbəbidir..Kişinin qadınla maraqlanıb, onu sevdiyini söyləməsinin və ara sıra başqa qadınlarla da ünsiyyətdə olması, qadının başını qarışdıran vəziyyətlərdən biridir. Qadın əsasən bu münasibətə necə reksiya verəcəyini bilməz və həm qarşı tərəfə, həm də özünə inamsızlığı yaranır. Qadın bu vəziyyəti ağlı ilə izah edə bilmir, çünki ortada məntiqsiz bir vəziyyət yaranmışdır. Digər problemlərdən biri də kişinin öz ehtiyaclarına daha çox əhəmiyyət verməsidir.
Kişi münasibətlərdə öz qərarlarının qəbul olunmasını istəyir. Onun istədiyi yerə və onun istədiyi zamanda gedilməsini istəyir. Özü isə istədiyi zaman istədiyi insanlarla istədiyi yerə gedə bilər, lakin qadın bir yerə getmək istəyəndə ona razılıq etməz və ya sorğu-sual etməyə başlayar. Bu vəziyyətin də qadın nöqteyi nəzərindən bir çox ciddi, dağıdıcı nəticələri vardır. Bir kişinin gələcəyini gözləmək, axtaracağını gözləmək, nə zaman gələcəyi ilə və nə zaman axtaracağı ilə maraqlanmaq da qadının yaşadığı çətinliklərdən biridir. Kişinin gözlətməsi, axtaracağı ya da gələcəyi zamanın vaxtsız olması idarəni əlində tutduğunun göstəricisidir. Qadın buna əhəmiyyət veməmək ya da vəziyyəti qəbul etmək üçün güc sərf edər, lakin bu davranış çox təkrarlandığında gündəlik yaşamın planı pozulur və özünə zərər verməyə başlayır.
Birlikdə olduğu kişi tərəfindən daim sıxışdırılması da qadının problem çəkdiyi vəziyyətlərindən biridir. Qadının daima çəkisi, geyimlərinin, işinin, dostlarının kişi tərəfindən sorğulanması qadının təbii olmayan hərəkətlər etməsinə məcbur edə bilər və bu da zamanla bezdirər. Bu cür kişilərlə yaşanan münasibətlərdə hadisələrin gedişi bu cür formalaşır: münasibətin başında kişi istəklidir və qadına maraq göstərir. Qadın da bu marağa qarşılıq vermək üçün güc sərf edir. Kişi qısa bir müddət sonra səbəbsiz davranışlar göstərir. Qadın nə baş verdiyini qavramağa çalışır və duyğularını kişi ilə paylaşır. Kişi heç nə olmadığını söyləyir və qadını çox danışmaqda günahlandırır. Qadın bir çıxılmazlığın içinə girdiyini düşünür və qarşı tərəfə hiss etdiyi çətin duyğularını spirtli içkilər, siqaret , şokolad, çox yemek ilə aradan qaldırmağa , ört bas etməyə çalışır.
Kişi susmağa davam etdikcə, duyğularını gizlətməyə davam etdikcə bu vəziyyət düzəlməyəcəkdir. Belə bir vəziyyətdə qadının öz hörmətini qoruması mümkün deyildir. Həyatında belə bir kişi olan qadının özünü qoruması üçün bu əlaqəni bitirməsi, əgər son qoymazsa psixoloji dəstək alaraq bir sıra fərqliliklər yaşaması lazımdır.
Tərcümə etdi: Hafaza Nur
XƏBƏR LENTİ
Nobel Kanadaya getdi
Aslı Enver yenidən kamera önündə-FOTO
Üz dərisi üçün kosmetik məhsulların alış-verişi
Ağ şokoladlı kakaolu peçenye (foto resept)
Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir
Balerina (rəqqasə) pəhrizi
Norveç elektriklə işləyən təyyarələrə keçir
500 min smartfon 15 saniyəyə satıldı
Yalnızlıq hissindən necə xilas olmalı?
Dünyanı heyrətləndirən fırldaqçı-FOTO
Harrinin qara üzüyünün sirri açıldı-FOTO
Çempionlar Liqası: ilk 1/4 finalçılar kim olacaq?
Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"
Gələcəyin avtomobilləri
Psixoloq, yoxsa şarlatan?
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Huş itəndə...
Ramazan ayının təqvimi - FOTO
Arısız da bal olur
Bəlkə, 10 min manatı sizə vermədilər...
“İnstagram” və “Facebook” çökdü
İdmandan öncə nələr yeyilməlidir?
Bir fincan "Coca-cola"nın orqanizmə zərərləri
Həkimlər möcüzə etdilər: uşağı soyudub ölümdən qaytardılar
Alman dili 8-ci dərs
Yataq üstü rəflər
Neslihanın ayrılıq xəbəri yayıldı-FOTO
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Sürətli dırnaq uzadan maska
Çörəkli keks (foto resept)
Hər kəs 11 yaşlı hakerdən danışır-FOTO
Bakıda yağış gözlənilir
Qoyun ətindən tərxun şorbası
Ağ mətbəx mebelləri
Elmin hələ də aça bilmədiyi 15 sirr
Hadisənin arxiv şəklini yaydı-FOTO
Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
Əl qabiliyyəti -Çantalar
Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu
Günün ulduz falı
Bensunun 150 minlik hədiyyəsi-FOTO
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq
Qaymaqlı qurabiyə (foto resept)
Gürcüstan Rusiyaya sitrus meyvələrinin ixracına başlayır
Afrika mənşəli virus Azərbaycanda
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Çinə 72 saat vaxt verildi - ŞOK TƏLƏB
Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu
Caponata (foto resept)
Qeyri-adi yeni il ağacları
- ŞƏRHLƏR