Dünya mediası bu günlərdə “saxta milyonçu” ləqəbi ilə məşhurlaşan rusiyalı Anna Sorokindən danışır.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun film hekayələrindən fərqlənməyən fırıldaqçılığı və həyat tərzidir.
Belə ki, Moskvanın yoxsul səmtlərindən birində kamaz sürücüsünün qızı olaraq 1991-ci ildə doğulan Anna Sorokin 2012-ci ildə bir moda firmasında praktika keçmək üçün Nyu-Yorka gedib. O, 2013-cü ildə özünə yeni şəxsiyyət vəsiqəsi alıb və özünü 67 milyon dollarlıq sərvətin sahibi, neft milyonçusunun qızı Anna Delvi kimi tanıtmağa başlayıb.
Qlamur partilərdə görünüb, etibar qazanan Anna 2016-cı ildə Nyu-Yorkun gecəsi 400 dollar olan ən lüks otellərindən birinə yerləşib. Bu tarixdən etibarən, 10 ay ərzində milyoner kimi yaşayıb. Qaldığı oteldə ofisiantlara 100 dollar verərək, varlı şəxslərə onun haqda danışılmasını istəyib. Dost çevrəsini genişləndirən Anna İnstaqramda da özünə səhifə yaradaraq, lüks yaşam tərzi ilə diqqət çəkib.
Bir müddət dostları ilə özəl yaxtada tətilə çıxıb. 35 min 400 dollarlıq yaxta məsrəfini isə ödəməyib. Eyni il Mərakeşdə gecəsi 7 min dollarlıq oteldə tətilə gedib. Lakin geri dönəndə qaytaracağını söz verərək, otelin 62 min dollarlıq xərclərini dostuna ödətdirib.
Onun etdikləri bununla da bitməyib. Sənət vəqfi quracağını deyərək, 22 milyon dollar kredit almaq istəyən Anna bu istəyinə də nail olub. O, daha sonra aldığı pulu geri qaytarmayıb.
Onu ələ verən isə yaxın dostu olub. Beləliklə, Anna 2017-ci ildə həbs edilib. ABŞ mediası bildirib ki, Sorokin 275 min dollarlıq fırıldaqçılıqda günahlandırılır.
Hekayəsi ilə dünya mediasının marağına səbəb olan Anna bir vəkillə müqavilə imzalayaraq, özünü müdafiə edərkən “Həyatımın filmində mənim obrazımı kimin oynayacağı düşünürəm” deyə, cümlələr işlədib.
Daha sonra məlum olub ki, Annanın vəkili onun həyatının ekranlaşdırılması üçün “Netflix” serial və film platforması isə anlaşıb.
Ötən günlərdə Annanın 15 il müddətinə həbs olunmasının tələb olunduğu məhkəmə iclası keçirilib. Vəkili “Anna gənclik xətası edib. Nyu-Yorkun imkanlarından hər kəs faydalanmaq istəyir. Frenk Sinatra da istəmişdi. Hamımızın içində bir az Anna var. Ancaq hər şey əldə edənədək imiş” deyə, söyləyib.
Lakin məhkəmə qərarına əsasən, Sorokin 4 il həbs cəzası alıb. Həbsdə olduğu müddət hesablanarsa, o, bir neçə il sonra azadlığa çıxacaq. Çıxandan sonra isə vətəndaşı olduğu Almaniyaya göndəriləcək.
Bütün bu proseslər zamanı digər maraqlı məqam isə Annanın vəkili tərəfindən gətirilən geyimləri bəyənməməsi olub. O, buna görə bir dəfə məhkəməyə çıxmayıb. Hakim Diana Kisel iclas zamanı “Məhkəmə ilə podiumu qarışdırırsınız” deyə, Sorokinə deyib. Vəkili isə Annaya stilist tutmaq məcburiyyətində qalıb. Məhz, bundan sonra Anna bütün iclaslara dünyaca məşhur dizaynerlərin əl işi olan libaslarla ilə qatılıb
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda məktəblərdə bufetlər necə işləyəcək?
O, mənə xəyanət edir!
Azərbaycanda uşaqların daha çox qana ehtiyac duyduğu rayonların adı açıqlandı
Beren Saat sərxoş halda görüntüləndi-FOTO
Astmalı xəstələr üçün məsləhətlər
Milyarderlərin hesabını ələ keçirib 200 min qazandılar
Bu gözəl xanım qəhrəman seçildi
Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?
Timoşenko koronavirusa qalib gəldi
Günün qoroskopu: dözümlü və səbrli olun
Bakı metrosunda pulsuz internet?
Dünya futbolunun yeni 16 yaşlı ulduzu
Sarkisyan Ərdoğanın dəvətini “nəzakətlə” rədd etdi
İrem Dericidən qəribə açıqlama
Ermənistan Firuz Fərəcovu erməni İnciqulyanla dəyişmək istəyir
Gözəl göz makiyajları
18 oktyabr Milli Müstəqillik günüdür!
Günün ulduz falı
iPhone-da yeni oyun: əsas alət çexoldur
Min bir dərdin dərmanı
Azərbaycanlı idmançı Belarusda "Ümid kuboku" beynəlxalq turnirində rekorda imza atıb
At quyruğuna qonmuş kəpənək fotoqrafı
“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEO
Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçildi
Facebook pullu ola bilər
Hadisənin geyimi sevənlərini heyrətləndirdi-FOTO
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
HAVA necə olacaq? 25 MAY
Ev dekorasiyasında yol verilən 4 xəta
Termit yuvaları
TQDK "2" alanların sayını açıqladı
Uşaqlarda otit xəstəliyi
Məşhur aktyorun davranışı haqqında araşdırma başladı-SƏBƏB
Kirayə mənzillərə müraciət başladı
Ebru Şallının toyu oldu-FOTO
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Gülben Ergen haqqında ŞOK məlumat
Şüşədə buzlu naxışlar
Kişilərin göz qırpmadan dediyi 15 yalan (2)
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
6000 illik möcüzə bitki qurd üzümü
Millimizin utanc siyahısı
"Bermud üçbucağı"nın sirri tapıldı-inanılmaz FAKT
Vətən həsrətinin simvolu Xarı bülbül: İndi hər kəs onu sinəsində gəzdirmək istəyir - VİDEO
Türkiyənin ən yaraşıqlı kişiləri bunlardır
İmmuniteti möhkəmləndirməyin əsas qaydaları
Azərbaycanda hava kəskin dəyişəcək
Ölümə qarşı döyüşən Azərbaycan alimləri
Ad günü keksi
Günün ulduz falı - 28.08.2013















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]