Son vaxtlarda boşanma halları sürətlə artır... Bəs evliliyi bu nöqtəyə gətirən səbəblər görəsən hansılardır? Bu da bəzi səbəblər:
Hörmətsizlik
Bəzi insanlar evlənən kimi "Ər-arvad arasında rəsmiyyət olmaz" fikriylə hörməti aradan götürürlər. Halbuki, hörmət sevgini bəsləyir. Hər kobud söz və davranış sevgi divarından qoparılan bir kərpicdir.
Sevgisizlik
Bəzi insanlar da evləndikdən sonra "Səni sevirəm" sözünü deməyi yersiz sayır. "Ona tez-tez sevdiyimi deməyin nə mənası var?" deyirlər. Sevgini aşkar etməmək sevginin alovunu söndürməkdir.
Ünsiyyət qurmamaq
Hər iki tərəf bir-birlərinə sevgilərini, zövqlərini aşkar etməlidirlər. Sevinclərində ortaq, kədərli vaxtlarda bir-birinə dayaq olmalıdırlar. Ünsiyyət olmadığı zaman onlar özlərini yalqız hiss edərlər. Çünki ünsiyyət sevginin dilidir.
Eqoizm
Sevgi, mərhəmət və fədakarlıq hissindən məhrum olan kişinin "Yuvanı dişi quş düzəldər" məntiqiylə hər şeyi qadından gözləməsi, qadının da ondan həddindən artıq diqqət gözləməsi sevgini öldürür. Çünki eqoizm sevgini üyüdən dəyirmandır.
Mənfi fikirlər
Bəzi insanlar "Niyə mənə elə dedin?" deyə hər şeyi səhv qiymətləndirərək həyat yoldaşının onu sevmədiyini fikirləşir. Hər zaman səhv başa düşülən həyat yoldaşı özünü hakim qarşısında mühakimə olunan günahkar kimi hiss etməyə başlayır. Mənfi fikir sevginin ölüm fərmanına atılan imzadır.
Spirt, qumar kimi pis vərdişlər
Spirt sevgi bulağına atılan zəhər, qumar sevgi yuvasını məhv edən bomba, pis vərdişlər sevgini udan canavardır.
Kin, nifrət, əsəb
Kin sevginin soyuducusu, əsəb sevginin barıt çəlləyi, nifrət sevginin cəlladıdır.
Mədəniyyət uyğunsuzluğu
Kitab oxumaq xəstəsi olan bir insanla kitaba nifrət edən insanın arasında uçurumdan başqa nə ola bilər?
Xasiyyət və temperament uyğunsuzluğu
Bir-birlərini sevsələr də fərqli xasiyyət və təbiətli cütlüklər bişmiş sevgi aşına qatılan soyuq sudur.
Ailə yıxanların araya girməsi
Qaynana, baldız, xala, bibi və s. yaxınların ərlə arvadın arasına girməsi onlar arasında sevginin edam qərarını verən ailə məhkəməsidir.
Həyat yoldaşını dəyişməyə çalışmaq
Davamlı "Belə hərəkət et, belə davran, belə danış" deyərək yoldaşını uşaq kimi öyrətmək, öyrətməyə cəhd etmək sevginin ölüm tələsidir.
Zorakılıq
Həyat yoldaşa atılan hər yumruq sevgi bağını kəsən bir qayçıdır.
XƏBƏR LENTİ
Qonaq otağı dizaynları
Arısız da bal olur
Yatın, amma fil qulağında yox...
İnsan orqanizminə dağıdıcı zərbə: əsəb
Bananlı pambıq tort (foto-resept)
Havaların dəyişməsi xəstəlik yaradır
Bədən üçün qəhvə və şəkər skrabı
Prezident şəhidləri andı
Dəbli çanta modelləri
Günün ulduz falı
Dünyanın ən çoС… qazanan klubları
Bürclərə görə sağlamlıq məsləhətləri
Gədəbəydə sirli su: içən ölür
Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar - VİDEO
8 yaşlı uşaq qocalıqdan öldü - VİDEO
Dünyanın ən əlvan, amma kədərli dəfni
Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya
Beyni 4 günə pozan qidalar
Ermənistanın hərbi cinayətləri QHT-lər ayağa qaldırdı
COVID-19 testindən keçənlərə 300 dollar VERİLƏCƏK
"Sirli" toyuq (foto resept)
Bakıda daha bir park istifadəyə verildi
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Almaniya haqqında maraqlı faktlar
Olga Nasakovadan möhtəşəm tortlar
Göz yaşı
Bu ilin ilk günündə...-RƏSMİ AÇIQLAMA
Saçlarımızı yuyarkən etdiyimiz səhvlər
Səlahəddin Dəmirtaşa cinayət işi açıldı
Beren Saat və Kənan Doğulu da Bengünün toyunda iştirak edib-FOTO
H&M 2012 ci-ilin yaz modası
Kerem Bursin Hande Erçellə münasibətindən danışdı
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Qatil ermənidən etiraf
Paşinyana sui-qəsd hazırlanıb
Bayram günü 26Лљ isti olacaq
Böyük pullara hazır olun
Doğuşdan sonra necə qidalanmalı?
Avtoşların işi çətinləşir: yeni cəzalar
İndoneziyada güclü zəlzələ olub
Sarkisyan mühasirədə
Gəlinliklər
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Özünü disney qəhrəmanlarına bənzədən qız
Qüsursuz dəri üçün 3 meyvə maskası
Nişanlılar üçün qoşa üzüklər
Rəngarəng çantalar
Meriya Bakıya gətirilən güllərdən xəbərsizdir
- ŞƏRHLƏR