Xoşbəxt ailələrin arxasındakı sirr:Həyat yoldaşınızla eyni komandanın oyunçusu olduğunuzu unutmayın!
Bir çox insanlar ailə qurmağa addım atarkən,yaşanan romantik hisslərin də təsiri ilə,”Bizim bir-birimizə olan hisslərimiz o qədər güclüdür ki,biz heç bir problem yaşamayacağıq,hər çətinliyi keçə bilərik,lazımsız sıxıntılar keçirməyə heç ehtiyac da yoxdur” deyə düşünürlər.Ancaq,vaxt keçdikcə ətrafımızdakı heç bir şeyi əbədi,daimi tuta bilmədiyimiz kimi,evliliklərdə də hər şeyi ilk günkü kimi saxlamaq çox çətinləşir.Həm qadın,həm də kişinin dəyişilən,artan ehtiyacları,arzuları,istəkləri arasında xırda söz-söhbətləri danılmaz olur.Əgər bu söz-söhbət(lər) yaxşı və xoşagələn şəkildə həll olunmazsa,bu hal xroniki və gərgin,əsəb hallarına səbəb ola bilər.Bir vaxtlar ideal üzüylə tanıdığınız yoldaşınız və evliliyiniz yerini lazımsız hərəkətlərlə əvəz edir.
Bir psixoloq olaraq,məsələləri “Sən haqsızsan,mən haqlıyam” sözləriylə ələ almaq əvəzinə,”eyni komandanın oyunçuları” kimi birlikdə ələ alan,eyni və yüksək dərəcədə əmək,istək sərf edən cütlüklərin daha xoşbəxt və sağlam ailələrə sahib olduqlarının şahidiyəm.İki tərəf üçün də düşünülən xoşbəxt və sağlam bir evliliyin açarının,çətinliklərə,anlaşılmazlıqlara,söz-söhbətlərə sevgiylə və bir-birlərinə dəstək olaraq bir komanda yoldaşı kimi yanaşmaq olduğunu başa salmaq və bunu cütlüklərin həyatında uyğunlaşdırmaq bir çox evliliyin görünüşünü gözəl tərəfə dəyişməsinə səbəb olur.
Komanda hazırlığı bacarıqlarından cütlüklər,pul,cinsi həyat,qohumlarla münasibətlər,uşaqların böyüdülməsi,ev işləri kimi evlilik həyatıyla əlaqəli bir çox mövzular üzərində, həmişə eyni münaqişələri edərkən, qarşı tərəfi haqsız hesab edirlər.Bu münasibət ilə məsələni həll etmək təbii ki,mümkün olmaz,və özlərini bu cür münasibətdən qurtara bilmədikləri zaman evliliklərində açdıqları yara getdikcə dərinləşir.
*Yoldaşınızla sağlam münasibət qurmağınız,
*İstədiyiniz şeyləri bir-birinizə açıq və dəqiq ifadə edə bilməyiniz,
*Zərərli alışqanlıqlarınızı tərgitməyiniz,
*Qısqanc və yersiz tələblərinizi unutmanız,
*Münasibətinizi yeni və canlı saxlamağın yollarını öyrənə bilməyiniz sayəsində xoşbəxt bir evliliyinizin olmasını bacararsınız.
Gözəl münasibətləri olan və münaqişənin qarşısını alan,məsələləri həll edərkən“birlikdə” hərəkət edən cütlük,sevgi və hörmətlə sağlam təməlli bir ailəyə sahib ola bilər.Bu tərzi mənimsəmiş olan cütlüklər:
*Ortaq sevinc və xoşbəxtlik axtaran.
*Çətinliklərdən qaçmaq əvəzinə onlarla üzləşən.
*Bir-birlərinin hislərini,istəklərini,ehtiyaclarını dəyərləndirən.
*Hislərini və fikirlərini rahat bir şəkildə paylaşan.
*Bir-birlərini hər məsələdə dəstəkləyən.
*Münasibətlərindən həzz alan.
Həyat boyu davam edəcək bir münasibətdə, hər cütlük bir çox çətinliklə qarşılaşır.Ailə təkidlərinin,dərs-bilik məsələlərinin,evliliklə əlaqəli sahib olunan dəyərlərin və inancların və daha bir çox özəlliklərin fərqli olmasından qaynaqlanan münaqişələr və mübahisələr yaşana bilər.Bu çox normal bir haldır;əsas məsələ,bu fərqliliklərin eyni tutumda əridilməsidir.Əgər hər mübahisədə bir məğlub olan,bir də qalib gələn başa düşülürsə,yəni “komanda dostluğu” yoxdursa,bir müddət sonra bu adi söz-söhbətlər böyük mübahisələrə yer verər və hər iki tərəfin bundan yorulması və ayrılıqla sonlanar.
Evliliyinizdə və münasibətinizdə odlu bir mübahisəyə girəcəyinizi hiss etdiyinizdə,həm özünüzə,həm də yoldaşınıza (sevgilinizə) bu cümləni deməyə çalışın:İndi bəlkə bir-birimizi başa düşmürük,bəlkə lazımsız hislərimiz çoxdur amma “mən səni sevirəm” və bu məsələni “birlikdə” həll edəcəyimizə ürəkdən inanıram.
Hər birimizə sağlam və xoşbəxt ailə arzulayıram.
XƏBƏR LENTİ
Şuşasız 25 il...
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
Daha çox hansı yaşda xoşbəxt oluruq?
12 il sonra sahibini tapdı
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi
"Neftçi" fanatlarına şad xəbər
İdmançımız erməni rəqibini “sürüdü”
Sərxoşluqdan əziyyət çəkən məşhurlar - SİYAHI
Məşhur aktrisanın 1 milyonluq bağ evi-FOTO
İŞİD xristianların şəhərini tutdu
Kosmosdan sirli səslər gəlir
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Sabah hava necə olacaq?
"Ən zövqsüz geyim"...
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Kraliça moda şousuna qatıldı - FOTO
Qapıdan at nalı asmaqla evin ruzisi artarmı?
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
Bakıda anomal şaxtalar gözlənilir
Ana südü hansı orqanın məhsuludur?
Uşaqlar kifayət qədər hərəkət etmir
Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatında iştirak edib
Xiyar turşusu (foto-resept)
Saçaqlı geyimin tikilişi
Şeymanın sevgilisi ətək geyindi-FOTO
“Yalandan deyirlər ki, kərə yağıdır” - VİDEO - FOTO
Möcüzə şəkillər
"Elen və uşaqlar" serialı ilə bağlı 8 maraqlı fakt
Toyuq ətindən isti yemək (foto resept)
Əfsanəvi futbolçu xəstəxanaya düşdü
Ev almaq istəyənlərə şad xəbər
Cennifer Enistondan gözlənilməz addım-FOTO/VİDEO
HAVA necə olacaq?-5 FEVRAL
ABŞ-da Azərbaycanla bağlı veriliş yayımlandı
2015-ci ilin ən yaxşı filmləri seçildi
Lobyalı şorba
Asiyalar niyə arıq olur?
TQDK nəticələri açıqladı
20 aylıq körpə transfer olundu
Canlılar danışmadan necə xəbərləşirlər
Hər kəs bu cütlükdən danışır-FOTO
Parisin simvolu
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Love you forever
Azərbaycanın moda tarixinə QÜRURVERİCİ HADİSƏ - FOTO
Sentyabrın 26-ı qeyri-iş günü olacaq
Qadınlar rəssamların gözü ilə
Qaxda yeni körpü salınır
Barak Obamadan İrana jest
- ŞƏRHLƏR