Hər bir fərd var olmaq və özünü ifadə etmək istəyər. Özünü ifadə edə bilməyən fərdlərdə özünə qapanma halları baş verir. Gənc qızın təhsilində edilə biləcək ən böyük səhv duyğularının gizlədilməsi və ailə tərəfindən heç sayılmasıdır. Etdiyi səhvlərə görə ailə tərəfindən alçaldılması ünsiyyət kanallarını bağlanmasına və mənfi mühitə yönəlməsinin sürətlənməsinə səbəb olacaq. Gənc qızların mütəxəssislərlə söhbətlərinin çoxunda valideynləri ilə ünsiyyət qura bilmədiyi üçün yanlış yola düşdükləri müşahidə edilir. Bu yaş dövründə sevgilisi olmaq fərqlilik və üstünlük kimi qəbul olunur. Bir gənc qıza bunun səbəbini soruşduqda bunu "Məni ailəm heç bir zaman anlamayıb, məni anlayan tək insan odur" kimi ifadə edə bilər. Belə olan halda valideynlər gənc qızı mühakimə etmədən, şəxsiyyətinə hörmət edərək danışmalıdır.
Sevgi gənc qızlar üçün vacib duyğudur. Bu dövrdə gənc yeniyetmələr ətrafındakılar tərəfindən sevilmək və qiymətli olduğunu görmək istəyirlər. Atalar "Qəlb insanın sarayıdır" ifadəsini deyərkən, həmin sarayın qapısının açarının sevgi olduğunu vurğulamışlar. Gənc qızın ürəyinin ailə tərəfindən qazanılması onun müsbət şəxsiyyət kimi inkişaf etməsi istiqamətində böyük təsirə malikdir. Əks halda, bu, mənfi vərdişlərin yaranması ilə nəticələnə bilər. Yetkinlik çağındakı gənc qız sevdikləri üçün çox şeydən imtina edə biləcək səviyyədə güclü sevgi hissi daşıyır. Bu vəziyyətdən sui-istifadə etmək istəyən pis niyyətli şəxslər "Səninlə evlənəcəyəm, burdan qaçacağıq, ailən onsuz da səni anlamır, səni tək sevən və anlayan mənəm" kimi gözəl, lakin boş və yalançı vədlərlə gənc qızı səhv addım atmağa yönləndirə bilər. Bu vəziyyətdə ailəsi ilə yaxşı münasibətləri olan və valideynləri ilə sıx ünsiyyəti olan qızlar belə boş vədlərə aldanmırlar. Ancaq ailəsi tərəfindən təzyiq və təhqirlərə məruz qalan gənc qızlar bunun vəziyyətdən çıxış yolu olduğunu düşünərək səhv addım atırlar. Bu vəziyyətin yaranmaması üçün ailələrə bir neçə üsuldan yararlanmağı məsləhət görürük:
- Onunla duyğularını açıq şəkildə ifadə edə biləcəyi güclü bir ünsiyyət qurun.
- Ona sevgi göstərmək mövzusunda xəsis davranmayın.
- Onunla gözəl zaman keçirin və söhbətlərınızı çoxaldın.
- Gələcəklə əlaqədar ideyaları və karyera hədəfləri mövzusunda onunla söhbət edin.
- Qeyri-adi olsa da fikirlərini dinlədikdən sonra mənfi və müsbət nəticələri haqqında məlumat verin.
- Sosial və idman fəaliyyətlərinə birlikdə qatılmaq aranızdakı əlaqələri gücləndirəcək.
- Hər fərdin özəl olduğunu və onun üçün özəl olan şeylərin sizin üçün də əhəmiyyətli olduğunu ona hiss etdirin.
Bu və bunun kimi məsləhətləri çoxalda bilərik. Bir gənc qız özünə qapanıb ağlayanda "Mən istəyirəm ki, mənim problemlərim və duyğularımla maraqlanasınız. Bu problemlərlə təkbaşıma mübarizə apara bilmirəm, köməyinizə ehtiyacım var" mesajını ​​səssiz bir şəkildə ailəsinə göndərir.
Mövlananın "Sevgidən bulanıq, çöküntülü sular dumduru bir hala gələr. Sevgidən dərdlər şəfa tapar, sevgidən ölülər dirilər. Sevgidən padşahlar qul olar" sözünü xatırlamalı və sevginin ən təsirli dərman olduğunu unutmamalıyıq.
XƏBƏR LENTİ
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
Boyun düzləşməsi əlaməti
Gözəl formalı tortlar
FHN-dən nazirlikdəki yanğınla bağlı AÇIQLAMA
"Bizim Qadin.netlilər" serialı (2-ci bölüm)
Azərbaycanda koronavirusa rekord yoluxma və ölüm
Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin
Müəllimlərin sınaq qiymətləndirilməsinin tarixləri açıqlandı
İmamzadə ziyarətgahı açıldı
Ay bizi tərk edir: Milyardlarla insanın ölümünə səbəb olacaq - DƏHŞƏTLİ PROQNOZ
Rəngarəng yay yeməyi (foto resept)
Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi - SİYAHI
Kişi+qadın=?
Zövqlü don modelləri
“Bülbüllər” kubok matçında qalib gəldi
Ərə getdiyini hər kəsdən gizlədir
52 yaşlı aktrisa makiyajdan imtina etdi-FOTO
"Ailə həkimi Azərbaycanda geniş vüsət alacaq"
Sergey Markov: “Azərbaycan hərbi qələbəyə yaxındır”
Dollar Qazaxıstanda rekord vurdu
Dəbli toy donları
Duman açıqlaması
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı
Ac erməniyə ayda 21 dollar
Arıq göstərən geyimlər
Kişilər sırqa taxmalıdırmı?
Lincoln yeni modeli göstərdi - FOTO
Hansı şəxsiyyət tipinə aidsiniz?
Övladınızın istedadlı olmasını istəyirsinizsə...
İlin ən yaxşı avtomobili məlum oldu
Böyüklüyünə görə dünyanın beşinci almazı tapılıb
Aspirin xərçəngə qarşı vasitədir.
Qar yağacaq
Yolun solu ilə maşın idarəsi
Masazırda bəzi evlər sökülə bilər
"Maşa" salatı (foto resept)
Əqiq daşı
Çinin Apple-i sürətlə inkişaf edir
İnternetdə zibil artıb
Azərbaycan və İran Araz çayı üzərindəki iki layihəni müzakirə ediblər
Qaralan qoltuq altı üçün nə etməli?
Azad Söz (10-cu hissə) SON
Qadın. Netlə birgə hamiləlik (2-ci ay)
Günün qoroskopu: qəfil üstünlükləri aşkarlayaraq irəliləyin
Sonsuzluqdan əziyyət çəkən kişilər bu yazını mütləq oxusunlar
Bakı-İstanbul aviareysləri yubanır
Cüyent Arkın Cağatayın serialına çəkiləcəkmi?
Məşhur model sistemdən sonra öldü-SƏBƏB
Dünyanın ən maraqlı 3 yeraltı şəhəri
Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
- ŞƏRHLƏR