Sən bayramlara, ad günlərinə xüsusi hazırlaşırsan, o isə heç nəyə əhəmiyyət vermir. Onunla alış-verişə getmək istəyirsən, o isə vaxtı olmadığını deyir. Aranızdakı narazılıqlar və fərqlər günü-gündən artır.
Çox laqeyddir
Neçə ildir ki, evlisiniz. O, son bir ildə ailəyə qarşı laqeyd olub. Bayramlarda səninlə maraqlanmır. Sən evə qonaq çağırmaq istəyirsən, o isə tək qalmaq niyyətindədir. Sən istirahət günlərində piknik təklif edirsən, həyat yoldaşınsa həmin günü dostları ilə keçirmək istəyir. Aranızda mədəniyyət, düşüncə fərqliliyi var. Hərdən sənin istəklərinlə həvəssiz razılaşır. Bundan sonra onu reallaşdırmaq sənə xoş olacaqmı? Hər hasnı bir variantı seçsən, özəl gün sənin üçün darıxdırıcı və üzücü olacaq.
Məsləhət:
Kişilərin bayramlara və özəl günlərə qarşı diqqətsizliyi tez-tez rast gəlinən haldır. Buna görə mübahisə etmək lazım deyil. Onun ən yaddaqalan bayramının hansı olduğunu və onu necə keçirdiyini öyrən. Bayram günlərinin sənin üçün necə önəmli olduğunu ona izah etməyə çalış. Unutma ki, kişilər söz-söhbəti sevməsələr də, emosiyalara önəm verirlər.
O, dostları ilə görüşmək istəyir
Sevdiyin oğlan səninlə tez-tez görüşmür. O, dostlarına səndən çox vaxt ayırır. Sən kinoya getməyi təklif edəndə o, dostları ilə klubda futbola baxacağını deyir. Hər dəfə də bu “dost məhəbbəti” aranızda mübahisələr yaradır. Get-gedə bir-birinizə yadlaşdığınızı hiss edirsən. Sən onu, o isə dostlarını seçir.
Məsləhət:
O, əyləncəli tədbirləri, dostları ilə vaxt keçirməyi xoşlayır. Digər qadınların diqqətini çəkməyə can atır. Bu münasibətdə əziyyət çəkən tərəf ancaq qadındır. Sənə xoş olmayan tədbirlərə sevdiyinin xətrinə qatılma. Onun hər istəyinə razılıq vermə. Beləcə, o sənin də öz marağın olduğununu anlayacaq. Əgər o, səni itirmək istəmirsə, onda tələblərinlə razılaşacaq. Əks halda, öz bildiyini edib, münasibəti bitirməyə çalışacaq. Əlbəttə ki, hər bir qadın sevdiyi kişinin bütün diqqətini öz üzərində cəmləməyi arzulayır. Amma bu, həmişə reallaşmır. Nəyə və kimə görə özünə əziyyət verirsən? O, çəkdiyin əziyyətə dəyərmi? Ya münasibəti bitir, ya da heç nəyə fikir vermədən onunla qalmağa davam et. Bəlkə sevdiyin oğlan və özün üçün yeni macəralar axtarasan? Beləcə, onun diqqətini bir az da olsa çəkə bilərsən.
Ona hədiyyələr vacib deyil
Həyat yoldaşına hər dəfə hədiyyələr almağa çalışırsan. O isə buna heç əhəmiyyət vermir. Hətta ad günündə sənin aldığın hədiyyəni heç açıb baxmadı da. Özü isə sənə heç vaxt hədiyyə etməyib. Hər dəfə bunlara görə mübahisə edir, günlərlə küsülü qalırsan. Amma xeyri yoxdur. O dəyişmir və heç dəyişmək fikri də yoxdur. Sənin üçün önəmli olan nələrsə onu qəti maraqlandırmır. Aranızdakı fikir ayrılığı münasibətinizin soyumasına səbəb olur.Hələ də bir yerdə olmağınızın tək bir səbəbi var: ona olan sevgin.
O, sakitlik istəyir
Əvvəllər siz daha tez-tez görüşür, əyləncə mərkəzlərinə gedirdiniz. Dostlarla yığışıb, vaxt keçirirdiniz. Hətta bayramları və özəl günləri belə qeyd edirdiniz. Son vaxtlar isə sevgilinin münasibəti tamamilə dayişib. O, artıq heç bir özəl günü qeyd etmək istəmir. Səninlə bayramları, hətta ad gününü də baş-başa keçirməyi təklif etmir. Hətta düşünür ki, bu cür tədbirlər sevgililərə lazımsız deyil. Amma əvəzində dostları ilə əyləncə yerlərinə getməyə vaxt tapır. Bu isə aranızda olan mübahisələri artırır. Bütün günü düşüncələr səni narahat edir. “Görəsən, o, artıq məni sevmir?!”, “Yəqin onun həyatında başqası var”, “Deyəsən, mənə olan marağını itirib”... Hər dəfə narazılığını bildirəndə isə “Artıq böyümək zamanıdır” cavabını eşidirsən.
Məsləhət:
Əgər onun sənə olan hisslərindən şübhə edirsənsə, bunu gizlətmək lazım deyil. Onunla açıq danışıb, bu hərəkətlərinə görə ona qarşı inamsız olduğunu deyə bilərsən. Kişilərin səs-küylü yığıncaqları bəyənməməsi normaldır. Onların çoxu özəl günləri hansısa bir klubda yox, evdə, rahat divanında oturaraq televizora baxmaqla keçirmək istəyirlər. Bu kimi halları qabartmaq və hisslərin soyuması kimi dəyərləndirmək qadına yalnız ziyan gətirəcək. Çünki kişilər deyingən qadınları heç sevmirlər. Əgər o, indi sənin yanındadırsa, deyingənlik davam etsə, bir müddətdən sonra həqiqətən onu itirəcəksən.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR