Bu ana qədər həyatınızın necə getdiyinin heç bir əhəmiyyəti yoxdur. Əgər həqiqətən istəsəniz, bütün həyatınıza fərqli bir yön verə bilərsiniz. Bir müddətdir etmək istədiklərinizin siyahısını tutmaqla işə başlamağa nə deyirsiniz? Həyat strategiya ekspertləri 6 maraqlı fikirlə özünüzü heç olmadığınız qədər xoşbəxt hiss etməyinizin çox asan olduğunu vurğulayır...
1) Zehninizi yeniləyin
Kompüteriniz eyni anda bir çox proqramı işlətdiyinizdə donub qalır,elə deyilmi? Yaxşı, belə vəziyyətdə ilk olaraq nə edirsiniz? Kompüterinizi bağlayıb yenidən açırsınız. Qısa bir müddətə ekran qaralır və problemsiz bir şəkildə işə başlayır. Eynisini özünüz üçün niyə tətbiq etmirsiniz? Deyək ki, stress dolu, yorucu bir gün keçirdiniz və özünüzü böhrana düşmüş hiss edirsiniz.O zaman bir müddət zehininizi xarici dünyaya qarşı bağlayın və sonra təkrar açın. Eynilə komputerinizə etdiyiniz kimi. Bilirik, zehninizin açmaq-bağlamaq düyməsi yoxdur, amma indi təklif edəcəyimiz üsul sayəsində eyni təsiri hiss edəcəksiniz. Yalnız 90 saniyəyə ehtiyacınız var. Gözlərinizi bağlayın, rahatlayın və eynilə komputer ekranı kimi zehninizin qapqara olmasını təmin edin. Ən az beş dəfə dərindən nəfəs alıb-verin. Hər nəfəs alıb verdiyiniz zaman zehninizin rahatlandığını hiss edəcəksiniz. 90 saniyə başa çatdıqda əmin olun ki, daha enerjili olacaqsınız. Gün ortasında bu üsulu tətbiq etdiyiniz zaman günün geri qalanını xoşbəxt və sakit keçirmək əlinizdədir.
2) Gündəlik xəyallarınız
Əvvəl özünüzə bir strategiya təyin edin.Ardından ikinci mərhələyə keçin və bu həyatda ən çox etmək istədiyinizin nə olduğunu düşünün. Dünyanı səyahətə çıxmaqmı, gitara çalmaqmı, xarici dil öyrənməkmi? Ya da daha qısa və çılğın bir xəyal ola bilər.Məsələn,sevdiyiniz insanla görüş.Gözlərinizi bağlayın, dərin bir nəfəs alın və istəklərinizin reallaşdığı xəyalını qurun.Zehninizdə öz kino filmininizi yaradın. Zehininizdə öz DVD-nizi seyr edin. Xəyalın 90 saniyədən çox olmamasına diqqət yetirin. Həmin görüşdə nə olmasını xəyal edirsinizsə, zehninizdə bunu yaşayın. Görüşdən əvvəl zehninizdə o anı yaşasanız, görüş günü gəlib çatdığında özünüzü çox daha yaxşı hiss edərsiniz.
3) Günün ən güclü anına mərkəzlənin
Yalnız xəyal qurmaq yetərli deyil, doğru zamanda bunu edə bilmək də çox əhəmiyyətlidir. "Xəyal qurmağın da saatımı olar" deməyin! Ən yaxşı zaman yatmazdan əvvəlki 30 dəqiqədir. Bu zaman içərisində etmək istədiklərinizi düşünsəniz, yatdığınız zaman bu düşüncələr zehninizə yerləşər. Deyək ki, bu aralar ən böyük xəyalınız çox oxunanlar siyahısına girəcək bir roman yazmaqdır. Əvvəlcə özünüzü yazar olaraq xəyal edin (kitabın təqdimat günlərini təşkil edirsiniz, oxucularınız kitabınızı imzalatmaq üçün imza gününüzdə uzun növbələrmeydana gətirir, kitabınızla əlaqədar sizinlə reportajlar edilir və kitab təqdimatınız üçün Nyu-Yorka getdiyinizi xəyal edirsiniz). Eynilə hər axşam makiyajınızı təmizləmək, pijamanızı geymək kimi xəyal qurmağı da bir vərdiş halına gətirin. 30 dəqiqə davam etməsinə ehtiyac yoxdur, yalnız 90 saniyə yetərlidir. Bunu etdiyiniz zaman zehniniz xəyalınızı istər-istəməz hədəf halına gətirəcək və hər keçən gün xəyalınıza bir addım daha yaxınlaşdığınızı fərq edəcəksiniz.
4) Hindqozu ağacı kimi dayanıqlı olun
Qulağa gülməli gələ bilər,amma hindqozu ağacını nümunə göstərməyimizin səbəbi var. Hindqozu ağaclarına heç diqqət yetirmisinizmi? İnanılmaz dayanıqlıdırlar, küləyə qarşı gəlirlər; yeri gəldiyi zaman o qədər elastik olurlar ki, küləklə birlikdə hərəkət edirlər və bir çox təbii fəlakətdən sonra belə dimdik dayanmağı bacarırlar. Eynilə həyatla mübarizə edən müvəffəqiyyətli insanlar kimi... İş yerində istəmədən etdiyiniz bir səhv, səbəbsiz yerə başınızda dolaşan problemlər, sevdiyiniz insanla yaşadığınız problemlər kimi həyatda sizə mənfi təsir edən mövzulardan asanlıqla sıyrıla bilməyin yollarından biri də elastik ola bilməkdir. Eynilə hindqozu ağacı kimi. Deyək ki, pis bir gün keçirirsiniz, bütün işlər tərs gedir; bu, hamımızın başına gələ biləcək bir şeydir. O zaman öz-özünüzə belə deyin: "Mən yaxşıyam, hər şeyi yoluna qoyacağam, əsla geri dönmək yoxdur". Bu sözlər özünüzü idarə etməyinizi təmin edir və mənfi düşüncələrinizi müsbətə çevirməyə köməkçi olar.
5) Sondan başa doğru düşünün
Hər hansı bir iş üçün plan tutduğumuz zaman əvvəldən sona doğru irəliləyirik. Deyək ki, tətilə gedəcəksiniz,amma daha çox zamanınız var və o tətilə çıxmadan əvvəl etməyiniz lazım olan çoxlu iş var. Və siz bu işləri düşündükcə nə gedəcəyiniz yeri xəyal edə bilirsiniz, nə də işlərinizə diqqət yetirə bilirsiniz. O zaman gəlin sondan başa doğru irəliləyək. İşə istirahətə getdiyinizi xəyal edərək başlayın. Tətildə nələr edəcəyinizi, haralara gedəcəyinizi planlayın. Əmin olun, etməyiniz lazım olan işlər üçün çox daha asan motivasiya olar və qısa müddətdə hamısını həll edə bilərsiniz. İdman etməmişdən əvvəl də bu taktikanı tətbiq edin. İdmana gedib-getməməyi düşünməklə zaman itirmək əvəzinə, idman çıxışında özünüzü nə qədər xoşbəxt hiss edəcəyinizi xəyal edin.
6) Üç saniyə müsbət düşünün
Müsbət düşüncə sayəsində həqiqətən bacara bilməyəcəyiniz heç bir şey yoxdur. 7 gün-24 saat müsbət düşünməyinizi gözləmirik; onsuz da bu, qeyri-mümkündür. Saç modelinizi bəyənmədinizsə, ya da yaxın yoldaşınızla müzakirə etdinizsə, istər-istəməz müsbət düşüncə tərzindən uzaqlaşa bilərsiniz. Ancaq bu vəziyyətdə də edə biləcəkləriniz var. Məsələn, mənfi bir rəftar gördünüz və beyninizi mənfi düşüncələr məşğul edir. O zaman qısa müddətə də olsa gözlərinizi bağlayın, zehninizdəki bütün pislikləri bir qatara mindirdiyinizi xəyal edin. Özünüzü yaxşı hiss edənə qədər qısa aralıqlarla bunu təkrarlayın və dərin nəfəs alın. İnanın, gözlərinizi açdığınız zaman özünüzü daha yaxşı hiss edəcəksiniz.
Hər zaman pozitiv olun.
XƏBƏR LENTİ
Körpələrdə soyuqdəymə
Ukrayna hökuməti bütün ölkə ərazisində yüksək hazırlıq rejiminə keçir
Bəzi qadınlar niyə tənhadır?
Mobil proqram qadının həyatını xilas edib
Azərbaycan tarixindən yüz şəxsiyyət-55
Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
​Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar verəcək
Facebook-da daha bir yenilik
"Mercedes" toyuq kimi olduğunu sübut etdi.
Dahilərdən gözəl sözlər - 4
Qadın.netlilərin pis vərdişləri
Günün ulduz falı - 21.09.2013
Prezidentdən yeni Sərəncam
Şahinlərimizə qurban kəsildi
Mayın 17-də QASIRДћA OLACAQ
Uşaqlarımıza qayğı göstərək
Bürclərin sevdiyi yeməklər
Türkiyə ilk yerli smartfon istehsal etdi
Kənan Işıkdan 6 il sonra xəbər var
Abituriyentlərin nəzərinə!
Uşaqlar üçün saç modelləri
Rusiya tam böhrana girir
Makiyajdan əvvəl dərini necə canlandırmalı?
Ayrılığın yaratdığı fiziki ağrılar
Aleyna Tilki istirahətindən danışdı-FOTO
Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ
Romantikanı sevməyən qadın varmı?
"Vogue" dərgisində QALMAQAL-FOTO
Bu ölkə kosmosa 20 peyk göndərdi - Rekord
Manat rublu boğacaq
Rəqs etməyin 4 faydası
Beyons yenidən böyük səhnədə-FOTO/VİDEO
Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb
Qarabağda müharibə qızışa bilər
10 nəfər qəbul imtahanında 600-dən çox bal toplaya bilib
Bu üsulla kəpəkdən xilas olun
Ali məktəbdə müəllim və tələbələrə qadağa
Vatsapda MÜHÜM YENİLİK
Gürcüstan-Tbilisi (5)
Atomdakı qüsursuz nizam
Qarpız alaq, almayaq?
İsrail 74 məscidi viran qoydu
Azərbaycanda zəlzələ oldu
Erməni əsirliyindən qaytarılan Bayram Kərimovun atası: “Oğlumla danışmasam da...”
Bakıda hava yağmurlu olacaq
Qadın.Netlilərin evlilik təklifləri (2-ci hissə)
İnsanlar nə üçün tez məğlub olur?
Özcan Deniz yenidən evlənir
Film qəhrəmanları gündəlik həyatda
HAVA necə olacaq?- 19 MART
- ŞƏRHLƏR