Kişilər üçün ən maraqlı qadınlar daima əlçatmazlığını qoruyub saxlayan qadınlardır. Heç kimin sözü ilə oturub, durmayan, öz ağlı ilə digər qadınlardan seçilməyi bacaran qadınlar daima hər kişinin arzuladığı qadın tipidir. Əlçatmazlığı qoruyub saxlamaq o demək deyil ki, o qadını heç kim əldə edə bilməz. Sadəcə onu əldə etməyi bacaran kişi, digərlərindən fərqli olaraq ağıllı olur.
Qayda 1- Özünə qulluq et
Gözəl olmaq o qədər də vacib deyil, əsas odur ki, özünə qulluq etməyi bacarasan. Bütün dövrlərdə kişilər seçim zamanı özünüsevən və enerjili xanımlara üstünlük veriblər. Kişilər səliqəli qadınları sevirlər, çünki, bilirlər ki, belə xanımlar həmişə gözəl görünməyə çalışacaqlar. Düzdü, xanımlar hərdən bezib gileylənir, "məni olduğum kimi qəbul etmirsə öz problemidir" deyib əsəbləşirlər. Hər bir kişi xanımda gözəlliyi və xanımlığı sevir. Odur ki, vaxtınız olmasa belə yüngüvari makiyaj, məsələn, rənginizə düşən dodaq boyası və gözlərinizi cəlbedici göstərən göz qələmindən istifadə etməyiniz yerinə düşər.
Naz etmək 2 -ci qaydadır
Kişilər naz eliyən qadınları sevirlər. Bir şərtlə naz çərçivəsində olsun, onları bezdirməsin. Bəzən kişilər rədd cavabı almaqdan qorxurlar, amma xanımların ədasını görəndə bir növ razılıq əlaməti kimi qəbul edib onlara yaxınlaşmaqda daha cəsarətli olurlar.
Naz,qəmzə buzu əridir, münasibətlərə istilik gətirir.
Bu da qayda üç
Kişilər üçün arzuolunan xanım olmaq istəyirsən? Onda bu bölümü diqqətlə oxu. Kişilərlə mehriban davran. Onlara təcavüzkar kimi baxsan tezliklə bunu hiss eliyəcəklər. Qadınların müzakirə etdiyi əsas mövzulardan biri də kişilərin vəfasızlığıdır. Təbbi ki, belə nifrət dolu söhbətlərdən sonra xanımların əks cinsin nümayəndələr ilə görüşə getməklərinin sonunun təsəvvür etmək elə də çətin deyil... Bəzən qadınların inamsızlığı sonda onların tənha qalmasına gətirib çıxarır. Ona görə görüşə getməzdən öncə daha nikbin düşün. Məsələn: kişilərin hansı cəhətlərini bəyənirsən? Səncə ağ atlı oğlan necə olmalıdır? Kişilər və qadınlar arasında hansı fərqlər var?
Bu suallara cavab münasibətlərin daha səmimi, isti, ən azı sənin arzuolunan və əsrarəngiz görünməyinə gətirib çıxaracaq.
Dördüncü qayda dinləməyi bacarmaqdır
Dinləməyi qiymətləndir. Əgər hələ də bu üsuldan istifadə etmirsənsə, bir dəfə sına. Nəticəsini özün görəcəksən. Seçdiyin kişinin dediklərinə diqqətlə qulaq as, sonra mövzu barədə sual ver, inandır ki, onun danışıqları dağrudanda sənin üçün maraqlıdır. O cümlədən həmsöbətinin danışıq tempinə fikir ver: asta danışırsa, sən də danışanda tələsmə, fikirlərini sürətlə çatdırmağa çalışırsa, sən də danışıq tempini artır.
Toyda, ad günündə, təqdimat mərasimində elə xanımlara rast gəlirik ki, xarici görkəmi o qədər də gözəl deyil, amma kişilər onlardan gözünü çəkmir. Belə qadınlar əks cinsin nümayəndələrinin diqqətini necə cəlb edirlər? İmicmeykerlər xarici görkəm barədə unutmağı, müassir cəmiyyətdə diqqət mərkəzində olmaq üçün davranış qaydalarına önəm verməyi məsləhət görürlər. Onların məsləhətinə əməl edənlər uduzmayacaqlarına tam əmin ola bilərlər. Deməli bundan sonra saatlarla güzgünün qabağında oturmağa ehtiyac yoxdur, sadəcə təfəkkürü dəyişmək yetər.
Əla qiymətini almaq istəyənlər...
Beşinci qaydanı sınayanlar bu vaxta kimi peşman olmayıblar. Kişilərin diqqətini qazanmaq istəyən xanımlar bunu bir daha sınasalar heç də pis olmaz. Sadəcə olaraq tərəf-müqabilinin hərəkətlərini təkrar et, amma hiss etdirməmək şərti ilə. Məsələm, əgər o əlini çənəsinə qoyubsa, bir neçə dəqiqədən sonra təkrar et və s. Bununla sən onunla necə oxşar olduğunu göstərəcəksən. Həm də bu üsul yeni qurulan ailələrə kömək edəcək. Sonra bu üsul lazım olmayacaq, çünki bir-birinizi yaxından tanıyacaqsız.
Əziz Qadın.netlilər qadın nə qədər özünə baxımlı olsa, bir o qədər də gözəl görünər.
Azərbaycanın bütün xanımları gözəldir!
XƏBƏR LENTİ
Körpələrdə soyuqdəymə
Ukrayna hökuməti bütün ölkə ərazisində yüksək hazırlıq rejiminə keçir
Bəzi qadınlar niyə tənhadır?
Mobil proqram qadının həyatını xilas edib
Azərbaycan tarixindən yüz şəxsiyyət-55
Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
​Məhkəmə ANS-lə bağlı 15 gün ərzində qərar verəcək
Facebook-da daha bir yenilik
"Mercedes" toyuq kimi olduğunu sübut etdi.
Dahilərdən gözəl sözlər - 4
Qadın.netlilərin pis vərdişləri
Günün ulduz falı - 21.09.2013
Prezidentdən yeni Sərəncam
Şahinlərimizə qurban kəsildi
Mayın 17-də QASIRДћA OLACAQ
Uşaqlarımıza qayğı göstərək
Bürclərin sevdiyi yeməklər
Türkiyə ilk yerli smartfon istehsal etdi
Kənan Işıkdan 6 il sonra xəbər var
Abituriyentlərin nəzərinə!
Uşaqlar üçün saç modelləri
Rusiya tam böhrana girir
Makiyajdan əvvəl dərini necə canlandırmalı?
Ayrılığın yaratdığı fiziki ağrılar
Aleyna Tilki istirahətindən danışdı-FOTO
Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ
Romantikanı sevməyən qadın varmı?
"Vogue" dərgisində QALMAQAL-FOTO
Bu ölkə kosmosa 20 peyk göndərdi - Rekord
Manat rublu boğacaq
Rəqs etməyin 4 faydası
Beyons yenidən böyük səhnədə-FOTO/VİDEO
Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb
Qarabağda müharibə qızışa bilər
10 nəfər qəbul imtahanında 600-dən çox bal toplaya bilib
Bu üsulla kəpəkdən xilas olun
Ali məktəbdə müəllim və tələbələrə qadağa
Vatsapda MÜHÜM YENİLİK
Gürcüstan-Tbilisi (5)
Atomdakı qüsursuz nizam
Qarpız alaq, almayaq?
İsrail 74 məscidi viran qoydu
Azərbaycanda zəlzələ oldu
Erməni əsirliyindən qaytarılan Bayram Kərimovun atası: “Oğlumla danışmasam da...”
Bakıda hava yağmurlu olacaq
Qadın.Netlilərin evlilik təklifləri (2-ci hissə)
İnsanlar nə üçün tez məğlub olur?
Özcan Deniz yenidən evlənir
Film qəhrəmanları gündəlik həyatda
HAVA necə olacaq?- 19 MART
- ŞƏRHLƏR