
MÜDRIK QADINLARA PSIXOLOQ MƏSLƏHƏTI
KIŞILƏRI OVSUNLAMAQ ÜÇÜN 5 BACARIQ
Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün Sizə bir neçə məşhur “qadin hiylələrini” təqdim edirik
1. YOLDAŞINIZ ÜÇÜN DAIM SIRLI, ƏLCATMAZ OLUN.
Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir.
Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər. Həyat kişilər üçün döyüş meydanıdır – Sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır. Onlar hər zaman Sizin sevginizi, rəğbətinizi, hörmətinizi qazanmağa çalışmalıdırlar. Hər gün, hər zaman o, bir addım öz məqsədində irəli getməlidir. Amma əgər yoldaşınız hiss etsəki, artıq sizə qalib gəlib, o, dərhal özünə başqa bir hədəf axtaracaq. Buna isə yol vermək olmaz.
2. SON QƏRAR QƏBUL ETMƏK ŞANSINI KIŞILƏRƏ VERIN
Xüsusilə, qonaqlıqda, evdən kənar yerlərdə zəkalı qadın hamıya göstərməlidir ki, onun yoldaşı ağıllıdır, hökmlüdür, əsl ailə başçısıdır. Kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər, hətta belə olmadıqda. Qadın daim bu barədə düşünməlidir, şübhəsiz, əgər ailəsinin möhkəm olmağını istəyirsə. Uşaqlar, qoyum-əqraba bilməlidir ki, ailəni kişi qəbul edən qərarlar tənzimləyir. Halbuki, məlumdur ki, güclü ailəni – güclü, qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik qadın durur!
3. TƏNQIDDƏN UZAQ OLUN!
Bu mərhələdə qadın əsl bacarıqlarını nümayiş etdirməlidir. Xoş sözlə, düzgün hərəkətləri tə'rifləməklə - mənfi cəhətləri qismən aradan qaldırmaq mümkündür. Tənqid, iradlar yalnız yoldaşınızı qıcıqlandıra bilər. Ehtiyyatlı olun!
4. EVINIZ RAHAT VƏ SƏLIQƏLI OLSUN.
Ağır, çətin iş günündən sonra hər bir kişi rahat, sakit, onu sevən insanlar olan evə qayıtmaq istəyir. Çalışın onun bu tələbatlarını ödəyin. Axı bu çox asan üsuldur, xüsusən, sevən qadın üçün!
5. ÖZ MARAQLARINIZI UNUTMAYIN!
Bəzi qadınlar evlilik zamanı yalnız, yoldaşlarının maraqları ilə yaşayırlar. Özlərini unudur, ikinci plana çəkir. Bu nəinki qadını, hətta bütün ailəni ucuruma apara bilər. Çünki, hər bir insanın uzun müddət səbirli, dözümlü, hövsələli olması sonda əsəbliliklə, psixolojı travmalarla nəticələnir. Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir, hər birinin maraqları, məqsədləri olmalıdır.
XOŞBƏXT OLUN!
BIR-BIRINIZI, AILƏNIZI QORUYUN!
Həmişə sizi düşünən Sizin psixoloq.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR