HOST-dan sitat: Əvvəlcə Allahdan həyat istədim, o, mənə qaranlıq verdi... Sonra Allahdan işıq istədim, həmin gün mən doğuldum. Amma bu işıq çox parlaq oldu və mən qorxdum.. .Ağlamağa başladım. Allaha yalvardım ki, məni qorusun. Həmin dəqiqə anam məni qucağına aldı və mən sakitləşdim. Sonra şükür etdim, onda Allah mənim gözlərimi açdı. Başladım gülməyə, sonra böyüməyə - hər kəs kimi... Və bir gün.. Bir gün Allahdan xoşbəxtlik istədim, amma səs gəlmədi. Yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi... Onda anladım ki, xoşbəxtliyimi özüm tapmalıyam... Və başladım axtarmağa: gücdə, şöhrətdə, qızılda, kitabda, elmdə - hər yerdə gəzdim, dolaşdım, hər kəsdən soruşdum... Amma hər dəfə insanlar mənə səhv yol göstərdilər və hər dəfə xoşbəxtlik sandığım qapıları var gücümlə döyəndə qapıları açan olmadı... Açılanlarda da xoşbəxtlik olmadı, tapa bilmədim və yorulub başladım qayıtmağa...Yolda qoca, müdrik dərvişlə rastlaşdım və dedim: "Xoşbəxtlik yoxdur". O isə dedi: "Sən onu qıraqda axtarırdın, amma xoşbəxtlik sənin içindədir".
Mən inanmadım. Onda dərviş əlimi götürdü və sinəmə qoyub dedi: "Qulaq as,döyüntünü eşidirsən? Bu, sənin xoşbəxtliyindir, qapını döyür, elə isə aç qapını..."
...Bir zamanlar öz xoşbəxtliyini axtaran gənc kimi çox dinlədim bu treki... Doymadım, dinlədim, dinlədim... Qəlbimin qapısını döyən xoşbəxtliyimə açdım qapılarımı... Gözlərimi yumdum, görən necə idi o?.. Mən arzuladığım kimi idimi? Yoxsa... Açdım gözlərimi. Xoşbəxtliyimi qarşıladım. Bomboz həyatım bir anın içində əlvan rənglərə boyandı...Yaşadım, sevdim, sevildim, ana oldum... Sandım ki, çox xoşbəxtəm. Amma yenə də nə isə çatmırdı elə bil... Xoşbəxtliyimi əlimdə bərk-bərk tutmuşdum. Çox gözəl idi o. Kitab arasında qurudulmuş kəpənəklər kimi xoşbəxtliyimin cansız gözəlliyi gözlərimi qamaşdırırdı. Hər şeyim var idisə də, heç nəyi olmamış kimi hiss edirdim özümü. Baş aça bilmirdim, bəlkə çox xoşbəxt olduğum üçün bədbəxt idim?.. Və nəhayət, dərk etdim ki, həyat üçün həyata qarşı vuruşan MƏN bədbəxt olduğum üçün xoşbəxtəm. Yenə əlimi sinəmə qoydum və doyündüyünü eşitdim... Bu dəfə Allahın mənə verdiyi ikinci şansdan səmərəli istifadə edəcəkdim... Bu dəfə özümü yox, insanlığı düşünəcəkdim. Ətrafdakıların xoşbəxtliyinə nail olmaq üçün, mənə güvənən və mənə inanan insanların çöhrəsində xoş təbəssüm yarada bilmək üçün var-gücümlə çalışacaqdım... Bəli, budur xoşbəxtliyin düsturu...Və birdən möcüzə baş verdi: kitabarası qurudulmuş kəpənək bir anın içindəcə canlandı. Dünyanı öz rəngli palitrasına bürüdü... Bu gözəllikdən təkcə mənə yox, bütün insanlara da pay düşdü. İndi çox xoşbəxtəm...
P.S. İnsana dönə bilsək, xoşbəxt olarıq, xoşbəxt ola bilsək, dünyanı xilas edərik...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hörüklü saç düzümləri
Ali təhsilli çağırışçıların hərbi xidmətləri ilə bağlı yeni TƏKLİF
Ağsaqqallar və ağbirçəklər qayıdır...
Xərçəngi tək nəfəsdə tutacaqlar
Talassemiya xəstəliyi
Naxçıvanla sərhəddə ölənlərin sayı 14-ə çatdı
“Twitter” tərcümə üçün yeni xidmətə müraciət edib
Oktyabr ayının qalibləri!
Botoks etdirən qadının üzü çürüyür-FOTO
Hava necə olacaq?
Serdar Ortaç da BOŞANDI
Evdə keratin baxımı necə olmalıdır?
Otağında həşəratlar üçün qurduğu tələyə böyük ilan düşdü - FOTO
Tibbi sığortaya nə qədər ödəyəcəyik?
Ən xoşbəxt olduğumuz saat bilindi
Bakıda tank mərmisi tapıldı.
"Tour d`Azerbaidjan-2015" başa çatdı
“Google” mobil operator olmaq istəyir
Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?
Girov götürülən 30 azərbaycanlıdan yeni xəbər
Uşaqlara tərəvəz yeməyi öyrədək
Vanna otağını böyük göstərməyin 8 yolu!
Elza Seyidcahan deputatlığa namizəd oldu
Təbiətin gözəlliyi
Gülben Ergen Yeşim Salkımı polisə verdi-SƏBƏB
Badamlı, portağallı peçenye (foto resept)
Gülşenin geyimi diqqət çəkdi-FOTO
Qorxunc gülüşün dərmanı: ananız istəsə də...
Sabiq "barsa"lı "Yarasa" oldu
Prezident maaşları artırdı
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Nyu Yorkda ilk Qafqaz irsi festivalı keçirilib
Qış salatı(foto resept)
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ad günüdür
"Eurovision 2014": bu gecə alovlu şou var!
286 kq-lıq qadın qızı üçün arıqlamağa çalışır-FOTO
SON DƏQİQƏ! Rəsmən açıqlandı - Bu şəxslərə də pul veriləcək
Cennifer Lopez bu addımına görə qınandı-FOTO
Övladlığagötürmə ilə bağlı YENİ QAYDALARın layihəsi
"Hər bəlamda günahkar sənsən!"
“Coker” üçün 50 milyon dollarlıq təklif
Möcüzəvi daşın sirli əlamətləri
Kıvanç Tatlıtuğ Balidə dincəlir - FOTO
Qəza keçirdi, hamilə qaldı
Evlər xeyli ucuzlaşa bilər
Lolita qonorarını açıqladı
Məşhurlar hansı türk seriallarına baxırlar?
Düşmən Naxçıvan istiqamətində atəşkəsi pozdu - RƏSMİ
17 ildən sonra ilk dəfə onu seçdilər-FOTO
Hindusların Divalisi başlandı
- ŞƏRHLƏR