Bu gün sizləri nə vaxtsa keçmişdə elədiklərinizə görə peşman olmusunuzmu mövzusuna aid öz yaxın rəfiqələrimin həyat əhvalatları ilə tanış edəcəyəm.
N.......ə bir rəfiqəm.
11-ci sinifdə oxuyurdum, yadımdadı oktyabr ayı idi bir yaxın adamın toyu idi , ailəvi getdik toya.Bir oğlan mənə gözünü çəkmədən baxırdı.Və nəhayət nömrəsini salfetkanın üstünə yazıb ofisiantla mənə göndərdi.Toy bitdi,bir neçə gün keçdi fikirləşirdim zəng edim yoxsa yox.Və qərara gəldim ki, zəng edim.Danışmağa başladıq onunla.Danışıqlarımız davam edir və görüşlərə çevrildi.Bitirdim 11- ci sinifi universitetə qəbul oldum.O, çox imkanlı bir ailədən idi.Anası bir neçə dəfə zəng edib məni söymüşdü ki, sən bizim ailəyə yaraşan qız deyilsən.Amma sevirdim onu günü gündən çox.Oğlan mənə qarşı soyuyurdu günlərnən yoxa çıxırdı.eləcə 2-ci kursa da keçdim.Tez tez dalaşırdıq bir neçə gündən sonra isə barışırdıq.
Bir dəfə dalaşanda günlər belə keçdi amma barışmadıq.Özüm zəng elədim telefonuna zəng çatmırdı və 1 aydan sonra dostu bizə zəng elədi mənnən danışmaq istədiyini bildirdi.Danışdım,dostu dedi mən görürəm sən yaxşı qıza oxşayırsan amma o səni aldadıb, sənə deməliyəm bunu bilməlisən,niyə belə kor olmusan axı o evlidi.Dünyam başıma fırlandı həyatım alt üst oldu.
Depreasiyadan çıxa bimirdim mən də onun acığına kimnən gəldi nişanlandım,nişanlımnan boş boş şeylərə görə dava yaradırdım və nəhayət nişanı da qaytardım.
İndi yənə nişanlıyam 26 yaşım var amma yənə də nişanlımı sevmirəm onu sevirəm.
Onnan keçirtdiyim günlərə görə çox peşmanam amma neyləyim ki,onu unuda bilmirəm.Artıq 5 ildir sevirəm onu içim özümü yeyir çölüm də başqasını...Çox heyif...
Z.........d bir rəfiqəm
11- ci sinifdə oxuyurdum heç universitetə imtahan vermək ağlımdan belə keçmirdi.Bir oğlannan danışırdım o da bizim məktəbdə oxuyurdu və yaşca məndən kiçik idi.Bir birimizdən xoşumuz gəlirdi özdə çox.
Bir gün mənə xalam zəng elədi və dedi ki bakıda fılankəsin oğlu var qız axtarır evlənmək üçün səni dedim gəlib baxacaqlar sənə,hirsləndim sonra da öz sevgilimə zəng edib dedim ki zarafatcasına məni ərə verirlər o da dedi ki verirlər get də.
Necə bu mənə pis təsir elədisə dedim yaxşı gedərəm və adboy verdim.
Xalama dedim ki razıyam oğlanla tanış olacağam,sən demə oğlan namaz qılan imiş və istəyirmiş ki məndə başımı bağlayım ,bağladım və başladım namaz gılmağa.
Artıq 1 ilə yaxın idi ki evli idik və uşağımız yox idi anamgil həmişə deyirdilər ki gedin həkimə oğlan qaçırdı, deyirdi ki hələ tezdi.
Və nəhayət getdik həkimə oğlanda çox pis kişi xəstəliyi tapıldı və mikrobu mənə də keçmişdi o gündən həkim bizə qadağa goydu ki biz sevgi ilə məşğul olaq və İrana,Dubaya,Rusiyaya hər yerə getdik dedilər ki bunun uşaqları ola bilməz.Sevməyib getsəm də oğlan pis insan deyildi.
Boşandıq 1 ilin gəlini oldum getdim atam evinə və hicabı da açdım
Çox peşman ona görə oldum ki gərək kor təbii hə deməzdim.Bəlkə də Allahın qisməti budur.
A...........a bir rəfiqəm
Dövlət universitetinə qəbul olunmuşdum qiyabi,pullu.Bir oğlanın rayonda məndən xoşu gəlirdi mən də dedim ki mən rayona yox bakıya getmək istəyirəm ona yox dedim.Bibim tapdığı birinə hə deyib getdim.Gedən gündən həyatım alt üst oldu.Özüm imkanlı ailənin qızıyam oğlangil isə yox.Qaynanam məni həmən il 2 ci kursda oxuyurdum gedəndə universitetdən çıxartdırdı ki, mən oxumuşam ki ,gəlinim də oxusun.1 oğlum oldu ondan sonra düz 5 uşaq salmışam çünki qaynanam qoymurdu doğmağa bilən kimi hamiləyəm dərman verirdi ki uşaq düşsün.Mənim hətda çörək yeməyə ixtiyarım yox idi.Başıma olmazın oyunlarını açdı.Baldızım 1 uşaqnan qayıtdı gəldi evdə hər şey bir birinə qarışdı.
Dözə bilmədim anama açdım danışdım onlarda yoldaşımı çağırdılar başa saldılar ki heç kim yiyəsiz deyil ya arvadına yiyə dur ya da ki boşan.Oğlan dedi ki bilirəm anamın xasiyyəti çətindi amma mənim kirayə çıxmağa pulum yoxdu özüm də 350 manat maaş alıram.
Hal hazırda kirayədə qalıram atam kirayə pulunu verir yoldaşımın pulunan da dolanırıq, aylıq ərzaq və.s
Amma rayonda yox dediyim bəyənmədiyim oğlan hal hazıra rayona meydan oxuyur yaxşı mənada.Supermarket açıb.Necə lazzımdı özünə ev tikdirib sağlığına qismət.Evləndi və 2 gızı da var.Necə lazımdı həyat yoldaşının arxasında durub.
Çox peşimanam indi düzdü gecdi amma peşimanam dəhşət.Niyə mən belə böyük səhv buraxdım...
Həyat mənə nələri öyrətmədi.Bir tikə çörəyə möhtac olacağım heç vaxt ağlıma belə gəlməzdi...
Bu qədər.Ardı da olacaq...Sizdə istəsəniz mənə öz əhvalatınızı göndərə bilərsiniz.
Belə peşmançılıqlarınız olubmu?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR