Həyat elə ani duyğularla dəyişir ki, bir də baxırsan ki, tam filmin içindəsən....Və ya bir anda hiss edirsən ki , sən artıq “həyat oyunun “ xaricində qalmısan...İki insan var bir bədəndə...Bəzən özünü tanımayan bir insan. Biri var tam yaxşı, biri də var anidən dəyişən insan. Zaman elə bir şeydir ki, bəzən sənin "yox" dediyini sənə "hə" dedizdirə bilər.
Zamanla öyrəşir insan itirməyə, itirdiklərinin arxasından baxmağa, itrdikləri üçün təəssüflənməməyə, insan yavaş-yavaş öyrəşir.
İnsan ömrünün müxtəlif yaş təbəqələri var. 10 yaşında da, 15, 25, 30, 35 və s... bütün yaşlarda sevirsən. Doğru zənn edirsən...Yanılırsan, peşman da olursan, sevinirsən də. Həyatda elə duyğular var ki, onları vacib deyil yaşayasan. Onlar insanla birgə doğulur. Necə ki, hər gənc qız bir gün gəlin gedəcəyini düşünür, o günü gözləyir...Necə ki, insan körpəsi olmadan onun necə bir duyğu olduğunu anlayır, qucağına körpə alanda anlayır ki ,ona necə baxmaq lazımdır...Onunla öyrənirsən yaşamağı, onunla böyüyürsən. Bu vacib deyil ki, öz körpən olsun. Bu sənin ən yaxınlarının körpəsi də olur.....Sevgi də bunun kimi bir duyğudur. Öyrətmirlər, kimdənsə öyrənmirsən. Yaşadıqca özün yazırsan onun formulunu. Özün tapırsan həllini...
Bilirsən nədir həyat? Yazıldığı kimi deyil. Film də deyil. Nə də ki, kiminsə həyatı kimsədə də təkrarlanmır...Yanırsan, üzülürsən və bir yerdən sonra davam edirsən. Düşün ki, dağın başında istədiyin bir şey var. Onu əldə etmək üçün cəhd edirsən...Dağa çıxanda yorulursan, getmək istəmirsən...Yıxılırsan. Amma elə ki, sənə bir əl uzanır. Bir xoş sözü, bir gülüşü, əlindən tutub səni həyata bağlayır. Bir də indi bax o dağa necə həvəslə çıxırsan.... İnsan ele bir varlıqdır ki, bəzən tez təsir altına düşür, bəzənsə məntiqi ilə hərəkət edir. Amma hər dövrdə, hər hadisədə təbliğat çox vacibdir. İstər müsbət, isətrsə də mənfi mənada. Mənim də həyatımda müsbətlər və mənfilər çox olub. Amma təbliğat ki, var o mənə müsbət yöndən gəlib...
Zaman elə həlli olmayan bir yoldur ki, onu yaşamadan bilmək olmaz. Bəzən düşünürsən ki, harda səhv etmişəm, harda ipin ucunu qaçırmışam? Harda səhv etdim?....Yaş dövründən, onun sənə gətirdiklərindən və ya gətirəcəklərindən çox şey aslıdır. Zamana uyğunlaşa bilərsən də, amma zaman səni özünə uyğunlaşdırmağa imkan vərəcəkmi? Bunu bilmirsən....
Hec düşündünmü ətrafını, ətrafındakı xöşbəxtləri gördünmü? Bədbəxtlər üçün bir dəfə üzüldünmü? Bir dəfə kimin üçünsə dua etdinmi?Bir gün kiməsə xəyanət etdinmi? Bir gün kiminsə vicdan əzabını yaşadınmı? Bir gün səhv yolda olduğunu anladınmı? Bir gün dost dediyin insanın dostun olmadığını anladınmı? Heç sevdinmi? Bir gün onu itirmək qorxusunu yaşadınmı? Bir dəfə tək bir dəfə kiminsə sənə verdiyi sirri bir digərinə açdınmı? Bir gün birini qırdığında onun peşmançılığını yaşadınmı? Bir gün heç anladınmı ki, xarakterndə çatışmayan nələrinsə var olduğunu? Hamını qırmaqla heç nə əldə edə bilmədiyini anladınmı? Heç bir gün düşündünmü ki, mən kiməsə pislik etdiyim halda o, mənə yaxşılıq edir deyə? Heç düşündünmü ki, bir gün hamıda nöqsan axtaranda, irad tutanda bir gün bunları səndə yaşaya bilərsən, deyə düşündünmü? Heç bir gün anladınmı ki, saf sevginin qarşılığı yoxdur...Bir gün özünün dərindən dərk etdinmi? Heç bir gün oldumu tək qalıb dəli kimi ağladın? Və bir gün anladınmı ki, sənin üçün cəhd edən insan (lar)ı itirdiyini? Bunu dərindən dərk edib peşman oldunmu? Bir dəfə anladınmı ki, sənin də kürəyində dost dediyin insanın "bıçaq izini"? İndi düşün! Bunların hansı səndə var və ya yoxdur, yaxud da nə zamanlarsa olub.
Mükəmməl insan yoxdur. Sadəcə bizim mükəmməl görmək istədiklərimiz var. Biz xəyallarımızı onun üzərində qururuq. Əslində özümüzə, xasiyyətimizə uyğun olmadığını görsək də, onu o qədər bütünləşdirib ideal edirik ki, bir gün onların pis hərəkəti bizi çox pis yaralayır...Və o gün sankı bir ildirim çaxır gözlərində, ürəyində, beynində ki, bu onun xasiyyətidir, yoxsa mənim formalaşdırdığım?Aradakı fərqi hiss etmək necə də insanın canını yandırır...
İnsan nə qədər: "mən cəsarətliyəm"-desə də ən böyük səhvi özünə edir.İnsanın qarşısında əyildikləri var. Bəzən elə güvəndiyin bir insandan zərbə alırsan ki, onun etdiyini " həzm edə bilməzsən". Elə bilərsən ürəyinin başında daş var. İnsana elə ağırılıq edər ki, günlərcə özünə gələ bilməzsən.
İnsan elə varlıqdır ki, bəzən ona edilən ən böyük xəyanəti, danışılan yalanı, ən böyük pisliyi unudur. Əslində unutmur. Unutmuş kimi aparır özünü. İlk öncə Allaha görə. Onun bağışlayan olduğunu düşünüb, sən də Allah rizası üçün bağışlayırsan. Amma öz dünyanda, duyğularında əsla onu bagışlamazsan......Niyə bəs özünü unutmuş kimi aparıb, özünə ziyan edir insan? Ona görə ki, kimsə üzülməsin. Sən elə rol aparırsan ki, sanki hər şey normaldan da artıqdır...Bax bu qədər sadaladıqlarımı ən çox bacaran varlıq qadındır....
Əyər düşünürsən ki, mənim üçün burda sayılan yaxşılıqları kimsə edib və hal-hazırda həyatımdadırsa ....O insanı itirmə!
XƏBƏR LENTİ
1910-cu ildən günümüzə kimi dəyişən çimərlik dəbi
Düşmənin iki ədəd “Qrad”ı məhv edilib - VİDEO
Hər şey bitdi - Coli və Bred qərara gəldi
Bir almanın iki yarısı
Hava haqqında - 21.08.2013
Limonlu dondurma (foto resept)
Milyonlar qazandıran İLBİZ BİZNESİ
Elastikliyi artıran 3 dartınma hərəkəti
Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-da Tovuz hadisələri ilə bağlı məktub kampaniyasına start verilib
Tərk edilmiş həbsxananı bahalı hotelə çevirdilər
Bakıya qar yağdı, yollar buz bağladı - VİDEO
Çox yaşamaq istəyirsən? Ətdən uzaq dur
Məşhur müğənni Hatice ərə gedir.
Azərbaycan Prezidenti İlham Əliyevə "Mətbuatın dostu" mükafatının təqdim edilməsi mərasimi keçirilib
Mənim seçdiklərim
Dünyanın ən uzun karnavalı davam edir
"Mimoza" kokteyli
"Bir aşk iki hayat" təqdim edildi-VİDEO/FOTO
Uşaqların 90 faizi koronavirusa evdə yoluxur
Təcili inflyasiya tapşırığı verildi
Duşdakı böyük təhlükə
Gil maskasının saça faydası
Uşaqlarda yerini islatma
Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”
Bülbülün 120 illik yubileyi keçiriləcək
Rusiya “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək-SƏBƏB/FOTO
Dəfnənin Cem və Serenay sevgisinə reaksiyası
Adamlar adlarına bənzəyirlərmi?
Küncütlü ürək peçenyesi (foto resept)
Makiyajla gözləri böyük göstərməyin yolları
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
"ASAN xidmət" bu gündən "kupça" verməyə başlayır
Övladlarını təqlid etdilər - FOTO
Deniz Seki Bodruma gedə bilmədi
"ASAN xidmət"in səlahiyyətləri artırıldı
Cibimizi soyan smslərdən necə xilas olaq? - Nazirlikdən açıqlama
29 fevralın tarixi və sirri
Pendir yeməyin xeyri
Putinin veterana verdiyi məktubda nə yazıldığı açıqlandı - VİDEO
Hicablı xanımlar üçün
Özünü bağışlamaq qorxunc xəstəlikdən qoruyur
Yorğanla evlənən qadın-FOTO
Ingilis Dili-XIV Dərs
Cins donu necə geyinməli?
Bakı-Gəncə sürət qatarı istifadəyə veriləcək - FOTO
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Özünüzü isti havadan qoruyun
2013-cü il dekorasiyasında yeniliklər
Bəhram Bağırzadə xəstəxanada yatdığı dönəmdən danışdı: “Rəngli filmlər görürdüm”
- ŞƏRHLƏR