"Qadın kimdir" desək, çoxu "zəif məxluq" və yaxud "zərif məxluq" deyəcək. Yəni bu qədər asandırmı qadını ifadə etmək? Əslində bir qadını ifadə etmək üçün bir ömür bəs etməz. Bəlkə də qadının gücünü görməyənlər və onun gücünə əhəmiyyət verməyənlərdir onu zəif bilən. Ya da ki, onu dərk etməyənlərdir zərifliyini zəifliklə ittiham edənlər. Əslində qadının dəyərini bilənlərin söylədiyi ən gözəl sözdür qadın sözü. Qadın əslində çox güclü bir varlıqdır. Ancaq gücünü hər zaman göstərmir. O hər zaman sevdiyi kişinin gücünü görüb, onun gücüylə sakitlik tapmaq istəyir. Ancaq qadın gücünü göstərmək istəyəcəksə, heç kim qarşısında dura bilməz. Bir qadının gücü kişini rəzil də edər, vəzir də edər. Bir qadının gücü bir nəslin yüksəlişi və yaxud o nəslin sonu da ola bilər. Ancaq qadının içində yatan bu gücün yanında da bir incəlik vardır. Qadın əvvəlcə qayğı istəyən uşaq, sonra vəfalı həyat yoldaşı, daha sonra anadır. Əslində qadın bu üç vəzifəni də üzərində daim daşıya biləcək gücə sahib güclü bir varlıqdır. Tanrı qadına güclü bildiyi üçün bu yükü verib.
Bir qadının içindən uşaqlıq duyğusu heç vaxt məhv olub getməz. Qadın ata və anasından gördüyü qayğını həyat yoldaşından görmək istər. Ancaq daim uşaq yerinə qoyulmağı qəbul edə bilməz. Qadın öz həyat yoldaşından uşaq kimi əzizlənməyi, qadın kimi sevilməyi, həyat yoldaşı kimi hörmət qoyulmasını, ana kimi sözünə diqqətlə qulaq asılmasını istəyən qəribə bir varlıqdır.
Bir qadını anlamaq çətindir. Qadının uşaqlığını da, xanımlığını da qorumaq əslində tək özündən asılı deyil. O qarşısındakından bu anlayışı gözləyir. Bu anlayışı görməyəndə ya çox acizləşir, ya da ki çox sərtləşir. Qadın həyatın dörd əsas ünsürü olan su, atəş, torpaq və hava ünsürləri kimi bir dünyanı özündə sığışdıran varlıqdır ki, o, torpağın da, suyun da, havanın da, atəşin də həyat qədər necə vacib və bir insanın həyatında nə qədər rol oynayacağı bizə göstərir. Şəfqət, hörmət, sevgi görəndə atəşiylə qəlbləri isidər, su kimi durulayar, hava kimi nəfəsimizi, ruhumuzu təzələyər, torpaq kimi bizi qayğıyla daşıyar. Ancaq əzabları görəndə su kimi buza dönər, atəş kimi gah sönər, gah yanar, torpaq kimi palçığa dönər, hava kimi kirlənər. Bəzən də çoşar, atəş kimi yandırar, torpaq kimi küləklərlə sovrular, su kimi qaynayar, hava kimi bizi boğar, havasızlığa möhtac qoyar.
Təbiətə necə yanaşırsansa, illər ötdükcə sənə onun qarşılığını verir. Özünü kirlədib qarşılığını görməsən də təbiətdən gələcək nəsillər ziyan çəkir. Qadın da elədir - bir qadının rəzaləti özünün də, gələcəyin də rəzaləti ola bilər. Qadın əslində gücünü də, gücsüzlüyünü də həyatda mübarizə aparmaq üçün istifadə edə biləcək zəkaya sahibdir. Tarix boyu qadın zəkasının gücündən istifadə edən cəmiyyət və xalqlar daim öndə olublar. Hansı millətin qadınları ağıllıdırsa, o millət daha inkişaf etmiş və sərbəst millət olub. Deməli, qadın güclüdür, zəkalıdır, qayğıkeşdir, övladdır, anadır, həyat yoldaşıdır, xanımdır, bacıdır və nəhayət, çox üstünə gedəndə canı sıxılan, az maraqlananda küsəcək qədər qəribədir. Əslində qadın zərif, ancaq çox güclü, ağıl qarışdıran, ancaq cəlbedici, insanı dəli edən, ancaq mükəmməl, əsas məsələ - çox gözəldirsə, nadir halda sadiq, çox sadiqdirsə, nadir halda gözəl bir varlıqdır.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR