İndiki ağılım olsaydı, məsələn bu yaşımda sahib olduğum məlumatlarla 18-20 yaşıma dönə bilsəydim deyənlərimiz nə çoxdur. İndiki ağılım olsaydı, dünyanı barmağımın ucunda çevirərdim, deyə düşünənlərimiz, bu anda bildiklərimlə nələr edərdim deyə dərindən ah çəkənlərimiz, heyiflənərək “ah o illər” deyə düşünənlərimiz…
Həqiqətən də necə də gözəl olardı, keçmişə məlumatla bəzənmiş olaraq dönsək. Mus demədən Mustafayı başa düşsək. Keçmişdə edə bilmədiylərimiz üçün peşmanlıq hissi keçirdiyimiz nə varsa onların şüurunda olaraq o illərə dönsək və əskiklərimizi tamamlasaq.
Bəzən də keçmişə qarşı hiss etdiyimiz həsrət o qədər ağırlıq təşkil edər ki, bir an zaman dayansa və o illərə dönmək istəyərik. Bütün sevdiklərimiz yenə bir yerdə olsa, ölmüş yaxınlarımızın əvvəlki vəziyyətləri, o dadına doymadığımız günlər qollarını bizə açsa. Bir addım atsaq və hələ də həsrətini çəkdiyimiz geri dönməsi mümkünsüz olan günlərimizə dönsək.
Əslində ən çox həsrətində olduğumuz illər də elə uşaqlıq illərimizdir.Çox pis illər keçirmiş olsaq belə darıxarıq yenə də. Darıxdığımız şey, yaşadığımız mənfiliklər, yoxsulluğumuz deyil. Uşaq olmağın məsumiyyəti,etmək istəyib lakin edə bilmədiklərimizdir. Ya da anamızın bişirdiyi keksin qoxusu, atamızın yüksək səsi, qardaşımızla dalaşmağımızın əyləncəsidir.
O illərdə bizim üçün mənası olmayan nə varsa,illər keçdikcə və yaşımız artdıqca məna və dəyər kəsb edir. Hər dəfə uşaqlıq illərindən söhbət açılanda danışıqlar, burnumuzun ucunu sızıldadan hadisələr həfif gülümsəmələrlə bir dəfə də yad edilər.
Hər anını ‘indiki ağılım olsaydı' cümləsi bu günə bağlayar ya da ‘kaş ki' deyərik. 'Kaş ki, anam,atam yaşasaydı, kaş ki o sözü deməsəydim, kaş ki məktəbimi bitirsəydim, kaş ki onunla evlənsəydim (ya evlənməsəydim), kaş ki bilsəydim, kaş ki, kaş ki, kaş ki…..
Həmişə qəlbimizin bir qırağında keçmişə səfər etməyin, keçmişdə qalmış günlərə geri dönməyin həsrəti və xəyali var. İndiki ağılım olsaydı, ah bu bildiklərimlə o illərə geri qayıtsaydım….
Amma görəsən o illərə dönmək həqiqətən də gözlədiyimiz və ümid etdiyimiz qədər gözəl olardımı? Xoşbəxt olardıqmı bu günə qədər əldə etdiklərimizlə, öyrəndiklərimizlə o illərin qapısını döyməyə? ‘ O zaman baxaq, ey naşılıqlarım, ey səhvlərim, ey həyat mənə köhnə oyunlarını oyna görək indi necə oynayırsan?' demək əslində həmişə olmasını gözlədiyimiz şeylərdirmi? Heç düşündünüzmü?
Təsəvvür edək ki 30 yaşımız var, ya da 40 yaşımıza nərdivan söykəmişik. Ən çox darıxdığımız da məktəb dövrünə aid gözəl yoldaşlıqlar, çəkilən kopyalayar(şparqalkalar), dərsdən qaçmalardır. O zamanlar o qədər cavanıq ki, ağılımızda heç bir pis niyyət yoxdur, yalnız yoldaşlarımızla xoş vaxt keçirməyi düşünürük.
Və birdən aradan keçən bu qədər ildə əldə etdiyimiz bütün təcrübələr, həmişə arzu etdiyimiz o illərə və o yaşa dönürük. Sürprizə baxın, bədən yaşımız 15-17 amma ruh yaşımız, həyat yaşımız 35-40. Bu qədər təcrübə ilə birlikdə o illərə dönməyin nəsə bir marağı varmı? Sinif yoldaşımızın bizə baxışının ardındakı məqsədi artıq bilmiş olacağıq. Cibimizdə bir kola pulu ya olar ya olmaz, yan sinifdəki yoldaşımız da bizə baxırmı deyə düşündüyümüz zamanla, qırx ilin yaşananları arasında dağlar qədər fərq var.Bax o fərq həyatımızda əslində bizi çox şeyin fərqinə vardırar. Və əmin olun heç də cəzbedici deyil illər əvvələ geri dönmək.
Xatirələrə həyatınızda hər vaxt yer tapa bilərsiniz,amma, geri döndüyünüzdə yaşanmış illər heç vaxt öz yerini tapa bilməz. İndi yenə də düşünməyə davam edək. Düşünək ki, o çox istədiyiniz illərə geri qayıtdıq. Yaxşı, bəs min bir çətinliklə qazandığınız və bu yaşa gətirmək üçün ömürünüzü verdiyiniz balalarınız nə olacaq? Siz əvvəlki illərə geri dönərkən onlar həyatınızda olmayacaq. Evlilik gününüz də olmayacaq, məktəbi bitirdiyiniz gündə də. Bilmirəm çox sevimli görünürmü?!Amma bütün o yorucu, bezdirici vaxtları yenidən yaşayacaqsınız və nəticədə nə əldə edəcəyinizi bilərək məşğul olacaqsınız. Üstəlik də o qədər yetkin, o qədər bilmiş olacaqsınız ki, yaşıdlarınızın danışdıqları sizə gülünc gələcək. Onların çox saf olduqlarını düşünəcək və bəlkə də özünüzə çox hirslənəcəksiniz; 'mən necə bu qədər axmaq ola bildim, bu səhvləri necə edə bildim?' deyəcəksiniz. Yaşıdlarınızın sizi xariclədiklərini görəcəksiniz və keçmişdə etdiyiniz söhbətlər sizə əvvəlki həzzi verməyəcək. Hətta sıxılacaqsınız, bədbəxt olacaqsınız.
Bax indiki dövrdə də bəzi uşaqların yaşıdları arasında xariclənməsinin səbəbi də budur. O uşaqların fərqində olma və nəyisə dərketmə səviyyələri o qədər yüksəkdir ki, digər uşaqlarla aralarında həmişə ünsiyyət problemləri olur. Həmişə aydınolunmaz olan da elə onlardır. Çünki çoxlarından fərqlidirlər, hadisələrə fərqli mövqelərdən yanaşarlar. Onlar da dahi, üstün, ağıllı dediyimiz uşaqlardandırlar.
Bax elə bu zaman dahiliklə dəliliyin arasındakı incə xətt girər dövrəyə. İşin maraqlı yanı bu incə xətt bir neçə ay bundan əvvəl də elmi baxımdan təsdiqləndi.
Macarıstandakı Semmelweis Universitetində, elm adamlarının apardıqları araşdırmaların nəticəsinə görə, yaradıcı fərdlərdə, psikozlarda və depressiyada da təsirli olan ‘Neuregulin 1' adı verilən bir gen tapıldığı təsbit edildi. Bu gen, beynin inkişafında birbaşa təsirlidir və bu genin fərqli bir növü isə şizofreniya və manik depressiya kimi xəstəliklərlə əlaqəlidir. Bu səbəbdən yaradıcı olan fərdlərdə aparılan testlərdə ‘Neuregulin 1' adlı bu genə sahib olduqları və eyni zamanda da depresif şəxsiyyət xüsusiyyətləri daşıdıqları müəyyən olunmuşdur.
Bütün bu elmi məlumatlar bir yana qalsın, siz keçmişə indiki təcrübənizlə dönməyə cəhd etdiyiniz zaman, o zamanki yoldaşlarınızın sizi aralarına buraxmamalarının səbəbi əlbəttə ki yeni fərq edilən bu gen olmayacaq. Sizin hər şeyi bilməyiniz, həmişə doğru olan təxminləriniz, hələ gerçəkləşmədən bəzi şeyləri ən incə detalına qədər təsəvvür edə biləcək yönünüz hər kəsi narahat edəcək. Hətta ailəniz də sizin bu yönünüzdən narahat olacaq, çoxbilmiş olaraq görüləcəksiniz. Xoşagəlməz bir duruşunuz olacaq. Üstəlik deyək ki döndünüz keçmişə, bəs bu gün çox sevdiyiniz, sizin üçün çox əhəmiyyətli olan insanlar nə olacaq? Onlardan imtina edə biləcəksinizmi? Çünki əsl həyatınızı meydana gətirən insanlar onlardır. Siz keçmişdə onları tanımırdınız və köhnədən onları tanıyacağınızı bilmirdiniz. Amma bu günkü ağılınızla, şüurunuzla, məlumatınızla keçmişə döndüyünüzdə bilmiş olacaqsınız. Bax elə o bilmiş yönünüz hər kəsi sizdən, sizi də hər kəsdən uzaqlaşdıracaq. Və elə o aradakı məsafənin adı təcrübədir: Sizin həyat təcrübənizdir.
Təcrübələrinizi yığışdırıb bir kənara qoya bilməzsiniz, yoxmuş kimi davrana bilməzsiniz. Çünki bu gün sizi siz edən də bütün o yaşamış olduğunuz hadisələr və illərdir. O təcrübə bu ankı həyatınızda işə yarayır. Keçmişə döndüyünüzdə istifadə edə bilməzsiniz. Nə həyat sizin ümid etdiyiniz həyatdır, nə də siz olmağı gözlədiyiniz insansınız. O zaman indiyə baxmaq, bu anın dəyərini bilmək gözəl olar.
İndiki ağılınız olsaydı, keçmişdə nə edərdiniz sualına cavab axtarmaq yerinə, indiki ağılınızla bu həyatınız üçün və bu gün nə edə bilərsiniz, probleminə verəcək bir cavab tapmalısınız. Cavabınız yoxdursa deməli hər şey boşdur.
Mən öz -özümə hər gün, indiki ağılım olsaydı nə olardı deyə soruşuram və ən çox dünənə gedirəm. Bu problemin cavablarını çoxalda bildiyim qədər çoxaltmağa çalışıram. Bu cavablar mənə keçmişdə deyil, indi lazımdır. Bir də sabahıma işıq tutmaq üçün cavablarımın çox dəqiq olması lazımdır. Mən dünəndən bu günə qazandığım, uğruna illərimi xərclədiyim heç bir şeydən və heç kimdən imtina etmək istəmirəm.
İndiki ağlım olsaydı, bilirəm ki, bütün səhvlərimə və bütün əskiklərimə baxmayaraq mən yenə mən olardım.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR