Hərdən qışqırırsan, var gücünlə. O qədər güclü ki, səsin çıxmır. O qədər güclü ki, səsini heç kim eşitmir, Allahdan başqa. Hərdən danışırsan, hər şeyi. Ürəyində heç nə qalmır. Qarşındakı da başa düşdüyünü göstərir. Sonra bunun yalnız görüntü olduğunu anlayırsan. Hərdən ağlayırsan, bütün içinlə. Elə bilirsən, daha içində heç bir şey qalmadı. Sonra görürsən ki, için daha da dolmuş, daşır. Hərdən taqətdən düşürsən, bütün gücünü itirərək. Düşünürsən ki, bu sondur, artıq bundan artığını daşıya bilməzsən. Sonra görürsən ki, daha artıq güc gəlib, ondan da artıq yük gəlir… Hərdən də özünü o qədər güclü, enerji dolu hiss edirsən ki, düşünürsən daha heç vaxt sınmazsan, heç vaxt. Bir də görürsən ki, ən kiçik eyhamdan çilik-çilik olmusan.
Boşluğa düşürsən, parçalanırsan….amma yenə də yaşayırsan, ya da intihar edirsən, yaşamırsan. Əslində ikisi də eyni şeydir. Hər iki halda artıq yaşamırsan. Fiziki olaraq yaşasan da, xəyalların intihar edib. İkisi arasında fərq – birinci halda bədən üzvlərinin hələ də fəaliyyət göstərməsidir. Onlar da intihar havasında normal fəaliyyət dövriyyəsindən kənara çıxırlar. Sonra isə zaman keçir, alışırsan. Yenə də yaşamağa başlayırsan…zərər görmüş bədən üzvləri, zərbələr almış ruhunla birlikdə. Unudursan, ümidlər yaranır, qəhqəhə çəkirsən, amma hər dəfə ruhunun yarası sızlayanda yenə ölürsən. Hərdə düşünürsən ki, kaş yaddaşdan həyatının o hissəsini silmək olaydı, kaş ki, birdəfəlik hər şeyi unutmaq olaydı. Amma sonra dərk edirsən ki, onlar silinsə, heç biri yaşanmasa, sən də yaşamazdın. Paradoks yaranır. Yaşadıqlarına görə öldüyünü düşündüyü halda, həm də məhz onların hesabına yaşadığını, onların sayəsində sən olduğunu anlayırsan. Fiziki intihar inamın bitdiyi anda baş verir. Intihar anında insanın həyata bağlılığı daha güclü olmalıdı. Bu anda intihar etməmək üçün sadəcə səni nə isə bu yoldan çəkindirməlidir – 1 insan, 1 hadisə və ya 1 “təsadüf”.
Əsas olan o bir anı atlatmağındır. Atlatdınsa, həyata daha möhkəm yapışırsan, əvvəlkindən daha xoşbəxt yaşamağa başlayırsan. Heç nə dəyişmir, dəyişən sənin həyatının, ətrafında olan insanların necə dəyərli olduğunu anlamağın olur. Bunun islami, dini tərəflərinə yönələrək Allah qatında ən bağışlanmaz günahlardan olduğunu xatırlatmaq, heç sentimentallığa qapılıb “səni sevənləri heç düşünmürsənmi?” demək niyyətində deyiləm. İnamın ölməsi… Uçurumun kənarı… 2 yol var – ya ömrün boyu gəlib çatdığın bu uçurumun kənarında dayanıb baxacaqsan, ya da nəhayət əzablarına son verərək uçurumdan özünü aşağı atıb və sonra da heç nə hiss etməyəcəksən.. Əgər uçurumun kənarındasansa, demək hər şeyindən keçib burada dayanmısan. Bütün ümidlər puç, inamlar artıq yoxdur. Məncə at özünü, keç özündən. Belə yaşamağın heç bir mənası yoxdu. Atıl- amma ölmək üçün yox. Uçurumun dibinə düşüb o biri tayda dağa dırmanmaq üçün. Bu anda həqiqətən də öldürmək lazımdı səni parçalayan düşüncələri, həyat tərzini, baxışları. Çünki başqa yol yoxdur, sən sadəcə buna məcbursan…
“…Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz…” (Qurani Kərim: Rad 11).
Samirə Haşımzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq
Özcan Deniz yenidən evlənir
General müharibə istəyir
Həftənin ilk iş günü hava necə olacaq?
Çimərliklərdə süni qiymət artımı var
Sərt karantin günlərində tullantıların atılması ilə bağlı MÜHÜM AÇIQLAMA
Viber-də yenilik var
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Həkimləri qaçıran xəstəlik
Ölkədə bankların bağlanma təhlükəsi
Heydər Əliyevin vəfatından 13 il ötür
Sabahın HAVAsı
Mikroelementlər-2
Çipsin hazırlanması
Baş Nazir təhsillə bağlı qərara dəyişiklik etdi
Hadise Corc Kluni, Madonna və "Rembo" ilə qonşu olacaq-FOTO
ABŞ defolta hazırlaşır
Mehdiyevdən sərt xəbərdarlıq
Rahat ayaqqabı sevənlərə
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi
Evdə müalicə alan və nəzarətdə olan şəxslərin sayı açıqlandı - RƏSMİ
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?
Lobbiçiliyə kim ən çox pul xərcləyir?
İki avtobus da bağlandı
Südlü toyuq qızartması (foto resept)
Porsche Macan 4 silindrli olacaq - FOTO
Keçmişin gözəl aktrisaları
Dünyada ilk dəfə "dövlət bitkoini" buraxılacaq
Qarpızın qiyməti niyə bahadır?
Üçlü beyin nəzəriyyəsi
Baş ağrısı (yanaşma)
Günün ulduz falı
Fərqli plov (foto resept)
Baletin ruhu
Emina artıq onunla yaşayacaq-FOTO
Oruc tutanların nəzərinə: ağız qoxusundan necə qurtulmalı
Fantastik aləmi canlandırdı
Hansı vitamin çatışmazlığı yorğunluğa səbəb olur?
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Yaddaşı gücləndirən 5 ərzaq
Sabahın HAVAsı
Günün qoroskopu: çoxlu mübahisələr və isti diskussiyalar olacaq
İrem derici yeni klipini təqdim etdi
Aprel ayının qalibləri!
Maykl Ceksonun qızı İsa peyğəmbər rolunda kinoya çəkildi
Beş yeni zavod açılır
Hadise üsyan etdi
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
"YARAT" Müasir İncəsənət Məkanı "ArtGanja" Festivalının açılışını elan edir















- ŞƏRHLƏR