Azərbaycanda qəbir yerlərinin ayrılması ödənişsiz olacaq.
Qadin.Net report-a istinadən xəbər verir ki, yeni təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" ilə qəbir yerlərinin ayrılması proseduru müəyyənləşib.
Qaydalara əsasən, qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir.
Azərbaycan vətəndaşlarının, Azərbaycanda olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
Azərbaycanda müvəqqəti olan və ya müvəqqəti yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Səhiyyə Nazirliyinin məlumatı əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin şəxs miqrasiya uçotundan çıxarılır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Səhiyyə Nazirliyinin məlumatı əsasında həmin şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi üçün Xarici İşlər Nazirliyi vətəndaşı olduğu və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı xarici ölkənin səfirliyini və ya konsulluğunu məlumatlandırır
Azərbaycan ərazisində vəfat etmiş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi həmin şəxsin qohumları, qanuni nümayəndələri və ya cənazənin göndərilməsi ilə bağlı xərcləri çəkən digər şəxslər tərəfindən, həmin şəxs əməkçi miqrant olduğu halda isə onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs tərəfindən təmin edilir.
Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər.
Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.
XƏBƏR LENTİ
Tarix yazan hərbçilərimizin Şuşada qartopu əyləncəsi - VİDEO
İştah açır, ancaq doymaq olmur
Brokoli
47 yaşlı Defne Samyerli Gənc Görünməsinin Sirrini AÇIQLADI-FOTO
Ajda Pekan ideal formada qalmağın SİRRİNİ AÇDI - FOTO
Kür çayı dondu
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Qurban Qurbanov: "Nəhayət..."
Evdə heyvan saxlamağın 6 faydası
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Tanıdığımız obrazlar fərqli qələmdən
"Barsa" qışda kimi transfer edəcək?
Azərbaycanda Yeni il qeyd edilir
Ali Baş Komandan: “Vətən Müharibəsində fərqlənənlərə orden və medallar veriləcək”
“Hercai” efirlə vidalaşır
Koronavirusu məhv edən robot hazırlandı - FOTO/VIDEO
Hamiləlik testlərindən düzgün istifadə qaydaları
Düzgün səhər yeməyi ilə artıq çəkidən azad olun
Həyat yoldaşınız sizə nə qədər qiymətlidir?
Uşağın makrozomik olaraq doğulması
Beyindən düzgün istifadə
Aysel "Eurovision"da ilk məşqini etdi - VİDEO
Güney Azərbaycana səyahət
İsti hava bu insanlar üçün xüsusilə TƏHLÜKƏLİDİR
Bakıda ultramüasir dayanacaq
Meqan Foks Çanakkaledə-FOTO
Bakıda konsert olacaq
Tuniklər
17 illik sirrin üstü açıldı-FOTO
Rusiyanın qərarı Avropanı hiddətləndirib
Limonu dilimləyib yatağınızın başına qoyun
Kraliça 20 dəqiqəlik ad günü keçirdi
Nazir müavini: "Öz fənlərini kifayət qədər yaxşı bilməyən müəllimlər bu gün də təhsil sistemində çalışırlar"
Özge Ulusoy
Gözəllik maskaları necə hazrlanır?
Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə yeni güzəştlərin tətbiqi üçün layihə hazırlanıb
Kənd turizmindən pul qazanmaq istəyənlərin NƏZƏRİNƏ
"Kilimancaro" tortu (foto-resept)
Toy günü elə bir şey istədi ki...-FOTO
Güzəştli kreditlərin verilməsi şərtləri açıqlandı
Cazibədar ayaqlarınız üçün
Rihanna paylaşdığı FOTOlarla diqqət çəkdi
“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi bəlli oldu
Mağaralardakı monastır
Serdar Ortaç koronavirusa yoluxub?
''Karvinq dərsi''
Günəş işığı - qida ilə birlikdə
Bərdədə şəhid ailəsi daxmada yaşayır
Rus bölməsi abituriyentlərinin nəzərinə
Daşaltı əməliyyatından 23 il ötür
- ŞƏRHLƏR