Hökumətin yas mərasimlərində israfçılığın qarşısını almaq qərarının ardınca dəfn məsələlərinin də nizamlanması ilə bağlı təklif gəlib. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev dəfn prosesinin dövlət və ya bələdiyyə orqanları tərəfindən həyata keçirilməsi təklifi ilə çıxış edib.
Trend-ə açıqlamasında M.Quliyev bildirib ki, mövcud qanunvericiliyə əsasən, qəbir yerləri icra hakimiyyəti orqanları, yaxud bələdiyyələr tərəfindən vətəndaşlara verilir.
Ancaq qəbirin hazırlanması, qəbir daşının sifarişi, qoyulması, ümumiyyətlə, dəfn prosesinin təşkili xərclərini vətəndaşlar ödəyirlər.
M.Quliyevin sözlərinə görə, dəfn üçün müavinətlə yanaşı, dəfn prosesinin özü də dövlət və bələdiyyə tərəfindən həyata keçirilməlidir. Bu, xüsusilə aztəminatlı və orta təbəqəyə aid olan insanlar üçün dövlət və bələdiyyə tərəfindən göstərilmiş böyük dəstək olar.
Deputat həm dövlət, həm bələdiyyə, həm də özəl qəbiristanlıqlar yaradılması, qəbiristanlıqlarında vahid standartlar tətbiq edilməsi, İslam qaydalarına uyğun olaraq vahid başdaşı formalarının tətbiq olunmasını təklif edib.
Qeyd edək ki, indi əsasən yas mərasimlərində yemək verilməsinə qarşı kampaniyalar aparılsa da, əslində daha böyük israf hallarının, möhtəkirliyin məhz dəfn adətlərində olduğu sirr deyil. Məsələn, bir qədər əvvəl elan olunmuşdu ki, Bakıda mövcud olan 200 qəbiristanlıqda qəbir yerlərinin 500 dollardan 10 min dollara qədər dəyişdiyi haqda məlumat verilir.
Xırdalan qəbiristanlığında ən bahalı yer 1200, ən ucuz 800 manatdır. Masazır qəbiristanlığında isə qəbir yerlərinin qiyməti 400 manatdan başlayır. Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 300-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Günəşli qəbiristanlığında bu məbləğ 400-1500 manat, Badamdar qəbiristanlığında 500-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 1000-3000 manat civarındadır. Yasamal qəbiristanlığında isə qəbir yerləri 2000-3000 manatdır.
Ancaq dəfn xərcləri (qəbiristanlıqda) bununla yekunlaşmır. Ölü sahibi 150 manata qədər pul xərcləyərək qəbir qazdırmalı, onun içərisini daşlarla hördürməlidir. Bura ölünün yuyulması, meyit namazı qılınması və nəhayət, xüsusi avtomobillə qəbiristanlığa aparılmasını da əlavə etdikdə fantastik qiymətlər alınır.
Ancaq məsələ burasındadır ki, Azərbaycanda dəfn və qəbir yeri qiymətləri həddən artıq baha və əhalinin maddi imkanlarına münasib deyil. Üstəlik, bütün digər sahələrdə olduğu kimi, bu sahə də Azərbaycanda monopoliyaya alınıb. Və hansısa qrupların gəlir yerinə çevrilib. Şəhərin ən ucuz yeri hesab olunan Günəşlidə məzar yerlərinin 1500 manata olması dəllalların bazar açmasına işarədir.
Qeyd edək ki, qonşu Türkiyədə qəbir yerləri ərazi qiymətlərinə görə dəyişsə də, imkansız əhali üçün qəbir yerləri müəyyən olunub. Bundan başqa, Türkiyədə qəbirin qazılması, meyitin yuyulub dəfn olunması işlərini İstanbul bələdiyyəsinin müvafiq qurumu həyata keçirir. Bütün bunlar pulsuzdur. Hətta ölən şəxs Türkiyənin başqa bir bölgəsində dəfn olunmalıdırsa, yenə də hökumət bunu pulsuz təşkil edir. Əgər meyitin dəfn olunacağı bölgədə imam (molla) yoxdursa, meyit namazını qılmaq üçün meyit maşını ilə birgə bir imam da göndərilir. Əgər ölənin kimsəsi yoxdursa və yaxud kasıbdılarsa, qəbir yerinin alınması xərclərini bələdiyyə ödəyir.
Azərbaycanda dəfn işlərinin qaydaya salınması, bu sahədə israfın aradan qaldırılması ilə bağlı çağırışlar getdikcə artır. Musa Quliyevin təklifi ilə bağlı birmənalı mövqe olmasa da, bir çoxları bu istiqamətdə tənzimlənmələrin həyata keçirilməsini normal qarşılayır. Deputat Fazil Mustafa həmkarının mövqeyini alqışlayır. Ancaq onun fikrincə, bu kimi tənzimlənmələr vətəndaşın hüquqlarına müdaxiləyə çevrilməməlidir: “İnsan haqlarına müdaxilə etməmək şərti ilə bu addımı müsbət qarşılayıram. Bu məqsədlə bir xidmət sferası yaradıla bilər. Burda həm də bir alternativ təklif oluna bilər və insanlar rahatlıqla bunu həyata keçirə bilərlər. Ancaq bu işin bütövlükdə dövlətə verilməsi doğru deyil. Çünki burda elə işlər var ki, onun özəl şirkətlər tərəfindən edilməsi daha məqsədəuyğundur. Çünki dövlət xidmətində istədiyin şəkildə məsələləri həll etmək mümkün deyil. Çünki bizdə kapitalist cəmiyyətidir”.
F.Mustafa deyir ki, Azərbaycanda bələdiyyə institutu formalaşsaydı, bu işi onlara tapşırmaq olardı. Ancaq bələdiyyə institutunun zəif olması, bu istiqamətdə yeni bir mexanizm ortaya qoyulmalıdır: “Bu, əslində bələdiyyənin funksiyasına daxildir. Kiçik həcmdə vəsait ödəyirsən, tibbi sığortada olduğu kimi əvvəldən edilən ödənişlər hesabına bələdiyyə büdcəsində ayrı bir fond yaradıla bilər və bundan sonra ərazidə olan yas mərasimləri bələdiyyənin büdcəsi hesabına təşkil oluna bilərdi.
Ancaq bizdə bu institut yoxdur. Məncə, bu məsələdə dövlətin əsas işi tam inzibati üsullarla olmasa da, müəyyən məsələlərdə bu işin təşkilində vətəndaşlara kömək etməməlidir. Bəlkə də 6 aydan sonra buna ehtiyac olmayacaq, bu prosesi sadələşdirəndən sonra insanların öhdəsinə buraxmaq lazımdır. Mən Musa müəllimin fikrini dəstəkləyirəm, düşünürəm ki, o, xoşniyyətli olaraq insanların daha rahat alternativ əldə etməsi üçün belə bir təkliflə çıxış edib. Mühüm olan odur ki, problemləri həll etməyə çalışanda yanlışlara da yol verməyək, vətəndaşın da müəyyən dərəcədə istəyini nəzərə ala bilək. Yəni bütün bunlar hamısı bir yerdə düşünülməlidir".
XƏBƏR LENTİ
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
İnstaqramda yeni funksiya
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Yunanıstanda 6,7 ballıq zəlzələ
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
Turistlər üçün ən ucuz Avropa şəhərləri
450 min avroluq Mercedes
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Bahalı rəsm əsərləri
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Qırmızı banan olduğunu bilirdinizmi?
Sağlam arıqlamaq üçün pəhriz
Onun doğru insan olmadığını göstərən 5 işarə
Kokos yağının möcüzəvi faydaları
Kenan Kalavın acı taleyi
Donmuş mayaklar
Güldürən heyvanlar
Ən böyük brilliant satıldı
Yumşaq robotlar məsafədən idarə olunacaq
Uşaqlarda burun qanaması
Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb - VİDEO
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
"İlin qadını" oldu - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Optimizm Polyannaçılıq deyildir
Conni Deppin keçmiş xanımından ETİRAF
İrem Derici 20 kq kökəlib-FOTO
Günün qoroskopu: insanlara fikir verin
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Məktəbin yaxınlığında iki metr uzunluğunda piton ələ keçdi – FOTO/VİDEO
Sosiskalı peraşki (foto resept)
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
"Rəhbərlərin xanımları": Stalinin arvadı Bakıda dəfn olunub?
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-16
Pis hava şəraitinə baxmayaraq axtarışlar davam edəcək!
Kişilər üçün idman tərzi
Dünyanın ən böyük şousu başlandı
Oruc tutanlar - EHTİYATLI OLUN!
Souslu makaron (foto resept)
Paolo Dibala koronavirusa yoluxdu
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Qurbanlıq haqqında ən çox verilən suallar
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
Senia Şeyma Subaşını sevindirdi
- ŞƏRHLƏR