Salam xanımlar, bu gün özümdə cəsarət tapıb dərdimi sizinlə bölüşmək qərarına gəldim. Məsləhətlərinizə ehtiyacım var. Artıq 7 ildir ki, ailəliyəm. Yoldaşım dayım oğludur. Övladımız olmur. Çox müalicələr etdirmişəm, artıq yorulmuşam acı, iyli, tamlı dərmanlar içməkdən. Həkimlər isə bunu qohumluğumuzla əlaqələndirirlər. Lakin övladınız olmayacaq deyə bir diaqnoz da qoymayıblar. Yoldaşım isə uşağı olmasını çox istəyir. Və mənə belə bir təklif etdi ki, onun başqa bir qadından uşağı olsun və gətirsin biz saxlayaq.(suraqat ana) Əlbəttə ki, bu təklifi rədd etdim. Ondansa uşaq evlərində valideyn himayəsinə möhtac uşaqlar çoxdur, gedək ordan bir uşaq götürək.
Allah da bizə nə vaxtsa uşaq nəsib edər inşallah. Buna da yoldaşım razı olmadı. Artıq 6-7 aydır ki, bir evdə iki yad adam kimiyik. Bir-birimizlə danışmırıq demək olar ki, əvvəlki sevgidən, hörmətdən əsər əlamət qalmayıb. Yoldaşım məni söymür, döymür, təhqir etmir. Lakin uşaq sevgisi mənə olan sevgisindən daha böyük olduğu hər halından bəllidir. Bu da məni çox incidir. Və mən ayrılmaq qərarına gəlmişəm. Övladı insana Allah verir. Əgər o qismət etmirsə bu mənim günahım deyil axı, hər gün onun məni günahlandıran baxışlarını görməkdən yorulmuşam. Onu çox sevirəm. Və onu da qınamıram, hər bir kişi kimi o da ata olmaq istəyir.
Ona nifrət etmədən ayrılmaq istəyirəm ki, gec olmadan ailə uşaq sahibi olsun o da. Ancaq bir dəfə "gəl ayrılaq" dedim. Dedi: "dəli olmusan mən ölərəm səndən ayrılmaram, səni çox sevirəm." Düzdür "burda məsləhət veriləcək bir şey yoxdur" deyəcəksiniz bəlkə də, hər şey gün kimi ortadadır. Ancaq yenə də fikirlərinizi bilmək istəyirəm. İndi mən neyləyim? Bəlkə Allah mənə heç bir zaman övlad verməyəcək. Özümlə onu da tənhalığa sürükləyim?
XƏBƏR LENTİ
72-ci Kan film festivalı; Qırmızı xalça
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
Qeyri-adi əşyalar
Sabah hava necə olacaq?
Qrip olan ana körpəni necə əmizdirməli?
Sərxoş erməni Şuşa məscidinin minarəsinə çıxdı
Sahibsiz məktublar... (3 və 4)
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Azərbaycan idmançısı qalibi olub
Oturaq həyat tərzi beynin fəaliyyətini korlayır
2018-in şəhər üzükləri
Çin testi
В«Gürcüstan və Moldovanın avro-inteqrasiyasını dəstəkləyəcəyikВ»
Ana südünü artırmağının yolları
Yazda estetik əməliyyat ziyanlıdırmı?
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salındı
Mənzil almaq istəyənlər: sizi aldada bilərlər
İdmançımızın Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandı
Şuşanın işığı yandı - VİDEO
Hüseyn Cavid yaradıcılığı ABŞ universitetində tədqiq olunur
Qızardılmış toyuq ciyəri (foto-resept)
Olga Nasakovadan möhtəşəm tortlar
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Milli komandamız Portuqaliya ilə eyni qrupa düşdü
Uşaqları internet cinayətlərindən yeni üsulla qoruyacaqlar
Dəbli gəlinlik modelləri
Beyoncenin qızı böyüdü-FOTO
Ayntopf-alman mətbəxindən (foto resept)
Çobanın bu tapıntısı alimləri ŞOKA SALDI - FOTO
Mehriban Əliyeva İmam Hüseyn məscidinin açılışında iştirak edib - FOTO
Doğum gününə görə xarekter ( sentyabr)
Rafet El Roman Sumqayıtda konsert verəcək
İncə üzüklər
Əfqanıstanda sel:onlarla insan həlak olub
Bakıda daha bir yol bağlandı
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Azərbaycan tarixindən yüz şəxsiyyət-95
Ayların mənası
İşdən qovulmaq istəmirsiz? Onda oxuyun
Müəllimlərə şad xəbər
Ascend P7 mini smartfonu göstərildi
Çin təqvimi nədir? - Cinsiyyət necə hesablanır?
Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?
3 kəndin sakinlərini sevindirdilər
Hərbi qulluçu hazırlayan bütün xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına şad xəbər
Neftin ucuzlaşması davam edir
"Ağıllı" plastır yaradılıb
7 metrlik qanad sahibi quş
Həftənin ilk iş gününün hava proqnozu
- ŞƏRHLƏR