Qadin.NET / Allah istərsə övlad verər

Allah istərsə övlad verər

 

Allah istərsə övlad verər

Salam xanımlar, bu gün özümdə cəsarət tapıb dərdimi sizinlə bölüşmək qərarına gəldim. Məsləhətlərinizə ehtiyacım var. Artıq 7 ildir ki, ailəliyəm. Yoldaşım dayım oğludur. Övladımız olmur. Çox müalicələr etdirmişəm, artıq yorulmuşam acı, iyli, tamlı dərmanlar içməkdən. Həkimlər isə bunu qohumluğumuzla əlaqələndirirlər. Lakin övladınız olmayacaq deyə bir diaqnoz da qoymayıblar. Yoldaşım isə uşağı olmasını çox istəyir. Və mənə belə bir təklif etdi ki, onun başqa bir qadından uşağı olsun və gətirsin biz saxlayaq.(suraqat ana) Əlbəttə ki, bu təklifi rədd etdim. Ondansa uşaq evlərində valideyn himayəsinə möhtac uşaqlar çoxdur, gedək ordan bir uşaq götürək.

Allah istərsə övlad verər

Allah da bizə nə vaxtsa uşaq nəsib edər inşallah. Buna da yoldaşım razı olmadı. Artıq 6-7 aydır ki, bir evdə iki yad adam kimiyik. Bir-birimizlə danışmırıq demək olar ki, əvvəlki sevgidən, hörmətdən əsər əlamət qalmayıb. Yoldaşım məni söymür, döymür, təhqir etmir. Lakin uşaq sevgisi mənə olan sevgisindən daha böyük olduğu hər halından bəllidir. Bu da məni çox incidir. Və mən ayrılmaq qərarına gəlmişəm. Övladı insana Allah verir. Əgər o qismət etmirsə bu mənim günahım deyil axı, hər gün onun məni günahlandıran baxışlarını görməkdən yorulmuşam. Onu çox sevirəm. Və onu da qınamıram, hər bir kişi kimi o da ata olmaq istəyir.

Allah istərsə övlad verər

Ona nifrət etmədən ayrılmaq istəyirəm ki, gec olmadan ailə uşaq sahibi olsun o da. Ancaq bir dəfə "gəl ayrılaq" dedim. Dedi: "dəli olmusan mən ölərəm səndən ayrılmaram, səni çox sevirəm." Düzdür "burda məsləhət veriləcək bir şey yoxdur" deyəcəksiniz bəlkə də, hər şey gün kimi ortadadır. Ancaq yenə də fikirlərinizi bilmək istəyirəm. İndi mən neyləyim? Bəlkə Allah mənə heç bir zaman övlad verməyəcək. Özümlə onu da tənhalığa sürükləyim?

8 oktyabr 2015
GO BACK