Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947 – ci ildə Bakıda anadan olmuşdur.
ADK-nın skripka (1971) və vokal şöbələrini 1972-ci ildə bitirib və həmin vaxtdan Moskva konservatoriyasında iki il aspirant-təcrübəçi olub. Oradan qayıdandan sonra, 1974-cü il-dən ADOBT-nin solistidir. Azərbaycan Respublikasının əməkdar artisti (9 yanvar 1978), xalq artisti (1 dekabr 1982), SSRİ-nin xalq artisti (1988) fəxri adları ilə təltiflənib.
Respublika Dövlət mükafatı laureatıdır (1984). Dünya şöhrətli müğənni kimi İtaliyada, Niderlandda, İsveçrədə keçirilən müxtəlif beynəlxalq müsabiqələrin laureatıdır. Solist-ifaçı kimi repertuarına Azərbaycan və dünya bəstəkarlarının kamera-vokal əsərləri daxildir. 1974-cü ildən ADK-da dərs deyir, 1990-cı ildən oranın professorudur.
Fidan Qasımova opera teatrında Nigarın ("Koroğlu"), Mikaellanın ("Karmen", Jorj Bize), Marqaritanın ("Faust", Şarl Quno), Sevilin və Gülüşün ("Sevil", Fikrət Əmirov), Çio Çio Sanın ("Çio Çio San", Cakomo Puççini), Tatyananın ("Yevgeni Onegin", Pyotor Çaykovski), Miminin ("Bohema", Cakomo Puççini), Dezdemonanın ("Otello", Cüzeppe Verdi) mürəkkəb partiyalarını yüksək sənətkarlıqla ifa edib.
Çəkildiyi filmlər:
Kədərimiz... Vüqarımız... (1998)
Maestro Niyazi (2007)
Rəşid Behbudov 20 İl Əvvəl (1996)
Torpaq. Dəniz. Od. Səma (1967)
Üç Eskiz (1978)
Ürəkdən Ürəyə (2007)
Üzeyir Ömrü (1981)
Xuraman Əkrəm qızı Qasımova 6 iyun 1951-ci ildə Bakıda anadan olub. Səsinin tembri sopranodur. 1975-ci ildə Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında vokal sinifini bitirib. Çox az müddət Musiqili Komediya Teatrında işləyib. 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Opera və Balet Teatrına solist götürülməmişdən əvvəl, məktəbli vaxtlarından bir neçə bədii filındə baş rollara çəkilib. Buna görə də hələ vokal sənətində tanımnamışdan əvvəl kino aktrisası kimi populyar olub. "Liftçi qız" filmində baş rolu ifa edib. Sonralar "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərində də maraqlı rollar oynayıb. Vokal ifaçılığında bir qədər sonralar uğur qazanıb.
Opera teatrında Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Nigar), Nazim Əliverdibəyovun "Cırtdan" (Cırtdan), Cahangir Cahangirovun "Xanəndənin taleyi" (Xanım), Cakomo Puççininin "Bohema" (Müzetta və Miınıni), Cüzeppe Verdinin "Aida" (Aida), "Otello" (Dezdemona), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Tatyana), Covanni Perqomzininin "Xanınım qulluq-çusu" (Serpina), Şarl Qunonun "Faust" (Marqarita), Zakir Bağırovun "Qoca Xottabıç" (Leyla) operalarında yaratdığı obrazlar Xuraman Qasımovanın hərarətli sənət axtarışlarının parlaq nailiyyətləridir.
1981-ci ildə Afinada keçirilən Mariya kallos adına Beynəlxalq müsabiqədə birinci mükafat alıb və "Qran Pri" mükafatının qızıl medalına layiq görülüb.
1988-ci ildə 8-ci Beynəlxalq Çaykovski müsabiqəsinin gümüş medalmı alıb. Xuraman Qasımova sənət nailiyyətlərinə görə 1986-cı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. Azərbaycan Respublikasının Dövlət (1984) və Lenin komsomolu mükafatları laureatıdır.
Çəkildiyi filmlər:
Gələcəyin Qurucuları (1982)
Həyat Bizi Sınayır (1972)
Kədərimiz... Vüqarımız... (1998)
Kinorejissor Həsən Seyidbəyli (2002)
Maestro Niyazi (2007)
Mən ki Gözəl deyildim (1968)
Nəğməkar Torpaq (1981)
Qaraca Qız (1966)(Kinoalmanax)
Ürəkdən Ürəyə (2007)
Üzeyir Ömrü (1981)
Zəng (1995)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Saç tipinə görə daraq seçimi
Elektrik dirəklərini bəzədilər
Qəbul imtahanının GÖZLƏNİLMƏZ NƏTİCƏLƏRİ
Pasxa adasındakı başlar
Attraksion xarab oldu, insanlar bir neçə saat təhlükəli vəziyyətdə qaldılar - VİDEO
2015-ci ilin nişan don modelləri
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Rusiyadan Qarabağın həlli ilə bağlı açıqlama
Azərbaycanda zəlzələlərin sayı artıb, seysmik aktivlik müşahidə olunur
Təhsil nazirindən təbrik
Xərçəng haqqında bilmədiyiniz faktlar
Qorxuludur, yoxsa faydalı?
Erməni hərbçinin dəhşətli etirafı
Orta məktəblərdə daha bir yoxlama
"Türkiyədə korrupsiya qalmaqalı ölkə banklarına ziyan vurur"
Azərbaycanda daha 39 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Qarğıdalı piroqu (foto resept)
Məşqlər və miflər: kimə nə olmaz?
Üzünüzü qocalmaqdan qoruyun
Alzheimer və unutqanlıq arasındakı fərq
Yeni qaş trendi: Balıq quyruğu
Deputat: "Azərbaycanda təhsil sistemi daha da təkmilləşdirilməlidir"
4 yaşlı uşaqla eyni çəkidədir-FOTO
Serdar Ortaçın ailə məsələləri GÜNDƏM oldu
Zövqlü divar rəsmlər
Dünyanın ən varlı ölkəsi seçildi
Bayramqabağı bazarlarda qiymət
“Instagram”dan yenilik
Almalı çuğundur salatı (foto resept)
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR
Səmada təhlükə var
Bakıda evinə "kupça" almaq istəyənlərə ŞAD XƏBƏR
Oktyabrın son günləri üçün hava proqnozu
Ermənistan ordusunda fərarilərin sayı durmadan artır
Yadplanetli qəbirləri tapıldı - Virus yayılma təhlükəsi
Payız üçün koftalar
Bakıda 2 mindən çox uşaq müsabiqə əsasında I sinfə qəbul edilib
Azərbaycan reytinqdə 28 pillə irəlilədi
Günün qoroskopu: Maraqlı təkliflər olacaq
Mehriban Əliyeva və qızı Moskvada Dövlət Tretyakov Qalereyasında -FOTO
Canlı yayımda məşhur aparıcının halı pisləşdi
"Taxt oyunları"nın 8-ci mövsumu yenidən çəkiləcək?
Payız aksesuarları
Bu gün Od Çərşənbəsidir!
Koronavirusun səthdə qalma müddəti 10 dəqiqəyə qədər artıb
Texniki baxışla bağlı sürücülərə – ŞAD XƏBƏR
Sosial şəbəkə fenomeni köhnə şəkillə hər kəsi təəccübləndirdi - FOTO
Cavanlaşma resepti