Britaniyalı psixoloq, psixologiyada bioloji istiqamətlər üzrə liderlərdən biri, məşhur intellekt (İQ) testinin müəllifi Qans Ayzenk hələ 1970-cı illərdə sübut edib ki, siqaret çəkmək sağlamlıq üçün tam zərərsizdir və xərçəngin inkişafına səbəb olmur.
Otuz ildən sonra bu hipotez Oxford Universitetinin mütəxəssislərinin tədqiqatında öz təsdiqini tapdı. Məşhur alimin bu araşdırması hazırda bir çoxu psixoterapistlər tərəfindən dəstəklənir.
Qans Ayzenk tədqiqatında qeyd edib ki, xərçəngin yaranmasının başlıca səbəbi stresdir:
“Xərçəngi yaradan nə siqaret, nə də ki, içkilərdir, məsələ tamam başqadır. Xərçəng xəstəliyinə meyilli olan şəxs emosiyaları ifadə etmək iqtidarında olmaması, acizlik və ümidsizlik hissi, depressiya, eləcə də stressə yanlış reaksiya göstərməsi ilə səciyyələnir. Ürək-damar xəstəliyinə meyilli olan şəxslər isə əksər hallarda aqressiv və kinli olması ilə xarakterizə olunur”.
Ailə statusu və ən geniş yayılmış onkoloji xəstəliklərin səbəb olduğu ölümləri analiz etsək, nə olar?
Harvard Universitetinin alimlərinin başçılıq etdiyi tədqiqatçılar qrupu, 2004-ci ildən 2008-ci ilədək ağciyər, mədəaltı vəzi, qaraciyər kanalları, prostat, süd vəzi, bağırsaq, yumurtalıq, qida borusu, limfa toxumaları, baş və beyin kimi onkoloji xəstəlikləri diaqnozu qoyulan 1 260 898 xəstənin məlumatlarını təhlil edib.
Nə düşünürsünüz, araşdırmanın nəticələri necə olub?
Psixoloqlar bildirib ki, xərçəng təkcə ailəvi xəstəlik və ailə faciəsi deyil, həm də bütün cəmiyyətin xəstəliyidir. Tədqiqatçılar müəyyən edib ki, evli insanların ölüm riski 20 faiz aşağı düşür. Buraya vətəndaş nikahında yaşayan və mədəni münasibətləri olan cütlüklər də daxildir. Ən əsası isə məlum olub ki, xəstənin həyat yoldaşı onun sağalmasına əhəmiyyətli təsir göstərir, nəinki kimyəvi müalicə üsulları. Bu isə o deməkdir ki, psixoloji dəstək sayəsində insan uğurla və daha tez sağala bilər.
Sosial dəstək və qadınlarda rast gəlinən süd vəzisi xərçəngi arasındakı tapılan əlaqə də təəccüb doğurub. San-Fransiskoda, Kaliforniya Universitetinin alimləri sübut edib ki, xərçəng diaqnozu qoyulana qədər özünü ətraf aləmdən təcrid edən qadınlar, yaxınları ilə səmimi və isti münasibət saxlayan xəstələrlə müqayisədə daha tez ölür.
Bu faktı və nəticələri sonsuzadək tənqid etmək olar. Amma fakt elə fakt olaraq qalır. Tədqiqatlar göstərib ki, isti və etibarlı münasibətlərin məhv edilməsi sağlamlığa birbaşa mənfi təsir göstərir. Bu, həmçinin alkoqolizm, narkotik asılılığı, yetərsiz qidalanma və fiziki fəaliyyətlərin azalmasının da dolayı səbəbidir. Nəticə etibarı ilə sevgi və diqqət azlığı, yaxın və doğma insanların dəstəyinin olmaması xərçəng üçün də əsas risk faktorlardır.
Özümüzü ətraf mühitdən təcrid edərək və yaxınlarla münasibətləri pozaraq, biz səhhətimizə mənfi təsir göstəririk. Bu zaman təsəllini başqa şeylərdə axtarmağa başlayır, alkoqollu içkilər qəbul edir, siqaret çəkir və çox pis qidalanırıq. Beləliklə də tənhalıq insanı uçuruma sürükləyir. Biz işimizdən razı ola, müştəriləri razı sala bilərik, pərəstişkarlarımız, gözəl əməkdaşlarımız və ya iş yoldaşlarımız ola bilər, lakin ailə içində sağlam və isti münasibətlər, sevdiyiniz insanın dəstəyi olmadan bütün bunların heç bir qiyməti yoxdur.
Xərçəng ailədə isti münasibətlərin pozulması ilə başlayır və bitir. Bu hal bütövlükdə orqanizmin apoptozu (Apoptoz - proqramlaşdırılmış hüceyrə ölümü (PHÖ) – hüceyrənin öz-özünü məhv etməsi prosesi) adlanır və hər hansın orqanizmin vücudun ümumi ailəsindən kənarlaşması ilə müşahidə olunur.
Ola bilsin ki, sadaladıqlarımız sizdə şübhə doğursun. Amma ekspertlər xəstə ailələrini tədqiqatların nəticələrini anlamağa və ağlının səsinə qulaq asmağa çağırır. Onların sözlərinə görə, xərçəng dərəcəsini azaltmaq xəstə yaxınlarından çox asılıdır.
Onkopsixoterpiyanın əhəmiyyətləri
Yeri gəlmişkən, amerikalı alimlər psixologiya elminin yeni onkopsixoterapiya istiqamətini yaradıb. Onkopsixoterapiya xəstənin yaxınlarına onu dəstəkləməyin və adekvat ünsiyyət qurmağın yollarını öyrədir. Bunun üçün ştatlarda, iri onkoloji xəstəxanalarda tibbi psixoloqlar fəaliyyət göstərir. Onlar tək xəstəyə deyil, həm də qohumlarına xəstə ilə necə davranmaq barədə məsləhətlər verir.
Bundan başqa, Amerika normativlərinə əsasən, təhlükəli diaqnozu xəstəyə demək üçün həkim onunla 1-2 saat söhbət etməlidir. Xəstənin sakitləşməsi, vəziyyəti dərk etməsi üçün bu 1-2 saat ona kömək edir.
“Psixoloji dəstəyi təkcə onkologiyaya aid etmək olmaz”
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli hesab edir ki, psixoloji dəstək təkcə onkoloji xəstəliklərin deyil, ümumilikdə bütün xəstəliklərin müalicə prosesində əhəmiyyətli amildir:
“İstər onkologiyada, istər dermatologiyada, istər diabet və s. xəstəliklərdə psixoloji dəstək çox vacibdir. Çünki xəstədə baş verən psixoloji dəyişikliklər xəstəliyin güclənməsinə və yaxud zəifləməsinə müəyyən mənada təsir edəcək. Odur ki, psixoloji dəstəyi təkcə onkologiyaya aid etmək olmaz. Milli onkologiya mərkəzində sistem elə qurulub ki, həkimin xəstə ilə söhbət etməyə, onu ətraflı müayinəyə də vaxtı olur. Bir neçə həkimin baxışından sonra ümumi rəy nəticəsində xəstənin müalicə taktikası seçilir. Dolayısı ilə xəstənin bir neçə həkimlə danışmağa vaxtı və zamanı var”.
Bu xəstəyə psixoloq hansı yardımı göstərə bilər ki?
Həkimin sözlərinə görə, bu müsbət məqamla yanaşı psixoloji yardım xəstənin ağrılarını azaltmaq iqtidarında deyil:
“Elə hallarla rastlaşırıq ki, xəstə ağrıdan yerində qovurulur. Bu xəstəyə psixoloq hansı yardımı göstərə bilər ki? Ağrını kəsmək üçün vurulan dərman və ya cərrahi əməliyyat ondan effektli olacaq, ona yüngüllük gətirəcək. Sözlə müalicə üsulunu xəstənin vəziyyəti ağırlaşmayanda, xəstəliyin başlanğıc vaxtında aparmaq lazımdır ki, həmin şəxsin mübarizə gücü olsun”.
Həkim hesab edir ki, vəziyyəti ağır olan xərçəng xəstələrinin ömrünə nə qədər qaldığını onlara demək günahdır:
“İnsanın dünyaya gəlməsini və dünyadan köçməsini Allahdan başqa heç kim bilmir. Buna qarışmaq günahdır. Həkim özü bilir ki, nə vaxt dünyasını dəyişəcək? Əlbəttə ki, yox”.
Mütəxəssis xərçəngin cəmiyyətdə qorxulu və dəhşətli xəstəlik kimi tanınması haqqında da fikirlərini bölüşüb:
“Ta qədimdən bəri bu xəstəlik insanlar arasında qorxu hissi yaradıb. Müasir dövrdə isə bu, elə də qorxulu xəstəlik deyil. Çünki müalicə olunan xəstəliklər sırasındadır. Unutmaq olmaz ki, təkcə onkologiyada deyil, bütün sahələrdə xəstələrin gec müraciət etməsi təhlükəlidir.
Son vaxtlara qədər, keçmiş sovetlər məkanında yaşadığımız dövrlərdə xəstəyə hər hansı onkoloji xəstəliyi olduğunu demirdik. Onları başqa diaqnozla aldadırdıq, xəstəlik haqqında ancaq qohumlarına məlumat verirdik. Bu gün isə ixtiyarımız var ki, şəxsin xərçəng olduğunu özünə deyək. Lakin diaqnozu xəstənin özünə deyəndə qohumları dava-şava ilə gəlib həkimləri günahlandırır ki, niyə xəstəyə xərçəng olduğunu demişik. Belə hallarla demək olar ki, hər gün rastlaşırıq. Həm diaqnostika, həm də psixoloji yardım tərəfdən bütün bunların arxasında maarifləndirmə dayanır. Bunun üçün əhalini onkoloji xəstəliklər barədə maarifləndirmək vacibdir. Təəssüf ki, maarifləndirmə yox dərəcəsindədir.
Onkoloqa müraciət edənə qədər xəstə nə qədər mərhələlərdən keçir. Onkologiyaya elə bir sistemdir ki, onunla təkcə onkoloqlar deyil, bütün əhali və bütün səhiyyə mübarizə aparmalıdır. Biz xəstəliyin vaxtında aşkarlanması üçün gücümüz nəyə çatırsa, onu edirik. Məsələn, iki mobil diaqnostik kompleksimiz var. May ayından etibarən bölgələrə gedib əhali arasında profilaktik baxışlar həyata keçirəcəyik. Profilaktik tədbirlər sayəsində xərçəngin birinci, ikinci, üçüncü və dördüncü mərhələlərini aşkar edirik. Birinci və ikincini aşkar etmək sevindiricidir, xəstəliyin üçüncü və dördüncü mərhələlərə gəlib çıxması isə bizi təəssüfləndirir.
Dünyada xəstələrin böyük qismi xəstəliyin üçüncü və dördüncü mərhələlərində həkimə müraciət edir. O cümlədən bizdə də bu belədir. Son statistikalar isə göstərir ki, vaxtında aşkarlanma halları çoxalıb. Bu da bizim işimiz xeyli yüngülləşdirir”.
“Ən ağır xəstəlik öz sağlamlığına laqeyd yanaşmadır”
Azad Kərimli hesab edir ki, Amerikada və inkişaf etmiş ölkələrdə tətbiq edilən onkopsixoterapiya istiqamətinin yaxın illərdə Azərbaycanda da həyata keçirilməsi gözlənilmir:
“Səlahiyyət məsələsi var. Biz hüquqi dövlətdə yaşayırıq, öz qanunlarımız var. Bu qanunlardan kənara çıxmağa heç birimizin icazəsi yoxdur. Əgər bu qanun dövlət səviyyəsində qəbul edilsə, əlbəttə ki, həkimlər ancaq sevinə bilər”.
Onkoloq sonda oxuculara öz tövsiyələrini verib:
“İbn Sinadan soruşublar ki, ən ağır xəstəlik hansıdır. Təbib bu suala çox məntiqli cavab verib. O, deyib ki, ən ağır xəstəlik öz sağlamlığına laqeyd yanaşmadır. Odur ki, təkcə xərçəng xəstələrinə deyil, hər kəsə məsləhət görürəm ki, özlərini vaxtında yoxlatsınlar. Çünki bu gün Azərbaycanda onkologiya sahəsində olan şərait bir çox ölkədə yoxdur. Azərbaycan qadını süd vəzisi xərçəngi ilə xəstələnməməlidir. Əgər vaxtında gəlib yoxlanılsa və aşkarlansa, xəstəliyə qalib gələ bilər. Hətta statistik göstəricilərə görə, 28, 30 və 35 il yaşayanlar var”.
Bədəninin hasil etdiyi enerji insanın ən güclü dərmanıdır
Tanınmış sosioloq Əhməd Qəşəmoğlu özünü ətraf mühitdən tədric edən insanların daha tez xəstələndiyini təsdiqləyib:
“Aktual mövzudur, çünki qloballaşma sürətləndikcə, cəmiyyətdə ciddi keyfiyyət dəyişikliyi baş verir. O cümlədən insanların cəmiyyətlə təması azalır, özünə qapılma halları çoxalır. Ekoloji, psixoloji və mənəvi problemləri nəzərə alsaq, cəmiyyət özü çətin mühitə çevrilib. Əgər əvvəllər çirkli hava və ekoloji cəhətdən təmiz olmayan yerlərdə yaşamağı düzgün hesab etmirdilərsə, indi psixoloji neqativ hallar çoxalmaqdadır. İnsan yalnız bioloji və fiziki varlıq deyil. İnsan dörd faktorun qarışığıdır: kosmo-bio-psixo-sosial varlıqdır. Bu dörd faktorun biri pozulanda insanda gərginlik çoxalır. Çünki onlar bir-biri ilə bağlıdır.
Xərçəng xəstəliyi bioloji hal kimi müşahidə olunur. Bu, sadaladığım kosmo-bio-psixo-sosial varlığın birində baş verən dəyişiklikdir. Digərləri ona güclü təsir göstərəndə problemin qarşısı müəyyən qədər alına bilir. Odur ki, müalicədə digər üç komponentin də imkanlarından istifadə etmək lazımdır. Xəstəyə ancaq bioloji varlıq kimi baxıb bədəninə kimyəvi dərmanlar yeritmək olmaz. Dərmanlar müalicənin bir tərəfidir, lakin digər komponentlərin təsirini unutmaq olmaz. Çalışmaq lazımdır ki, cəmiyyətin özü sosial faktor kimi bu məsələdə fəal iştirak etsin. Əhali arasında bu mövzu ilə bağlı maarifləndirmə aparmağa çalışmalıyıq. Belə olan halda xəstə cəmiyyətdən də pozitiv, müsbət enerji alacaq, daxildəki enerji balanslaşacaq. Bədəninin hasil etdiyi enerji insanın ən güclü dərmanıdır. Dərmanlar köməkçi vasitələrdir. Bədənin hasil etdiyi enerjinin güclü olması üçün sosial faktor böyük rol oynayır”.
Əhməd Qəşəmoğlu kosmo varlığın rolu haqqında apardığı araşdırmanın nəticələrində də bəhs edib:
“İnam hissi və Allaha olan inanc insanın kosmo əlaqələrini gücləndirir, eyni zamanda kainatdan aldığı enerjini möhkəmləndirir. Bu da insanın psixoloji baxımdan xəstəliklə mübarizə aparmasına kömək edir. Hesab edirəm ki, insanın daxili enerjisini gücləndirmək yolları tibbin inkişaf istiqamətlərinə daxil olmalıdır. Sözsüz ki, enerjini gücləndirmək üçün sosial faktor böyük rol oynayır. Elə mühit yaratmalıyıq ki, xəstə olan şəxsə neqativ enerji ötürməyək”.
Sosioloq bildirib ki, yoluxucu xəstəliklərdə isə ehtiyatlı olmaq lazımdır:
“Elə xəstəliklər var ki, başqası ilə təmas yolu ilə yoluxur. Allah heç yerdə buyurmayıb ki, özünü təhlükəyə at və mən səni xilas edərəm. Sağlamlıq mədəniyyətinin də öz qaydaları var. İnsanlar xəstələrlə nə cür davranmalı və harada sərhəd qoymalı olduğunu bilməlidir”.
Xəstəliyin ilahi sınaq olduğunu anlayan insan pozitivliyini və inam hissini itirmir
Azərbaycanlı ilahiyyatçı Hacı Şahin xərçəngin və digər xəstəliklərin müalicəsində duanın əhəmiyyətindən danışıb:
“İstənilən xəstəliyi müəyyən vasitələrlə sağaltmağa cəhd göstəririk. Bu da normal haldır. Din xəstəlik zamanı ilk növbədə tibbi üsullara müraciət etməyi tövsiyə edir. Xəstəliklərin şəfası ilə bağlı dualar kitabları da var. Təbii ki, xəstə insanın sadəcə dualarla sağalması absurd fikirdir. Xəstənin tibbi üsullarla müalicə olunması Allah qarşısında vəzifəsidir. Dualar və Allaha təvəkkül etmək insana kömək edir ki, çətinliklərin öhdəsindən gələ bilsin. Ümumiyyətlə, dini nöqteyi-nəzərdən yanaşsaq, hər bir hadisə insan üçün imtahandır. İmtahan dedikdə təkcə bəlalar nəzərdə tutulmur, hər bir xoş hadisə və xoş olmayan hadisə ilahi sınaqdır. Xəstəliyin ilahi sınaq olduğunu anlayan insan pozitivliyini və inam hissini itirmir. Ən çıxılmaz vəziyyətdə belə Allahın qüdrətinin hər şeyə qadir olduğunu anlayan insan xəstəliyin öhdəsindən gələ bilər”.
Aytən
Publika.az
XƏBƏR LENTİ
Ceki Çanın oğlu narkopriton saxlamaqda ittiham olunur
Oturmaq sağlamlığa necə təsir edir?
Dövlət Bayrağı Meydanı Kompleksindəki bayraq endiriləcək
Prezident Polad Bülbüloğlunu təltif etdi
"Alibaba"nın təsisçisi Azərbaycana gələ bilər
Erməni xüsusi təyinatları heyəti yerli sakinlərlə “gücləndirdi”: Geri çəkilirlər - RƏSMİ
Maraqlı əşyalar
36 yaşlı modeldən gözlənilməz FOTO
Dəri, göz və saça görə dodaq boyası seçimi
Çiyələkli frozen (foto-resept)
Kaş ki, gələn sən olaydın...
Ayaqqabılar
Təbiətin möcüzəsi "albino" heyvanlar
Bu ölkə Avropa Birliyindən imtina edir
Azərbaycanda zəlzələ oldu
Ev aksesuarları
Milli Qoruqlarla bağlı Yeni Qaydalar
İsrail səfiri: "Bakı-2015 Avropa Oyunları brendə çevriləcək"
Bayramın son günlərinin hava proqnozu
Pul haqqında 7 səhv fikir
Şeyma Subaşı ETİRAF ETDİ-FOTO
Xaricdə pul xərcləmədən təhsil almaq olar
Kişi hansı halda arvadından boşana bilməz?
“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”
Hər kəsi təbrik et
Bayram şapkası (özün düzəlt)
Günün qoroskopu: Ünsiyyətcil olun!
ABŞ yığmasının hücumçusu Azərbaycanda oynayacaq
41 yaşlı Lara keçirdiyi estetik əməliyyatlarla tanınmaz hala gəldi - FOTO
Ramazanda bədən detoksunu gücləndirməyin yolları
Kıvanç Tatlıtuğdan Xəyanət AÇIQLAMSI
Maqnitli kirpik nədir?
Qubadlının işğaldan azad olunan Xəndək və Muradxanlı kəndləri - VİDEOREPORTAJ
Birinci xanım ABŞ KİV-də
Burak Özçivitin bir milyonluq avtomobili - FOTO
Saç rənginin təbii və ucuz yollarla açılması
Göbələkli kartof piroqu (foto resept)
2018-in dəb trendləri
Hadisənin arxiv şəklini yaydı-FOTO
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
İstanbulda yenə Ebola həyəcanı
Bu il Azərbaycanda neçə cütlük boşanıb? - STATİSTİKA
Malyariyaya qarşı dezinfeksiya mütəmadi aparılmalıdır
Tovuzda şəhid olanların ailəsinə Prezident təqaüdü veriləcək
Bitki mənşəli yağlar və faydaları
Ali məktəblərin statuslarının müəyyənləşdirilməsi zamanı tələbə qəbulu göstəriciləri də nəzərə alınacaq
Rihanna son halı ilə sevənlərini qorxutdu - FOTO
"WhatsApp" öz istifadəçilərini məhkəməyə verir-SƏBƏB
Azərbaycanda əlil gənclərin vəziyyəti müzakirə edilib
- ŞƏRHLƏR