Ata olmağa hazırsınızmı?
Ata ilə övlad arasında münasibətlərin təməli körpəlik dövründə qoyulur və bu günlər bir daha geri gəlməz. Ata, "İndi vaxtım yoxdur, onunla sonra maraqlanaram" deyərsə, özünü aldatmaqdan başqa bir şey etmir. Göz açıb-bağlayana qədər "kiçik körpə" məktəbə gedəcək, birinci sinif şagirdi olacaq, sonra orta məktəbi bitirəcək və gənc bir oğlan və ya qıza çevriləcək. Və uşaqlar bu yaşa çatdıqları zaman ataları ilə məsələləri bölüşməkdən xoşlanmırlar. Artıq atalar üçün də gec olur.
Ata uşağı ilə hələ kiçik ikən maraqlanmadığı üçün uşaq da böyüdüyü zaman atasının sözlərinə maraq göstərməyəcək. Ata ilə uşaq arasındakı bağ bir-birinə bağlı zəncir halqaları kimidir. Zəncirin bir halqası qoparsa, digər halqalar bir işə yaramaz.
Ata olmaq məsuliyyəti
Kişi xanımının hamilə olduğunu öyrəndikdə müdhiş bir qürur hissi keçirir. Ata olacağı hissi ona böyük həzz verir. Bu hisslərin altında nəslini davam etdirə biləcək birisinin olması qüruru vardır. Anadan olacaq körpənin şəxsiyyəti, hisslər dünyası və necə böyüdüləcəyi ikinci planda qalır. Kişilər arasında keçirilən "Uşaq sahibi olmaq sizdə nə ifadə edir?" sorğu anketinin nəticələrinə görə, kişilərin 90%-i "Nəslin davamı" cavabını vermişlər.
Ancaq ata olmağın məsulliyyəti bu deyildir...
Xoşbəxt bir uşaq yetişdirmək istəyən atalar övladlara çəkilən zəhməti analarla bölüşməlidirlər.
Ata olmağınız üçün kişi olmağınız yetərli deyil. Çətinliklərə sinə gərə biləcək, ailəsini qoruya, uşaqlarına sahib çıxa biləcək, bundan başqa xanımının və uşaqlarının ona ehtiyacı olması düşüncəsi ilə ümidləri yüksək olan bir ata olmalısınız.
Yaxşı bir mühəndis və ya müdir, müəllim, hakim və s. ola bilərsiniz, amma yaxşı ata olmağı da bacarmaq lazımdır. Xüsusilə də oğlan uşaqları təsirli bir ataya möhtacdırlar.
Özünüzü nə zaman boşluqda hiss edəcəksiniz...
İşdən evə qayıtdıqda sizi bir deyil, bir neçə nəfər gözləyir. Həm çox xoşbəxtsiniz, həm də beyninizdə fikirlər bir-birinə qarışıb. Yeni ata olmusunuz. Ananız, atanız, qaynana, qaynata, fasiləsiz evə gəlib-gedən qonaqlar... Xərclər də artıb, heç sizinlə maraqlanan yoxdur. Hər kəs xanımınızla və ailənizin yeni üzvü ilə maraqlanır və üstəlik, xanımınız da təbii olaraq əvvəlki kimi sizinlə maraqlana bilmir. Bəlkə də ən böyük boşluğu bu nöqtədə hiss edəcəksiniz.
Artıq işdən qayıtdıqda sizi gülərüzlə qarşılayan xanımınızın yerində, körpəsinə süd verən, yorğun, yuxusuz, əsəbi, gərgin bir qadın vardır. Bəzən kimsə sizə "Necəsən?" belə deməyəcək. Siz körpənin və evin ehtiyaclarını ödəyən "robot" olduğunuzu düşünə bilərsiniz. Xanımınızla baş-başa qalmaq fürsəti axtaracaqsınız, amma boş yerə. Çünki, xanımınızın körpə ilə məşğuliyyətindən sizə nə zamanı qalır, nə də gücü.
Körpə ele hey acır, altını bulayır və ağlayır. Xanımınızın gülər üzünü və şəfqətini gözləyərkən, onun hər keçən gün daha da gərgin olduğunu fərq edirsiniz. "Bu körpə olmasaydı" fikri belə ürəyinizdən keçə bilər. Xanımınızla keçirdiyiniz romantik zamanlar arxada qalmışdır və siz həmin atmosferi yarada bilməməyinizin rahatsızlığını yaşayırsınız.
Bax, belə anlarda yaxşı bir ata olmaq və xanımına, körpəyə dəstək olmaq səbir istəyir.
Uşağınız böyüdükdən sonra da bəzi nüanslar var ki, atalar bunları unutmamalıdırlar.
Bəzən atalar evin bütün ehtiyaclarını qarşılamaqla vəzifəsini bitmiş hesab edirlər. Evə döndükləri zaman uşaqların gurultusundan uzaq bir güşə axtarırlar, ya da "Sakit olun, mən çox yorulmuşam!" deyərək uşaqları susdururlar, analar isə daha çox gərginlik yaranmasın deyə uşaqları otaqlarına aparırlar.
Bu halda uşaqların gözündə hər zaman yorğun ata təsviri canlanır. Oğlan uşaqlarında bu, gələcəkdə ata olmaqdan qorxmaq, çəkinmək, istəməmək kimi hisslər yaradır.
Atalara məsləhət
1. Uşaqlarınızla beşikdəykən məşğul olun ki, xoşbəxt böyüsünlər.
2. Xanımlarınıza doğuşdan sonrakı zamanlarda çox dəstək olun, körpənin inkişafı üçün də bu vacibdir.
3. Uşaqlarınıza hər gün "Səni çox sevirəm" deməkdən usanmayın.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR