Uşaqlıq dövrü davranış problemləri
Hirs
Həyatın erkən yaşlarında yaşanan hisslərdən biri də hirsdir. Hansı səbəblərdən ortaya çıxdığı əvvəlcədən bilinmir. Bunun səbəbi fərdi fərqliliklər olduğu qədər uşaqların qarşılaşdığı fərqli hadisələr də ola bilər. Ona görə də uşağın o andakı mövqeyi valideyn tərəfindən müəyyənləşdirilməyə bilər. Ancaq qarşımıza çıxan hirsli halların ortaq nöqtələri bizi hirsin yaranma səbəbləri barədə xəbərdar edə bilər. Uşaq və yeniyetmələrin hirslə bağlı psixoloji‐emosional vəziyyətlərini nəzərə alıb psixoloqlar onu bir neçə mərhələyə bölüblər.
Birinci əlamət uşaqlarda yaranan qorxudur. İkinci əlamət isə hirsin yaratdığı fizioloji dəyişikliklərdir: ürək döyüntülərinin və tənəffüs sisteminin pozulması, əllərin tərləməsi, qan dövranının sürətlənməsi baş verir. Bunlar xaricdən görünmür, sadəcə fərdin özü hiss edir. Hər iki əsas bütün insanlarda eynidir. Üçüncü əlamət hirs reaksiyalarıdır ki, eyni uşaqlarda fərqli zamanlarda və fərqli hallarda baş verə bilər. Hirsin son əsası hirsi meydana gətirən hadisədir. Hər uşaq üçün fərqli olan bu əsas, eyni uşaq üçün içində olduğu hal ilə bağlı fərqlilik göstərə bilər. Hirsə səbəb olan ən əhəmiyyətli təsir istənilən hədəfə çatmağın qarşısının alınmasıdır. Uşaqların istədiyi oyuncaqla oynamasına icazə verilməməsi, anasının yanından uzaqlaşması kimi bir çox səbəb hirs yarada bilər.
Yaranan vəziyyətin hirsə səbəb olub‐olmamasını müəyyənləşdirən digər bir əlamət isə yaşdır. Yaşa bağlı olaraq uşaq öz dünyasında yeni bir şeyi kəşf edərkən, valideynin onu qorumaq məqsədi ilə etdiyi müdaxilə uşaqda əngəllənmə hissi yaradır və nəticədə uğursuzluq baş verdikdə uşaq əsəbiləşir. Yaş artdıqca hirsin ortaya çıxma tezliyi də azalır.
Hirsin göstəricisi olan ümumi ünsürlər var. Bunlardan biri valideynlərin uşaq yetişdirmə stimullarıdır. Valideynlərin uşaqlarına verdikləri cəzalar uşaqlardakı hirs və hirsin şiddətini və ya aqressivliyin dərəcəsini dəyişdirir. Uşaq işlədiyi günahın arxasınca verilən cəzanın səbəbini anlamalıdır. Əks təqdirdə haqsızlığa məruz qaldığını zənn edərək hirsin şiddətini daha da artıracaq və kənara da əks etdirəcək. Belə hal da ruh düşkünlüyünə səbəb olacaq. Cəzanın haqsız olduğunu düşünən uşaq hirsini ya cəza verənin üstünə, gücü çatmadığı halda isə özündən zəif insanların və ya əşyaların üstünə tökəcək. Ayrıca valideynlərin verdikləri cəzalar uşaqların reaksiyalarını və şiddətlərini müəyyənləşdirir. Uşağın istəyinə qarşı verilən cəzanın şiddəti cəzanın tipindən daha əhəmiyyətlidir. Qüvvətli bir istək qarşısında yüngül cəzaya məruz qalan uşaq oxşar hallarda da cəzaya baxmayaraq eyni halı təkrarlayır. Çünki alacağı cəza istəyinin qarşısını ala bilməz. Amma qarşılaşacağı cəzanın şiddəti istəyinin şiddəti ilə eyni olarsa, bu hal təkrarlanmaz.
Valideynlərin stimullarının hirsin ortaya çıxmasına və şiddətinin dərəcəsinə təsirli olan digər hal isə model seçməkdə qarşımıza çıxır. Uşaqlar ilk olaraq hərəkətlərinə istiqamət vermək üçün model olaraq valideynlərini seçirlər və onları təqlid edirlər. Valideynlərin hirsli vaxtlarında etdikləri hərəkətlər uşaqları üçün bir model təşkil edəcək. Beləliklə, valideynlər istəmədən də uşaqlarına təcavüzkarlığı öyrədə bilərlər. Valideynlər verdikləri cəzada çox sərt hərəkət etdikdə və ya ortadakı halı qaldırmaq üçün sərt reaksiyalar verdikdə uşaqdakı təcavüzkarlığın şiddəti daha da artar. Bunun üçün də uşaqlara qayğı ilə yanaşmalıyıq.
Hirs fərqli şəkillərdə ortaya çıxsa da, uşaqlarda ümumi görülən reaksiya şəkilləri var. Körpələr hirs reaksiyalarını ibtidai fiziki hərəkətlərlə göstərir. Dörd yaşından əvvəl hirs məqsədə yönəlmiş olmaqdan daha çox bir “partlama” xarakterlidir. Dörd yaşından sonra isə qazanılan təcrübələrə dayanaraq hirs saylarında azalma görünür. Uşaq göstərdiyi reaksiyanın kənardakılar tərəfindən təsdiqlənmədiyini gördüyü zaman hirsini nəzarət altına alır və küsmə, sifət göstərmə, mızıldanma kimi reaksiyalar göstərməyə başlayır və hirsləndiyi zaman əşya ilə hadisədən intiqam almağa çalışır. Bunlara dil də əlavə edilir. Dilin inkişafı ilə uşaq hirsini bildirmək üçün dilini də istifadə etməyə çalışır. Məktəb yaşına çatan uşaqlarda dil daha təsirli bir ifadə şəklidir. Əvvəlcə istifadə etdiyi fiziki təcavüzlərin çox reaksiyaya səbəb olduğunu və təsdiqlənmədiyini görən uşaq söyüş söymək, ya da lağ eləmək kimi sözlü təsirlərdən istifadə etməyi seçə bilir. Uşağı çox qəzəbləndirdikdə hirsini daha kiçik uşaqlardan, heyvanlardan və sevmədiyi insanlardan çıxmağa çalışır. Bəzi uşaqlar isə başqalarına deyil, özlərinə zərər vermək, özlərinə acımaq və ya valideynlərini evdən qaçmaqla hədələmək yolunu seçə bilirlər.
Valideynlərin uşaqlarının hirs partlamalarının öhdəsindən gəlmək üçün işlətdikləri bir çox yollar vardır. Bu yolların müəyyənləşməsində
hirslərin sıxlığı və şiddəti rol oynayır. Diqqət çəkiləsi hal valideynlərin uşağın hirsli zamanlarında son dərəcə sakit və mülayim olmalarıdır. Mühafizəkar davranışlar göstərərək uşaqların onları bir nümunə olaraq gördükləri unudulmamalıdır. Bunların xaricində uşaq qorunmalı və hər şeyi kəşf etmək istəyəndə əngəllərlə qarşılaşmamalıdır. Ancaq aradakı balansı tənzimləmək lazımdır.
Qısqanclıq
Qısqanclıq sevilən bir insanın itiriləcəyi qorxusu nəticəsində ortaya çıxan bir hissdir. Bu hal ictimai həyatımızda tez‐tez rast gəlinən hisslərdən biridir. Bu ictimai hadisənin içində ən azı üç insan vardır. Uşağın özü, sevdiyi insan və son olaraq sevdiyini əlindən alacağına inandığı insan. Bu prizmadan baxdıqda, ümumiyyətlə, uşaq üçün sevilən insan ana və anasını əlindən alacağına inandığı üçüncü insan yeni doğulan qardaşвЂђbacısıdır. Ancaq yeni doğulan uşağın yaşı artdıqca o da böyük qardaşвЂђbacısını qısqanacaq və ikitərəfli qısqanclıq yaşanacaqdır. Uşaq hələ müstəqilliyini qazanmadığına görə qayğıya, nəvazişə və sevgiyə möhtacdır. Öz işini özü görə bilmir və ictimai əhatəsi də geniş deyil. Bütün bunlar uşağın ananın qayğı və sevgisinə möhtac olduğunu göstərir və uşağı anaya bağlayır. Ananın itirilməsi ehtiyacların görülməməsi mənasına gəldiyi üçün uşaq sahib olduqlarını itirəcəyi qorxunun təhriki ilə qısqanclıq hissini yaşayır. Azyaşlı uşaqlarda görünən qısqanclıq, ümumiyyətlə, iki–beş yaş arasında ailəyə yeni gələn körpə ilə ortaya çıxır. Yeni uşaq əvvəlcə ona ayrılan zamanın və sevginin bölünməsini, alışdığı ailə həyatının dəyişilməsini qəbul edə bilmir. Uşağın anlayışıyla zamansız və lazımsız gələn bu yeni uşaq onu qısqanclığa aparır. Uşaq ailəyə gələn yeni uşaqla rəqabətə girir. Uşağın yeni körpəylə quracağı əlaqə, uşağın valideynləriylə, valideynlərin bir‐birilə, valideynlərin ailədəki digər uşaqlarla əlaqəsindən təsirlənir.
Yeni körpə dünyaya gəlməzdən əvvəl uşağın anası ilə olan münasibəti də uşaqlar arasında yaşanan qısqanclığa səbəb olur. Yeni körpə gəlməzdən əvvəl ananın uşağa ayırdığı vaxt çoxdursa, uşağın qısqanclığı düşmənçiliyə çevrilə bilər. Bunun səbəbi əvvəl də dediyimiz kimi uşağa ayrılan zamanın azaldılmasıdır.
Uşaqların münasibəti çox zaman da valideynlərin ayrıseçkilikləriylə əlaqəlidir. Valideynlərdən biri, ya da hər ikisi bəzən uşaqlardan birini özlərinə daha yaxın hiss edirlər və ya birinin daha ağıllı, daha qabiliyyətli olduğunu düşünürlər. Bu düşüncələr bilərək, ya da bilmədən uşaqlarla olan münasibətlərdə öz əksini tapa bilər. Bu hallarda uşaq bacı və ya qardaşının daha çox sevildiyi hissinə qapılacaq və bu düşüncə bəzən təcavüzlə nəticələnəcəkdir. Bu ayrıseçkiliyin uşaqlar tərəfindən başa düşülməsinə səbəb olan hərəkətlərdən biri də uşaqların bir‐birilə müqayisə edilməsidir. Ola bilsin ki, valideyn uşaqların “yaşlarına görə” davranmalarını və ya daha çox çalışmalarını istədiyi üçün bu üsula müraciət edir. Ancaq məqsəd nə olursa‐olsun, uşaq bu qarşılaşdırılmanı digər uşağın daha çox sevildiyi, seçildiyi mənasında başa düşəcək. Bu da uşaqlar arasında qısqanclığın yaranmasına və getdikcə böyüməsinə səbəb olacaq. Valideynlər arasındakı münasibət və yaşanan problemlər də uşaqların münasibətinə təsir edir. Belə ki, valideynlərdən birinə xarakter, ya da görünüş cəhətdən oxşayan uşaq qısqanclıq səbəbkarı kimi görünə bilər. Valideynlər arasında baş verən problemlər zamanı sui‐istifadə olunan “onsuz da uşaq bu xasiyyətini səndən götürdü”, “uşağı da özünə oxşatdın” kimi ifadələr uşağa sevilmədiyi, istənilmədiyi mesajını çatdıraraq, digər uşağın qısqanılmasına səbəb ola bilər. Digər mənada, valideynlərdən onu rədd etməkdə olanın sevgi göstərdiyi o biri uşaq onun üçün rəqib halını alar.
Uşaqlar arasındakı münasibəti valideynlərin, ya da elə uşaqların özlərinin xarakterləri də müəyyənləşdirə bilər. Həssas bir ana uşağını qorumaq üçün onun üstündə çox titrəyərsə, yeni uşağın doğulmasıyla bu əlaqə kəsiləcək və uşaq bunda yeni körpəni günahlandıracaq. Əvvəllər hər ehtiyacı anası tərəfindən qarşılanan uşaq yeni körpə dünyaya gələndə ehtiyaclarını qarşılamaqda aciz qalacaq və qardaşвЂђbacısına nifrət bəsləyəcək.
Valideynlər qədər uşaqların xarakterləri də münasibətə təsir göstərir. Zidd xarakterlərə malik uşaqlar arasında dalaşmalar çox ola bilər. Bu da qısqanclığa yol aça bilər. Uşaqlar arasındakı yaş fərqi qısqanclığa səbəb olan amillərdəndir. Böyük uşaq balacaya görə daha çox imtiyaz sahibi olmaq istədiyi halda, balaca da böyüyün sahib olduqlarına yiyələnmək istəyir. Bu da onların aralarında qısqanclığa yol aça bilər. Valideynlərin müdaxiləsi burada vacib olsa da, uşaqlar arasında bu ədavət böyüdükdə yoxa çıxar.
Məktəb yaşına çatan uşaq üçün yeni bir qısqanclıq səbəbi ortaya çıxır. Hər gün məktəbə gedən uşaq anası ilə yeni körpəni evdə tək buraxır. Bu hal uşağın anası ilə evdəki körpənin daha çox bir yerdə olacağı və aralarında daha çox sevgi yaranacağı qorxusuna qapılmasına yol açır. Bu düşüncələr uşağın hirslənməsinə və təcavüzkar olmasına səbəb ola bilər. Bu düşüncəni uşaq məktəbə də daşıyaraq təcavüzkarlığını yoldaşları və müəllimlərinin üstünə tökər, amma vaxt keçdikcə bunun doğru olmadığını anlasa da, bu dəfə yoldaşlarını və müəllimlərini qısqanmağa başlayar.
Həsəd uşağı qısqanclığa aparan səbəblərdəndir. Uşaq özünün sahib olduğu imkanlardan daha çox imkanlara və ya daha böyük, daha gözəl oyuncaqlara, əşyalara sahib olan yoldaşlarını və qardaşвЂђbacısını qısqana bilər.
Qısqanclıq təzyiq ilə daha da böyüyər. Bunun əsasında duran hiss isə özünü təhlükədə hiss etməsidir. Göstərilən reaksiyaların əsası özünü və haqlarını qorumaqdır. Qısqanclıq fərqli zamanlarda yüngül narahatlıqdan başqalarına zərər verməyə qədər fərqli şəkillərdə ortaya çıxa bilər. Bununla yanaşı, eyni insanlar və eyni hadisələr qarşısında reaksiyalar fərqli ola bilər. Reaksiyalar zamanı vurmaq, təpikləmək, qardaşвЂђbacısını sevmədiyini söyləmək, valideyn və körpəyə sözlü (söz gəzdirmək, lağ eləmək) və fiziki təcavüzlər kimi birbaşa yollardan istifadə edə biləcəyi kimi öncədən qorxmadığı əşya və hadisələrdən qorxmaq, altını islatmaq, duru olmayan yeməkləri yeməyi rədd etmək, barmağını əmmək kimi əvvəlcə elədiyi hərəkətlər kimi bilvasitə yollardan da istifadə edə bilər. Davranışlar rəqib kimi görülən insana, ya da sevgisinə ehtiyac duyulan insana qarşı da yönəldilə bilər. Bu davranışların arxasında gizlənən məqsəd sevginin itirilməsinə səbəb olan insandan bunları geri almaq və ya diqqət çəkməyə çalışmaqdır.
Uşaq əvvəl reaksiyalarını birbaşa göstərsə də, anasından gələn reaksiyalardan sonra hədəfinə çata bilməyəcəyini zənn edərək bilvasitə başqa yollara əl ata bilər. Həsəd zamanı baş vurduğu yollar isə bir az fərqlidir.
Əvvəl gördüyü və daha yaxşı olduğuna inandığı əşya və ya imkanlara sahib olmağı tələb edər. İstəyi həyata keçmədiyi zaman isə köçürmək, oğurlamaq kimi yollara baş vurar. Ancaq ictimai olaraq bunların yaxşı qarşılanmadığını görəcək və müəyyən müddətdən sonra reaksiyalarını dəyişərək əslində istifadə etdiyi bu üsulların çox da yaxşı olmadığını düşünüb özünü sakitləşdirməyə çalışacaq.
Qısqanclığı tam olaraq ortadan qaldırmaq mümkün deyil. Ancaq şiddətini azaltmaq və ailə içində buna şərait yaradan mənfi halları ortadan qaldırmaq üçün valideynlər bəzi yollara baş vura bilərlər. Ailədə baş verən dəyişikliklər xüsusilə uşaqlara təsir edir. Yeni gələn uşağın səbəb olacağı dəyişikliklər uşağa çox az bir şəkildə təsir etməlidir. Bunun üçün istifadə ediləcək çıxış yollarından biri uşağı bu hala əvvəlcədən hazırlamaqdır. Ancaq uşağın gözündə çox xoşbəxt bir ailə mənzərəsi yaratmaqdansa, ona anlaya biləcəyi bir şəkildə düzünü başa salmaq lazımdır. Doğulacaq olan uşağın sadəcə bir oyun yoldaşı olacağını başa salmaqdansa, həm mənfi, həm də müsbət cəhətləri başa salınmalıdır. Doğuşdan sonra isə uşağa mühafizəkar və yerində davranmaq, düşüncəli olmaq, yeni uşağın gəlməsi ilə ona qarşı olan sevgisinin heç də azalmadığını hiss etdirmək lazımdır.
1. Əvvəlcə yeni bir uşaq dünyaya gəlməzdən əvvəl uşaq qardaşı və ya bacısının olacağına psixoloji olaraq hazırlanmalıdır.
2. Son ana qədər gözləmədən ona ailəyə yeni bir üzvün qatılacağı izah edilməli, evdə buna görə bəzi dəyişikliklərin ola biləcəyi deyilməlidir.
3. Ata və ana uşağa körpənin doğulmasıyla ona qarşı sevginin dəyişməyəcəyini bildirən sözlərlə birlikdə bunu davranışlarında da göstərməlidir. Onunla edilən əvvəlki fəaliyyətlər yenə də təkrar olunmalıdır.
4. Yeni doğulan körpəyə istər ailə üzvlərindən, istərsə də qonaqlardan kimsə həddindən artıq sevgi və maraq nümayiş etdirməsin.
5. Körpəyə zərər verməsinə icazə verilməyəcəyi qəti bir şəkildə izah edilməlidir.
6. Hər iki uşağa fərdi vaxt ayrılmalıdır.
7. Uşaqlardan biri göz bəbəyi olaraq seçilməməlidir. Valideynlər bunu hiss etdirməməyə çalışsalar da, digər uşaq vəziyyəti başa düşəcək.
8. Doğulacaq körpəyə edilən hazırlıqlara onu da dəvət etməli, körpənin əşyalarını birlikdə hazırlamalı və körpəyə əşyalar alarkən ona da hədiyyələr alınmalıdır.
9. Əgər körpəyə onun geyimləri veriləcəksə, bu ona deyilməlidir.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Məşhur cütlük övladları ilə-FOTO
Hadise və Kaan nişan hazırlığına başladılar
Tamlı qatqılar
Çimərliklərdə süni qiymət artımı var
Şans peçenyesi
Vardi mövsümün ən yaxşı futbolçusu seçilib
May ayında əfv gözlənilir?
Elektrik sobasını təmizləməyin ən sadə yolu
Əlinin içində "M" hərfi varsa...
Yeni il üçün 5 hədiyyə bağlama üsulu - VİDEO
Bakı həyat səviyyəsi yaxşılaşan 10 şəhərdən biridir
Dünyanın ən əyri küçəsi
Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olundu
Bu adların qoyulmasına icazə verilməyəcək - SİYAHI
COVID-19-dan qorxan avtobus sürücüsü risk etmədi - VİDEO
ÜST koronavirusla bağlı son rəqəmləri açıqladı
Qarpız yeyək, yeməyək?
Azərbaycanda "Youtube"dan pul qazananlar vergi ödəyəcək
Paşinyanın son cəhdləri də iflasa uğrayır
Hadisə 5 minlik çantasını belə nümayiş etdirdi-FOTO
Xudafərin körpüsünə ilk ayaq basan 18 yaşlı qazimiz - VİDEO
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Lazer epilyasiyası edən qadınlar haqqında MARAQLI FAKT
Mətbəx mebelləri
Sevgi ürəklə bağlı məsələ deyilmiş.
Dövlət Komitəsi: Ramazan bayramı dini amillərdən asılı olduğundan fitva vermək səlahiyyəti QMİ-nindir
Qadınlarla kişilər bərabərləşdilər
Gənclərin yeni dəbi budur?
70 min dollar zibilliyə atıldı
Pulqabı modelləri (2)
Azərbaycanda imtahanların keçirilməsi qaydaları açıqlandı - RƏSMİ
Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı
Azərbaycanda ilk dəfə güclü zəlzələlərin başvermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb
Qadınların münasibətlərdə yaşadığı problemlər
Ən gözəl 3 heykəltəraşlıq nümunəsi
Can Yaman Qəzəbləndi-VİDEO
Maska qoxusu sağlamlıq üçün zərərlidir? - VİDEO
Azərbaycandakı qrip təhlükəsi
Türkeş: "Azərbaycan xalqına hər cür dəstəyə hazırıq"
Bulvarda pulsuz yoqa dərsləri olacaq
Yevlax və Mingəçevir polisi yollarda birgə reydlərə başladı
Myasnikov sağlamlığa zərərli vərdişləri sadaladı
Bir-birindən gözəl manikür modelləri
Beş yaşlı rəssam əsərləri ilə varlandı (FOTO)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Kənan Doğulu Beren Saatla çəkdirdiyi yeni klipini təqdim etdi-VİDEO
Kaka onunla evlənir-FOTO
Qan qrupunuza görə bunları bilməlisiniz!
Uşaqlarda ağız və diş sağlamlığı(1)
Tibb bacısı koronaviruslu xəstələrin əzabından danışdı
- ŞƏRHLƏR