Uşaqlar da stresə düşə bilirlər.
Azyaşlı uşaqlar da stresə düşə bilirlər. Uşağın depressiyaya düşmə səbəbləri hansılardır? Adətən, azyaşlı uşaqları olan valideynlər
bir çoxları kimi uşaqların ətrafda baş verən hadisələrlə bağlı ciddi əsəb gərginlikləri yaşaya, stresdə ola biləcəklərini düşünmürlər. Bir
çoxlarının beynində uşaqlarla bağlı belə bir fikir var: “Hələ nə yaşı var ki, depressiyaya düşsün”, “Hələ o yaşda deyil ki, fikir çəksin”. Ancaq aparılan araşdırmalar bu düşüncə tərzinin tamamilə səhv olduğunu göstərir.
Uşaqlar da depressiyaya düşə bilirlər. Artıq formalaşmış və həyatda qarşımıza çıxan çətinliklərlə az‐çox mübarizə etməyi bacaran yetkinlərdən fərqli olaraq, azyaşlı uşaqlar ətrafda baş verən hadisələrdən daha çox təsirlənir. Bu da formalaşmaqda olan uşağın psixoloji inkişafına mənfi təsir göstərib onun həyat haqqında düşüncələrində ciddi problemlər ortaya çıxara bilər. Bu səbəbdən gələcəyimiz (bir çox ata‐analar üçün, hətta həyatın tək mənası, Allahın onlara verdiyi ən böyük xoşbəxtlik) olan uşaqları depressiyadan,
stresdən qorumaq üçün əlimizdən gələni etməli, bunun üçün uşaqlara qarşı diqqətli olmalı, əgər bir narahatlığın olduğu hiss olunarsa, vaxt itirmədən bununla maraqlanmalı və uşağı stresə salan səbəbləri aradan qaldırmağa çalışmalıyıq.
Azyaşlı uşaqların stresə düşməsinin bir çox səbəbi ola bilər. Məktəbdə, bağçada, həyətdə, ailə içində baş verən xoşagəlməz hadisələr (valideynlərin ayrılması, bacı və ya qardaşın dünyaya gəlməsi) və ya uşağınızın özü ilə əlaqədar olan problemlər (məsələn, hər hansı bir fiziki çatışmazlıq və ya aclıq, həddindən artıq yorğunluq kimi fiziki problemlər) onun depressiyaya düşməsinə səbəb ola bilər.
Aparılan araşdırmalar nəticəsində stres yaradan səbəblərin azyaşlı uşaqlar üzərində yetkin insanlara nisbətən daha böyük təsirə malik olduğu ortaya çıxır. Qısamüddətli stres, adətən, elə də böyük problemlər yaratmadığı halda, uzunmüddətli stresin uşaqlara, onların düşüncələrinə, psixologiyasına, formalaşmaqda olan xarakterinə böyük ziyan vurduğu və sonralar daha pis nəticələrə yol açdığı sübut olunmuşdur. Bu səbəbdən uşağınızın yaşadığı stresi daha da ağırlaşdıran səbəbləri ortadan qaldırmalı və ona stresdən qurtulması üçün kömək etməlisiniz. Bu məsələlərdə kifayət qədər diqqətli olmamaq, övladınıza laqeyd olmaq, bütün bunlara ciddi yanaşmamaq, qeyd etdiyimiz kimi uşağınız (həmçinin də özünüz) ilə əlaqədar çox pis nəticələrə səbəb ola bilər.
Düşdüyü depressiyaya görə ciddi psixoloji zərbə almış uşağın sonralar öz həyatını qurmasında, cəmiyyətdə müəyyən mövqe əldə etməsində, istər ailə qurmaq, istərsə də dostları ilə münasibətlərdə böyük çətinliklər ilə üzləşdiyi, hətta uşaq vaxtı lazımi psixoloji dəstəyin, valideyn qayğısının olmaması sonralar sərbəst həyata atıldığı zaman üzləşdiyi daha böyük problemlər, çətinliklər
qarşısında aciz qaldığı və bu səbəbdən daha böyük ruhi iztirablara düçar olduğu müşahidə edilir. Bunun qarşısını ala bilmək üçün valideynlər öz uşaqlarına qarşı daha diqqətli olmalı, bunu ortadan qaldırmağın yollarını bilməli, bununla əlaqədar maariflənməlidirlər. İstər gənc, istərsə də yaşlı ata və anaların əksəriyyəti bu haqda kifayət qədər məlumata sahib deyildir.
Stresdə olan uşaqların davranışlarında, adi, gündəlik baş verən hadisələrə verdikləri reaksiyalarda dəyişmələr baş verir. Bu əlamətlərə nə qədər çox diqqət etsəniz, stresin uşağınıza olan mənfi təsirinin qarşısını o qədər tez ala bilərsiniz. Uşağınızın stresdə olmasını göstərən bəzi əlamətlər bunlardır:
- Yuxusu ilə bağlı dəyişiklik varsa, yəni gec yuxuya gedirsə, yerinə uzandıqdan sonra uzun müddət yata bilmirsə və ya yuxudan oyanarkən çətinlik çəkirsə, deməli, uşağınız stresdədir. Bəzi valideynlər uşaqlarının həddindən artıq yuxulamasını əsəblərinin sakit olması ilə əlaqələndirirlər. Ancaq əksinə, həddindən artıq yuxulama da stresin əlamətidir.
- Yemək vərdişlərində olan dəyişiklik, məsələn, iştahsızlıq, vaxtında yemək istəməmək uşağınızın stresdə olduğunu göstərir.
- Tualetə tez‐tez və ya gec‐gec getməsi kimi tualet vərdişlərində olan dəyişikliklər də stresin əlamətidir.
- Dırnaq yemə, saçla oynama, burun eşmə və s. kimi insanın əsəblərinə toxunan vərdişlər uşağın daxili narahatlıq keçirdiyini, əsəblərinin gərgin olduğunu göstərir. Çox zaman valideynlər uşaqlarının dırnağını yediyini, burnunu eşdiyini və ya paltarının qolunu çeynədiyini, dartdığını görəndə “dırnağını yemə, əllərini pis günə qoyursan”, “ burnunu qurdalama, iyrənc işlər görmə, tez ol, get əllərini yu!” və ya “paltarın qolunu gör nə günə qoydun?” deməklə kifayətlənirlər. Ata‐anaların belə hallarda uşağı danlamaq əvəzinə, nə səbəbdən belə etdiyini öyrənmələri, nəyə görə həyəcan keçirdiyi ilə maraqlanmaları daha yaxşı olardı.
- Əgər uşaqlarda özünəqapanma, qaradinməzlik varsa, ətrafdan təcrid olmağa çalışırsa, bu, onların stres keçirdiyini göstərir.
- Hər bir insan həyatda müəyyən hallarda qorxur, o cümlədən də azyaşlı uşaqların bəzən qorxması normal hal sayılır. Ancaq uşaq fərqli olaraq, daha çox qorxursa, bu, onun narahat olduğunu göstərir. Uşağın daxilində olan narahatlıq, həyəcan, stres bəzən özünü normal olmayan, hədsiz qorxu ilə büruzə verir.
- O cümlədən həddindən artıq narahatlıq, hər şeyə görə həyəcanlanma, gündəlik həyatımızda baş verən hadisələrə sakit yanaşa bilməməsi uşağın depressiyada olmasını, əsəblərinin sakit olmamasını göstərir.
- Bəzən uşaqların təcavüzə meyilli olması, ətrafdakılara, o cümlədən də valideynlərinə qarşı əsəbi davranmaları, kəskin reaksiyalar verməsi, səbirsiz hərəkətləri ata‐analarını hövsələdən çıxarır. Belə hallarla qarşılaşan valideynlər, çox zaman “bəsdir özünü dəliliyə qoydun”, “özünü ağıllı apar” deməklə, uşağı danlamaqla, özlərinə qarşı etdiyi hərəkətləri hörmətsizlik hesab edib uşaqları cəzalandıraraq məsələni bitmiş hesab edirlər. Halbuki, belə hallarda uşaqların bu cür davranışlarının səbəbi çox zaman keçirdiyi stresdir (ərköyün uşaqlar nəzərə alınmır). Məsələnin danlamaq və cəzalandırmaqdan daha yaxşı həll yolları var ki, bu da uşağı anlamağa çalışmaq və qayğı göstərməkdir.
- Uşaqlar hər zaman ana qucağına, valideyn qayğısına ehtiyac duyurlar. Ancaq həddindən artıq dərəcədə valideynə sığınma ehtiyacı varsa, bu, stres və depressiyadan qaynaqlanır.
- Uşağın barmaq əmmək, alt islatmaq kimi körpə yaşlarındakı davranışlara qayıtması, onun stresdə olduğunu göstərir.
- Stres və depressiyanın bir əlaməti də həddindən artıq dərəcədə sevdiyi, bağlandığı insanlardan ayrı qalmaq qorxusudur. Əgər uşaq valideynlərindən çox qısa müddətə də olsa, ayrı düşdükdə, ata‐anası harasa gedəndə həmişə dalınca ağlayırsa, bu onun narahatlıq, əsəb gərginliyi keçirdiyindən xəbər verir.
- Uşağın səbəbsiz, adi şeylərə görə tez‐tez ağlaması onun stres keçirməsi ilə əlaqədardır.
Təbii ki, stres keçirən uşaqların hamısında eyni əlamətlərin və ya bütün əlamətlərin hamısının birdən olması vacib deyil. Stresin uşağa təsir etmə və uşağın davranışlarında özünü büruzə vermə dərəcəsi eyni deyildir. Bu, uşağın yaşına, inkişaf dərəcəsinə, yaşadığı mühitə, ailəsindəki vəziyyətə, xasiyyətinə və streslə mübarizə etmə, vəziyyətdən çıxış yolu tapma qabiliyyətinə görə dəyişir.
Belə bir fikir ortaya çıxa bilər ki, daim valideynləri tərəfindən qorunan uşaq heç vaxt stres keçirə bilməz. Ancaq bu fikir bir o qədər də düz deyil. Çünki bəzən uşağını həddindən artıq qoruyan valideynlər uşaqlarının stresə düşməsinə səbəb olur və yeni stres qaynaqları yaradırlar. Uşaqların həddindən artıq qorunması, nəzarət altında saxlanılması onların sərbəstliyini azaltdığı üçün stresə salır və əsəb gərginliyi keçirməsinə səbəb olur. Bunun qarşısını almaq üçün realist olun, uşağınızın hələ balaca olduğunu unutmayın, onun sərbəst olması, oyun oynaya bilməsi üçün şərait yaradın.
Çox valideynlər uşağın ağlının heç nə kəsmədiyini və heç bir qərar verə bilmə qabiliyyətinə malik olmadığını düşünür, daima ona nə etmək lazım olduğunu göstərir, hər işdə əmr edən tərəf olurlar. Valideynlərin böyük əksəriyyətində belə bir fikir formalaşıb ki, “uşaq özü üçün nəyin yaxşı, nəyin pis, nəyin xeyirli, nəyin isə zərərli olduğunu seçmək iqtidarında deyil, buna görə də hər şeyi uşaqların yerinə valideyn seçməlidir, hər halda, ata‐ana yaşca böyükdür, dünya görüb və buna görə də ən yaxşısını onlar bilir”, “indi istəməyə bilər, ancaq vaxt gələcək, mənə sağ ol deyəcək”. Belə fikirlər bir o qədər də doğru deyil. Çünki hər şeyi uşağınızın yaxşılığını düşünüb etsəniz, belə daimi əmrlər vermək və uşağı istəmədiyi bir işi etməyə məcbur etmək onun gərginlik yaşamasına və stresə düşməsinə səbəb ola bilər. Belə hallarda uşaqlar bəzən daima əmrlər yağdıran ata-analarının onları sevmədiklərini belə düşünə bilirlər. Belə halların baş verməməsi üçün sadəcə hər hansı bir işi görməsi üçün uşağınıza əmr etmək əvəzinə ona bir neçə variant təklif edin və özünün qərar verə bilməsinə şərait yaradın. Öz iradəsi ilə qərar verməsi valideynlərinin ona hörmət etdiyini, onu sevdiyini düşünməsinə, özünü sərbəst hiss etməsinə səbəb olur, ortada olan stresi aradan qaldırır.
Valideynlərin qarşısında duran digər vəzifə də günümüzdə çox istifadə olunan televizoru seyr edərkən uşağınızda gərginlik yaradan proqramların izlənilməsinə mane olmaqdır. Televizor güclü təsir qabiliyyətinə malikdir. O, nəinki azyaşlı uşaqların, hətta yetkin, müəyyən formalaşmış xarakterə sahib insanların psixologiyasına da mənfi təsir edir; televizor hər gördüyü şeyə maraq göstərən, həyatı öyrənməyə başlayan azyaşlı uşaqların düşüncələrinin yaranması və formalaşmasında böyük rola malikdir. Odur ki, uşağının
qayğısına qalan, onun düzgün şəkildə tərbiyə almasını və yaxşı xüsusiyyətlərə malik olan şəxsiyyət kimi formalaşmasını istəyən hər bir valideyn uşağının izləyəcəyi proqramları diqqətlə seçməli, zərərli hesab olunan, mənfi təsir göstərə biləcək veriliş və filmlərə baxmasına mane olmalıdır.
Valideynlər uşaqlarını stresdən necə qoruya bilərlər?
Bunun bir neçə yolu var:
- Stresi aradan qaldırmaq üçün uşağınıza kömək edin, bunun adi bir şey olduğunu, öz‐özündən keçib gedəcəyini düşünməyin, sonralar bunun ağır nəticələrinin ortaya çıxa biləcəyini unutmayın. Uşağınız stres keçirirsə, deməli, ortada problem var, buna ciddi yanaşın, stresin uşağınızın üzərindəki mənfi təsirini azaltmaq üçün gözlənənlərə qarşı onu əvvəlcədən hazırlayın. Uşağınızla söhbət edərək onu sakitləşdirə, özünü necə hiss etdiyini daha yaxşı başa düşə bilərsiniz. Məsələn, ailədə yeni uşağın dünyaya gəlməsi və ya yeni saç düzümü stres yarada bilər. Ancaq bu cür məsələləri həddindən artıq şişirtmək, daima stres yaradan həmin mövzu haqda danışmaq uşağın həddindən artıq stresə düşməsinə səbəb ola bilər. Bu səbəbdən də diqqətli olmalı, vəziyyəti tarazlaşdırmağa, məsələni böyütməməyə çalışmalısınız.
- Bəzən özünüz də stresli olduğunuzdan, övladınızla lazımi qədər maraqlanmaya bilərsiniz. Belə hallarda uşağınızı əmanət edə biləcəyiniz və ya stresinizi azalda biləcək yaxınlarınızın yanınızda olması lazımdır. Ancaq uşağınıza qayğı göstərmək kifayət deyil, siz onun yanında olmadığınız hallarda depressiyadan çıxa bilməsi üçün streslə mübarizə və problem həll edə bilmə qabiliyyətlərini aşılayın. Bu ona ömür boyu kömək edəcək, sərbəst şəkildə öz həyatını qurmasını təmin edəcəkdir. Buna görə də bu məsələlərdə diqqətli olun.
- Uşağınıza dəstək olun və ona duyğularını yaşamağa imkan verin. Stresli bir anında uşağın oyun oynaması və ya şəkil çəkməsinə
şərait yaradın. Unutmayın ki, hər uşaq həyat bağçamızda açılmış ən gözəl gül, Allahın bizlərə verdiyi ən böyük hədiyyədir.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR