1. Məktəbli uşaqla necə davranmalıyıq?
Məktəbli övladınızla yaxından maraqlanın. Əgər oğlan uşağıdırsa atası həftədə ən az 2-3 dəfə onunla şəhərin maraqlı yerlərinə gəzintiyə çıxmalı, onunla 2-3 saat vaxt keçirməlidir. Ana da eyni ilə qızı ilə gəzintiyə getməli və onunla həmsöhbət olmalıdır. Məsələn: tarixi muzeylərə, gözəl təbiət qoynuna və ya hər hansı əyləncə mərkəzinə gedə bilərsiniz. Bu zaman övladınızla valideyn kimi yox, bir dost kimi rəftar edin. Və onun problemləri və sıxıntıları haqqda maraqlanın. Bu zaman övladınızla ünsiyyət qurmaq sizin üçün daha asan olacaq. Və əmin olun ki, övladınız sizin verdiyiniz məsləhətləri daha yaxşı anlayacaq. Bu zaman uşaq özünü bir yeniyetmə kimi hiss edəcək və hərəkətlərində daha olğun və intizamlı olmağa çalışacaq. Əgər hər zaman həm sözlərinizlə, həm də hərəkətlərinizlə övladınıza onun hələ uşaq olduğunu hiss etdirirsinizsə, necə ondan daha ağıllı hərəkətlər gözləyə bilərsiniz ki!
Övlad böyütməyə və tərbiyə etməyə xüsusi diqqət yetirin! Onunla harada və necə danışdığınıza fikir verin. Hər hansı bir yanlış fikir böyük fəsadlara yol aça bilər. Hər həftə üçün planlar qurun. Gəzintiyə və qonaqlıqlara, məsələn: Nənə və babanı görməyə gedin. Orada onunla bir yeniyetmə kimi rəftar edin və buna uyğun işlər edin. Onun gözlərinin içinə baxaraq çox diqqətlə dinləyin. Bütün suallarına elə bil ki, bir dostunuzla həmsöhbət olurmuş kimi cavab verin. Vacib qərarlarınızı onunla da bölüşün və ondan bəzi məsələlərdə məsləhət istəyin. Ona böyük dəyər verdiyinizi hiss etdirin. Bu zaman övladınız sizinlə daha səmimi olacaq və özünü bir yeniyetmə kimi hiss edəcək. Davranışlarına və hərəkətlərinə fikir verəcək və daha ciddi olmağa çalışacaq. Bu, onun həyatda düzgün yol seçiminə müsbət təsir edəcək.
2. Onunla səmimi söhbət edin
Əgər övladınız 10 yaşındadırsa, deməli, onunla səmimi və ciddi söhbət etməyin tam zamanıdır. Övladınızla sakit və səmimi olacağınız bir guşəyə gedin. Əvvəlcədən onunla danışacaqlarınız haqqında bir az məşq edin. Məsələn: "Oğlum, sən çox ağıllı uşaqsan. Dünyaya gəlişini sanki bu hadisə dünən olmuş kimi yadımdan heç bir zaman çıxarmıram. Çox sevinmişdik. Ananla sənin kimi bir övladımız olduğu üçün çox xoşbəxt idik. Səni çox sevir, bəzən də heç böyüməyini istəmirdik. Çünki körpə olduğun üçün, belə şirin olduğun üçün sanırdıq ki, böyüdükdə bu şirinlik keçəcək. Ancaq biz yanılmışıq. Halbuki, sən hər gün böyüyürdün və böyüdükcə daha şirin və sevimli olurdun. Səninlə qürur duymağa başladıq. Sən məktəbə gedəcək yaşa gəldikdə isə ananla "Bax, bu bizim oğlumuzdur (və ya qızımızdır). Artıq məktəbə gedəcək və bizim fəxrimiz olacaq" deyirdik. Dərslərində müvəffəqiyyətlər əldə etsən də, etməsən də həmişə sənin yanında olacağımıza söz vermişdik. İnsan övladının həyatda qazandıqları ilə çox xoşbəxt olur" və s. kimi söhbətlər edə bilərsiz.
Bəli, elə söhbət etməlisiniz ki, bu söhbətləriniz övladınızın ağlından çıxmasın. Hər dəfə yadına düşdükcə bu ona müsbət təsir edəcək və hərəkətlərində daha məsuliyyətli olmağa çalışacaq. İnsanın evində dünən yediyi yeməyi xatırlamadığı ola bilər. Lakin illər öncə valideyini ilə arasında olan bu söhbətlər heç bir zaman yadından çıxmır, bunu unutmayın.
3. "Sənə etibarımız sonsuzdur" mesajının vacibliyi
"Motorlu gəmilər yelkənli gəmiləri dənizlərdən qovdular. Çünki onlar külək olsa da, olmasa da əzmlə irəliləyir. Motorlu gəmilər onları irəli aparan gücü öz içində daşıyır. Heç bir güclü külək onu yolundan döndərə bilməz. Onun xaricdən heç bir köməyə ehtiyacı yoxdur" (Herbert N. Gasson).
Psixoloji elmdə "daxili idarəetmə" və " xarici idarəetmə" deyilən bir termin var. Əgər bir uşaq xaricdən idarəetmə ilə böyüyürsə, bu uşaqda daxili idarəetmə inkişaf etmir. Bunu belə izah edək. Məsələn: "Oğlum, çalış ki qiymətlərin yaxşı olsun. Əgər yaxşı qiymətlər alsan, sənə istədiyin hər şeyi alacağıq, hara istəsən aparacağıq" kimi sözlər və vədlər bu uşaqlarda özünün oxumaq həvəsini inkişaf etməyə imkan yaratmır. Bu mühütdə böyüyən uşaqlar xarici idarəetmə zəifləyən kimi artıq çalışmaları üçün bir səbəb qalmadığını hiss edirlər və bu hisslərdən asanlıqla xilas ola bilmirlər. Buna görə də daxili idarəetməni inkişaf etdirmək üçün "Gözəl balam, sənə inanırıq", "Sənə etibarımız sonsuzdur" kimi sözləri tez-tez demək lazımdır. Bu mesajı bitkilərə verdiyiniz su kimi vacib olduğunu düşünərək verin. Bu mesajın məsuliyyətini övladınız elə hiss edəcək ki, hər gün daha çox çalışacaq və sizin inamınızı itirməmək üçün əlindən gələni edəcəkdir. Lakin bu mesajı israrla hər gün desəniz, bu zaman bu mesajın təsiri ilə daha da pis ola və çalışma qabiliyyətini itirər. Ona görə belə sözləri vaxtaşırı və diqqətlə demək lazımdır.
Unutmayın: övladınız da artıq bir şəxsiyyətdir. O, vaxtaşırı səhvlər də edə bilər. Etdiyi səhvlərin üzərində çalışmağa və düzəltməyə imkan yaradın. Onun qərarlarına hörmət edin və dəstəkləyin. Lakin öz məsləhətlətinizi də heç vaxt unutmayın. Sonda hər kəsə gözəl valideyn olmağı və xeyirli övlad yetişdirməyi arzu edirəm.
XƏBƏR LENTİ
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Necə edək ki insanlardan inciməyək?
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək - FOTO
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
İraq - təhlükəyə addım-addım
Bakıda yağış, dağlarda qar yağacaq
İngilis dili - J (2)
Prezident İlham Əliyev "BakuTel-2013" sərgisi ilə tanış olub
“Çox sayda tələbə xaricdə təhsil alacaq”
Məşhur müğənni boşanır
Ərəb mədəniyyəti - 1
Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır
İdman edərkən diqqət etməli olduğunuz 5 qayda
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda
Baş Nazir təhsillə bağlı qərara dəyişiklik etdi
Qarışqa ən qısa yoldan istifadə edir
Stress insanı öldürə bilər?
Günün qoroskopu:İşgüzar olun!
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Sumqayıta iki mərtəbəli qatarlar
Məşhur aktrisa ən böyük qorxusunu AÇIQLADI-FOTO
Attestat ala bilməyən məzunların nəzərinə!
Moskva Qarabağdan gətirilən "Artsax" arağının satışına icazə verib
İctimai rəydən niyə qorxuruq?
Azərbaycanlılar Türkiyənin daşınmaz əmlak bazarında beşincidir
Fərqli kitab rəfləri
Azərbaycanda süni balıq gölləri ləğv olunur
Siqaretə görə hələlik heç kim cəzalana bilməz
İndoneziya silkələndi
Günün qoroskopu: ünsiyyət, işlərdə dönüş üçün əlverişlidir
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
3D formatında portretlər
Tənha insanlar üçün kreslo
Azərbaycanda nəqliyyat sahəsində nə kimi yeniliklər olacaq?
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - VİDEO
Qoyun ili üçün "Quzu tortu"(foto resept)
Dəbli çantalar
Sızanaqlar üçün maska
Evinə çıxarış almaq istəyənlər üçün mühüm xəbər
Aydın Əliyev vətəndaşların dərdini dinləyəcək
Siqareti atmağa kömək edən qidalar
Hamilələr üçün dəbli geyimlər
Qan və qan damarları üçün
Hollivud ulduzundan ermənilərə təhqir
Qarışıq salat (foto resept)
Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirilir
Həyətimizi özümüz bəzəyək
Bakının iki rayonunda qaz olmayacaq















- ŞƏRHLƏR