Körpənin baş-boyun idarəsini tamamlaması, əl və göz koordinasiyasının inkişafı, oturmağa başlaması, çeynəmə və udma funksiyasının inkişafı, əlavə qidalara başlanması üçün zəruri pillələrdir. Əlavə qidalarla birlikdə əmizdirməyə davam edilməlidir. Körpənin artan enerji ehtiyaclarının qarşılanmasında sadəcə ana südünün artıq kafi olmaması, uşağı fərqli dadı olan qidalara və uşağın dişləmə, çeynəmə bacarıqlarının inkişafına köməkçi olmaq üçün 6-cı ayda əlavə qidalara başlanması lazımdır. Əlavə qidaların hazırlanması zamanı təmizlik qaydalarına riayət olunmalıdır. Əllər bol su və sabunla yuyulmalıdır. Çiy tərəvəz və meyvələr yaxşıca yuyularaq hazırlanmalıdır.
Bütün əlavə qidalar əmziklə deyil, qaşıq və ya fincanla verilməlidir. Əlavə qidalar gündəlik və evdə hazırlanmalıdır. Təbii olmayan, market məhsulu olan əlavə qidaları bir yaşından əvvəl körpənizə verməyin (qatıq, meyvə suyu, şorba və s. özünüz evdə gündəlik olaraq hazırlayın). Əlavə qidalara keçərkən, xüsusilə qatı qidaların verilməyə başlandığı dövrdə körpələr dilləri ilə qidaları itələyə bilər. Körpələrin istəmədən etdikləri bu hərəkət ümumiyyətlə 7-ci ayda düzəlir. Uşağın qidanı qəbul etmək istəmədiyini fikirləşməyin. Əlavə qidalar əvvəl püre kimi verilərkən, daha sonra əzilmiş, ardından kiçik parçalara bölünmüş şəkildə verilərək körpənin fərqli strukturlardakı qidaları alması təmin edilməlidir. Uzun müddət püre formasında qidalar alan körpələrdə, qatı qidalara keçərkən çətinliklər yaşanır. Körpələr 9-10 aylıq olduqlarında öz özlərinə bəsləməyə icazə verilməli, qısa müddət üçün də olsa digər ailə fərdləri ilə süfrəyə oturdulmalı və evdə hazırlanmış qidalara öyrəşdirməyə başlanmalıdır.
Əlavə qida verərkən diqqət yetirmək lazım olan məqamlar:
Qidalar qaşıqla və ya fincanla, başlanğıcda az miqdarda verilərək zamanla artırılmalıdır. Yeni qidalar körpə ac ikən və günorta yeməyində sınanır. Fərqli qidalar ən az 3, əsasən 7 gün arayla sınanır. Verilən hər əlavə qida tək başına başlamalı və allergik simptomlar səbəb olub olmadığı təqib edilməlidir. Qidalar təmiz və təzə bişmiş olmalıdır. Körpələr bəzi yeni qidaları qəbul etməyə bilərlər. Bu vəziyyətdə uşaq məcbur edilməməli və 2-3 həftə sonra təkrar sınanmalıdır. Duzlu, ədviyyatlı, allergiya vermə ehtimalı yüksək olan qidalar körpələrə vermək olmaz. Həddindən artıq lifli qidalar ilk 12 ayda məsləhət deyil. Alma və şaftalı püresi, düyü unu ilə pudinq, yoqurt və tərəvəz püresi ilk başlanacaq əlavə qidalardır. Allergiya vermə riski yüksək olan sitrus bitkiləri, yumurta, çörək, balıq və ət ilk veriləcək qidalar arasında olmamalıdır .
Hansı əlavə qidalar verilə bilər?
Başlanğıc əlavə qidalar qida dəyəri yüksək, yumşaq konsistensiyada, həzmi asan və aşağı allergik xüsusiyyətdə olmalıdır. Bu dövrdə veriləcək əlavə qidalar sıra ilə meyvə suyu və ya püresi, qatıq, tərəvəz püresi, şorbalar, pudinq, cem, bəhməz və körpə biskvitidir. Bir yaşına qədər olan dövrdə körpələrdə həzm problemlərinə, qan azlığına və allergik reaksiyalara gətirib çıxarması səbəbi ilə inək südü və baldan istifadə edilməməlidir.
Meyvə suyu və püresi: Körpəyə veriləcək ilk meyvə mövsümünə görə alma və ya şaftalıdır. Ərik, üzüm, banan, naringi, portağal, qarpız, qovun və kökün şirəsinə bir çay qaşığı miqdarında başlanır, daha sonra qədəri yavaş-yavaş artırılaraq püre şəklində 1-2 pay olaraq verilir. Uşaq meyvə suyunu qəbul etməkdə çətinlik çəkirsə, şirinləşdirmək üçün içinə cem və ya bəhməz qatıla bilər. Meyve püresi də eyni şəkildə qarışdırılaraq 1 pay olaraq verilə bilər. Meyvələr yaxşıca yuyulur, qabıqları soyulur, şüşə rəndədə rəndələnərək təmiz bir tənziflə suyu çıxardılaraq hazırlanır.
Qatıq: Körpələrin asan hazm edə bildiği ən etibarlı əlavə qidalardandır. Ümumiyyətlə 1-2 çay qaşığı olaraq başlanmalı, verilən miqdar hər gün yavaşca artırılaraq bir pay olaraq verilə bilər. Amma hər gün evdə təzə olaraq mayalanmalıdır.
Pudinqin hazırıanması: Üç çay qaşığı düyü unu, bir su stəkanı soyuq südün bir qismi ilə yaxşıca əzilir, qalan süd bu qarışığa əlavə edilir. Aramla yanan ocaqda bir az bərkiyənə qədər bişirilir, hazır olana yaxın iki çay qaşığı şəkər əlavə edilir. Əgər pudinq hazır südlərlə ediləcəksə südün yerinə eyni miqdarda su və şəkərin yerinə 6 ölçü qaşığı uşaq yeməyindən istifadə etməklə eyni şəkildə bişirilir.
Tərəvəzlər: Qatıq, meyvə şirəsi və püresindən sonra mövsümünə görə tərəvəzlərin verilməsinə başlana bilər. Kartof, kök, balqabaq, gül kələm kimi tərəvəzlər püre formasına gətirilməlidir. İçinə qiymə və ya kərə yağı qatıla bilər. Evdə özümüz üçün hazırladığımız yeməklər 9 aydan sonra püre halına gətirilərək verilə bilər.
Dənli şorbalar: Qatıq, meyvə, tərəvəz püresindən sonra mərci kimi şorbalar verilə bilər. Şorbalara bir çay qaşığı duru yağ, 8-ci aydan sonra da qiymə qatıla bilər. Əvvəllərdə çörəksiz, sonra içinə çörək doğranaraq şorbalar verilə bilər. Bu şəkildə yavaşca qatı qidalara başlanılır.
Tərəvəz püresinin hazırlanması: Yarım kiçik kartof, yarım kiçik kök, və bir çay qaşığı düyü yuyulur. Tərəvəzlərin qabıqları soyulur, kiçik parçalar halında doğranılır. Kiçik bir qazan içinə su qoyulur və digər bütün ərzaqlar əlavə edilir. Bir çay qaşığı duru yağ və ya zeytun yağı əlavə edilir. Qazanın ağzı bağlanılıb tərəvəzlər yumuşalana qədər bişirilir. Bişdikdən sonra çəngəllə əzilərək körpəyə yedirilir.
Səhər yeməyi: 7-ci ayda körpə meyvə-tərəvəz püresinə alışdıqdan sonra nahara başlanılır. Bir kibrit qutusu qədər duzsuzlaşdırılmış ağ pendir, yaxşı bişmiş yumurta, bir çay qaşığı cem ya da bəhməz, bir çay qaşığı kərə yağı, 2 -3 körpə peçenyesi, su və ya cökə ilə əzilərək qarışdırlır, körpənin yeyə biləcəyi səviyyəyə gətirilərək körpəyə verilir. Bəzən içinə 2-3 ölçü uşaq qidası qatılaraq kalori və zülal tərkibini zənginləşdirə bilərsiniz .
Yumurta: Bərk bişmiş yumurta sarısı bir çay qaşığı olaraq nahara əlavə olunur, yavaş-yavaş miqdarı artırıla bilər. Birinci həftənin sonunda körpə tam bir yumurta sarısı yeyə bilər, bir yaşına qədər tam bişmiş yumurta verilməli, allergik yemək olduğundan yumurtanın ağı bir yaşına qədər verilməməlidir.
Plov, makaron, dolma: 8-ci aydan sonra qatıq ilə qarışdırılaraq bir payda verilə bilər.
Ət məhsulları (qırmızı ət, toyuq və ya balıq əti): 7-ci aydan etibarən şorbalarına və ya tərəvəz yeməklərinin içinə qiymə parçaları qatıla bilər, toyuq və ya balıq əti əzilərək püre halında tək başına və ya yeməklərin içində verilə bilər. Şorbalar və ya tərəvəz yeməkləri və ya toyuq suyu hazırlana bilər. 9-cu aydan sonra iki dəfəyə çəkilmiş qiymədən ədviyyatsız olaraq hazırlanmış küftə körpənin əlinə verilə bilər. Qansızlığın qarşısının alınması üçün ət məhsullarının körpənin qidalanmasında mütləq iştirak etməsi lazımdır.
Quru paxlalar: 7-ci aydan sonra pərdələri çıxardılıb əzilərək, püre halında az miqdarda başlanaraq verilə bilər. İçinə qiymə qatılaraq tərkibini zənginləşdirə bilərsiniz. Qidaların hazırlanmasında ədviyyat istifadə edilməməlidir. Az duzdan istifadə etmək olar.
XƏBƏR LENTİ
Ud hindi meyvəsinin faydaları
Bu ölkədə hər gün 2 min qız öldürülür
Azərbaycanda daha 131 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Bağırsaqlarınızda problem olduğunu göstərən 5 hal
Rus dili dərs-2
Bu qadına “Ukrayna Qəhrəmanı” adı verildi
Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb
Nikah yaşının qaldırılması lazımdırmı?
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Gözəl formalı tortlar
Geyimləri köhnəlməkdən qoruyan tövsiyələr
Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edildi - VİDEO
Bakıda yağış gözlənilir
Avropanın ən qədim oxu zalı
TƏBİB koronavirusla bağlı bu günə olan vəziyyəti açıqlayıb
"Milan Expo 2015" ölkəmizin pavilyonunun qurulacağı sahə Azərbaycan tərəfinə təqdim edilib
Bülent Ersoy fanatını vurdu-VİDEO
Azərbaycanlılar Türkiyənin daşınmaz əmlak bazarında beşincidir
Pensiyalar artırılacaq – RƏSMİ
Gəlin birləşək
Bağ evləri
Balımızı acı edən nədir?
Zərərsiz kontakt linzaları yaradılıb
Neslihan və Kadir Doğulu karantindən FOTO paylaşdılar
Aslı Enver seriala görə məhkəməyə çıxdı-FOTO
Xoşagəlməz xatirələri beyindən silmək olacaq
Aytən Cavanşirin tərcüməsində “Tikanlıqda şərqi deyənlər” - FOTOLAR
Hamiləlik zamanı qrip
Mütəxəssislər: Bu oyuncaqlar uşaqlar üçün ZİYANLIDIR
Avtomobillərin texniki baxışında yeniliklər
Azərbaycan Qəbələ RLS-i tam şəkildə Rusiyadan təhvil aldı
Timati sevgilisindən ayrıldı
Adriana Lima həyatını dəyişdirir - FOTO
Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi
Qadınlar haqqında deyilmiş aforizmlər(2)
Tutuquşu sahibini ölümdən xilas etdi - VİDEO
Acun Murat Bozun SİRRİNİ AÇDI
Azərbaycan - doğma yurdum
Qat-qat xəmirli albalılı pirojna (foto resept)
Selulitlərinizdən bu qarışımla xilas olun
Qeydiyyatdan keçməyən abituriyentlərə şad xəbər
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Çiy şorbalar
Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi - Gəlini ilə birlikdə... - VİDEO
DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ
Demet Akalın Bakıda toyda-FOTO
Serial eşqi gerçək oldu - FOTO
Internet Download Manager
Ərikli toplar (video-resept)
Uşağa dərmanı şirniyyat adı ilə vermək doğru deyil
- ŞƏRHLƏR