Əziz xanımlar,Vüsalə(Nusulu) adlı Qadın.net istifadəçisi təzəlikcə hamilə qalıb.Bu həftədən başlayaraq,onun hamiləliyini axıra kimi izləmə şansımız olacaq.Bu həm Vüsalənin özü üçün,həm də hamilə xanımlarımız üçün faydalıdır.Ayrıca,Vüsalə hamilə qalma sevincini bizimlə bölüşməyə razı olduğu üçün ona xüsusi təşəkkürlər!
Vüsalənin söylədikləri
Yeni ailə qurmuşam.Toydan sonra hamilə qaldım.Amma bir qədər sonra açılış oldu.Bu ilin fevralın 9-da son aybaşı olub.Sonra 5 gün gecikmə oldu.Test alıb yoxladım,pozitiv çıxdı.İki qırmızı xətt yarandı.Ancaq xəttin ikincisi hələ açıq qırmızıdır.Hamilə olduğumu hiss edirəm.Axıntılarım çoxalıb.Ürəkbulanmam var.
Bu həftə Vüsalədə nə kimi dəyişikliklər olacaq?
Vüsalə,bəli,artıq hamiləsiniz!Bu həftənin sonunda bütün dünyaya ana olacağınızı elan edə bilərsiniz.Aybaşı olacağınız halda gecikdi.Hamiləlik testi alıb yoxlayarkən,neqativ də çıxa bilər.Ultrasəs müayinəsində hələ hamiləlik kisəsini görmək mümkün deyil.Amma qan testində 100%-ə qədər hamiləliyiniz isbat oluna bilər.
Hamiləliyin ilk əlaməti gecikən aybaşıdır.Bulantı hissi,sabah halsızlığı,qusma isə digər əlamətlərdir.Tez-tez və az-az yemək,səhər qalxmamışdan əvvəl nəsə bir şey yemək bu halsızlıqları aradan götürə bilər.
Bu həftə nə etməlisiniz?
Bundan başqa,duzlu qidalardan və hər cür iyli maddələrdən uzaq durmalısınız.Ümumiyyətlə,bu cür problemlər birinci trimestrinin bitməsi ilə bərabər itir.Ancaq bulantı və qusma ilə bərabər sidiyin rəngində tündləşmə olduqda,mütləq həkimə getməlisiniz.Yorğunluq ola bilər,dincəlməlisiniz.Bundan başqa,bəzi qidalara və dadlara qarşı istək hiss oluna bilər.Yorğunluq,mədənizdə yanma,döşlərinizdəki gərginlik və bulantılarla birlikdə körpəniz artıq mən burdayam deməyə başlayır.Ana hələ çox da dəyişiklik hiss etməsə də,maye ilə dolan döl kisəsi yaranmağa,buraya oksigen daşınmağa başlanılmışdır.Bu dövrdə bəzi ana namizədlərində qanama görünə bilər.Bu qanama yüngül bir ləkə kimi ola bilər.Qanamanın səbəbi embrion yerləşərkən kiçik kapilyarların çatlaması və ortaya çıxan qanın boşalmasıdır.Buna görə də ağır əşyalar qaldırmaq olmaz,çox gəzmək,cinsi əlaqədə olmaq olmaz.Çünki,sizdə artıq açılış olub.İkinci dəfə özünüzü qorumalısınız.Bu gündən etibarən həkimin göstərişi olmadan heç bir halda dərman və ot çaylarından istifadə etmək olmaz!
Gələcək körpəmiz nə boydadır,nə edir orda?
Körpə ana rəhmində bir maye içində inkişaf edər. Bu maye körpənin rahat hərəkət etməsinə köməklik edər, ola biləcək zərbələrdən qoruyar və körpənin ağciyərlərinin, həzm sisteminin və digər orqanının sağlam inkişafında rol oynayar.
Körpəmiz hələ 3 hissədən ibarətdir.Embrion deyilən bu hissə təxminən 150 hüceyrədən ibarətdir.Böyüklüyü 0,35-1 mm qədərdir. İnkişaf edən körpə namizədi artıq sizdən vitamin, folid turşusu, zülal, kalsium, dəmir və s. gözləməkdədir. Xüsusilə, hamilə qalmadan bir neçə ay əvvəlindən etibarən gündə 400 mikrogam folid turşusu qəbul etməyə başlamalı idiniz.
Bu da körpəmizin ilk şəkli.
XƏBƏR LENTİ
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Uşaqların sosial-psixoloji inkişafı-25
Zamiq: "Bu il evlənəcəm"
28 May Respublika Günü
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
Ukraynada nə baş verir: inqilab, yoxsa çevriliş?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Barak Obama kəskin tənqid edildi
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Bu il körpələrə ən çox qoyulan adlar məlum olub
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”
Azərbaycanda təhlükəli epidemiya
Ciyərli rulet (foto resept)
"Apple" elastik noutbuklar istehsal edəcək
Qatıqla arıqlayın
DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə müraciət
qeyri adi ayaqqabilar
Nişan paltarları
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Bayramda 9 gün evdə qalacağıq
Bu tapıntı alimləri heyran qoydu
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Fahriye hələ də xəstəxanadadır-FOTO
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
Avropaya çatdıq?
Xoşbəxtliyin formulu.
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Cardi B Siyasətçi olmağa hazırlaşır
Keçibuynuzu
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Facebook-un qorxulu sirri açıldı
Toyuq kroketlər (foto resept)
Nar mürəbbəsi
Sabah bu yollar bağlanır
Bakıda dördəm doğuldu
İmtahanların vaxtı bilindi
Instagram-da Direct bağlanacaq
Buğda salatı (foto-resept)
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Kimlər sürücülük vəsiqəsi ala bilərlər?
"Bu insanın ixtiyarında deyil, amma..."
"Hercai"nin aktyorlarına reklam təklifi gəldi
- ŞƏRHLƏR