Qayğılarınız ikiqat artdığından özünüzə qulluq etməyə vaxtınız çatmır ?
Bu, bəhanədir .Əslində, gözəllik qurban yox, qulluq tələb edir və onun qayğısına vaxtında qalmasanız ,sonra gec ola bilər !
İpək kimi hamar dəri:
Hamiləlik zamanı hormonal dəyişikliklərlə əlaqədar dəriniz quruyub qabıq verə bilər .Ən əsası onu intensiv şəkildə nəmləndirmək və qidalandırmaqdır .Barmaqlarınızın ucuna bir az krem çəkin və barmaqlarınızla sifət və boynunuzu yavaşca masaj edərək kremin dərinizə hopmasını gözləyin .Ağız və göz nahiyəsini dairəvi hərəkətlərlə masaj edin .Kosmetik maskalar barədə də unutmayın .Bundan əlavə ,süzgəcdən keçirilmiş xiyar ,əzilmiş banan ,bir qaşıq kəsmik və xama qarışığını sifətinizə 10-15 dəqiqəlik çəksəniz ,dəriniz çox təravətli görünəcək .Pilinq əvəzinə kivi qabığı və ya yulafdan istifadə edin .Bir çay qaşığı yulafın üzərinə bir stəkan qaynar su tökün və yarım saat saxlayın.Yulaf şişdikdən sonra alınan kütlə ilə sifətinizi silin və soyuq su ilə yaxalayın .Proseduradan sonra nəmləndirici krem çəkin .
Çapıqlara qarşı öncədən tədbir görün:
Çapıqların əmələ gəlməsinin qarşısını vaxtında alın ,çünki sonradan onları yalnız bahalı kosmetik vasitələrlə uzunmüddətli müalicə (məsələn : mezoterapiya ) və ya cərrahiyyə əməliyyatı vasitəsilə aradan qaldırmaq mümkün olacaq .Hamiləliyin üçüncü ayından başlayaraq çapıq əleyhinə xüsusi gel ,krem və yağların köməkliyi ilə bu xoşagəlməzliyin qarşısını alın .Bundan ötrü "Vichy"nin çatlar əleyhinə "Lipidioz"kremindən istifadə etmək daha məqsədəuyğundur.Bu krem dərini qidalandırır ,dartılma hissini ,qabıqverməni ,qaşınmanı və çapöqların əmələgəlmə təhlükəsini azaldır .Kosmetik vasitə elastin və kollagenin sintezini situmullaşdırır və nəticədə dəri daha elastik və möhkəm olur.Bu vasitəni yalnız xüsusi dükanlardan və ya əczaxanalardan əldə edin .Təbii ki,ətir yağları və masajı da yaddan çıxarmayın . Üç damcı lavanda yağını bir çay qaşığı buğda yağı ilə qarışdırın və alınan kütlənin bir hissəsini ovucunuza töküb saatın əqrəbi istiqamətində masaj edərək qarın nahiyəsinə çəkin.Müntəzəm olaraq kontrastlı duş qəbul edin,duşdan sonra qarnınızı yumuşaq dəsmalla silin.Bu proseduralardan sonra problemli hissələri zeytun yağı ilə nəmləndirərək masaj etmək olar.Ölçüləriniz böyüməyə başlayanda pulunuza qənaət etməyin və xüsusi büsthalter və bandaj alın, bunların çapıqların əmələ gəlməsinin qarşısını alır. Təbii ki,həkim məsləhəti ilə .
Bədəninizə qulluq edin:
Çox vaxt 2-3 ay ərzində dəridə çillər əmələ gəlməyə başlayır.Əksər hallarda uşaq doğulandan 3-4 ay sonra onlar yox olur,amma buna heç kim təminat verə bilməz.Çillər orqanizimdə baş verən hormonal partlayışın nəticəsidir və qarşısını tamamilə almaq mümkün deyil.Günəş şualarından uzaq olun -ultrabənövşəyi şüalar piqment ləkələrini çoxalmasına səbəb olur.Hava tutqun olsa belə,bayıra çıxmazdan əvvəl ultrabənövşəyi şüalardan qoruyan kirşan və dodaq boyasından istifadə edin .Ümumiyyətlə ,piqment ləkələrin qarşısını alan kosmetik vasitələr əldə edin .Dərini cəfəri suyundan hazırlanmış buz parçaları ilə ağartmaq olar .Bir xörək qaşığı təzə və ya qurudulmuş cəfərinin üzərinə bir stəkan qaynar su tökün və 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.Bəzən hamiləlik dövründə tər vəzilərinin fəaliyyəti artır (yenədə hormonal dəyişikliklərlə əlaqədar) .Həddindən artöq tərləyirsinizsə ,sizə palıd ağacının kökündən hazırlanmış məhlul kömək edəcək .Palıd kökündən hazırlanmış 100 qr tozun üzərinə 1 litr su tökün ,qaynadın və soyudandan sonra 30 dəqiqə saxlayın .Hazırlanmış məhlulla problemli əraziləri gündə 2 dəfə silin .Ayaqlar tərləyəndə qatırquyruğundan (2 xörək qaşığı otu 3 litr su ilə qaynadın və 30 dəqiqə ərzində soyudun və ayaqlarınızı vanna edin ) hazırlanmış məhlul kömək edəcək .
Saçlarınızı parıldadın:
Saçlarınızı yumazdan əvvəl onları iridişli daraqla darayın .Yağlı saçları tez-tez yumaq məsləhət görülür.Amma quru saçları yumazdan əvvəl onları yumurta sarısı ilə zeytun yağının qarışığını çəkin.Şampun seçərkən tərkibindəki bitki cövhərlərinə (gicitkən ,adaçayı,toz ağacı,aloye,qatırquyruğu )və vitaminlərə diqqət yetirin .Saçlarınızı yuduqdan sonra onları yarım limonun şirəsi qatılmış bir litr qaynamış su ilə yaxalayın .Bu ,saçların sturukturunu bərpa edir .Qan dövranını yaxşılaşdırmaq və saçların uzanma prosesini tezləşdirməkdən ötrü həftədə bir dəfə saçlarınızın dibini masaj edin.Barmaqlarınızı saçlarınızın dibinə sıxın ,başınızı bir az aşağı əyin ,barmaqlarınızla 10-15 dəfə dairəvi hərəkətlərlə bir hissədən digər hissəyə keçərək saçlarınızın dibini masaj edin .Həftədə bir dəfə saçlarınızı müxtəlif bitkilərdən hazırlanmış lasyonlarla yuyaraq canlandırın:bir stəkan qurudulmuş gicitkən yarpaqlarının üzərinə bir litr qaynar su tökün.Məhlul 4-6 saat qaldıqdan sonra saçlarınızı onunla yuyun .
Gözətrafı dəriyə qulluq edin:
Hamiləlik dövründə çox vaxt göz ətrafında qara kölgələr və şişkinlik əmələ gəlir .Bu,əksər hallarda qara ciyər və ya böyrək xəstəlikləri nəticəsində baş verir .Bəzən piment ləkələr məhz bu hissədə əmələ gəlir.Bunun qarşısını almaqdan ötrü gözətrafı dəriyə kartof və cəfəridən hazırlanmış maskalar çəkin.Təmizlənmiş kartofu süzgəcdən keçirin ,püre halına salınmış 2 xörək qaşığı kartofu 10-15 dəqiqəlik gözlərinizin üstünə qoyun .Maskanı götürdükdən sonra həmin nahiyəyə tərkibində A və E vitaminləri olan krem çəkin .15-20 dəqiqən sonra çayda isladılmış pambıqla kremin qalıqlarını təmizləyin.Maskanı gündə iki dəfə səhər və axşam çəkin.Gözlərinizi uzaqdakı bir nöqtəyə zilləyin (yaşıl rəngə baxsanız lap yaxşı olar ) ,sonra qəfildən yaxınlıqdakı bir əşyaya baxın.Bunu gündə 3-4 dəfə təkrar edin .Gözlərinizi vaxtaşırı məşq etdikdən sonra göz qapaqlarını otlardan hazırlanmış bitki məhlulları ilə silin.Bundan ötrü çobanyastığı ,şüyüd və nanəni qarışdırın(1 xörək qaşığı bitkiyə bir stəkan qaynar su tökün ,15-20 dəqiqə saxlayın).Pambığı alınmış məhlulda isladın və göz qapaqlarının üstünə 20 dəqiqəlik qoyun .
Allahdan bütün xanımlara ana olmağı arzulayıram . Əziz qadınlar, hər zaman gözəl və baxımlı olun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Kibrit qurabiyələr (foto resept)
Mıhlama-Türk mətbəxi (foto resept)
4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO
Ən böyük virtual "reallıq parkı" açıldı-VİDEO
Bu qədər insan yoxsulluqdan xilas olub
Gözəllik üçün praktik məsləhətlər
Günün ulduz falı
Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq
Kartof dolması (foto resept)
İlham Əliyev Ərdoğanın şərəfinə ziyafət verib
Mayli Sayrus onunla bir evə köçdü
HAVA necə olacaq?-8 dekabr
Tərəvəzli süd şorbası(foto resept)
Ziyafət geyimləri
"Kuskus" salatı (foto-resept)
Şəhzadədən maraqlı açıqlama: "Övladlarım homoseksual olsa..."
Düşmən gecə saatlarında qəbiristanlıqları hədəfə alıb - VİDEO
Ərdoğan Bakıdan İrəvana mesaj verdi
Dinləmək o qədər də asan deyil
Marallar yolu bağladı
Dünyanın ən gözəl qızı
Saç uzunluğunuz xarakterinizi ələ verir
İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər
2021-ci il üzrə təhsil üzrə ayrılan xərclərin təyinatı məlum oldu
Milyarder qadının "ucuz" geyimi QALMAQAL yaratdı-FOTO
Şükrün 3 mərtəbəsi
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Popkorn faydalıdır?
Ərdoğan: “Türkiyənin sülh danışıqlarında iştirak etmək hüququ var” - VİDEO
Sürücülərin diqqətinə! Parkomatların ilk 15 dəqiqəsi pulsuzdur
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Qızıl 4 dollardan çox bahalaşıb
Sebi Bebidən gözəllik tövsiyələri
"Su damlası" effektinin hazırlanması
Office for iPad - nə qədər?
Enerjinizin azalmağına səbəb olan 5 qida!
Rəngarəng divar rəsmləri
Günün ulduz falı - 01.02.2014
Leyla Əliyevanın qızı futbol meydançasında
Rənglərin həyatımızda rolu
Mayli Sayrus geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Qəhvə içmək ölüm riskini azaldır
Qovun dolması (foto-resept)
"Snikers" tortu(foto resept)
Bu aydan hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları ərazilərdə göstəriləcək
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Yığıncaq toppuzu necə hazırlanır?
Azərbaycan tarixindən yüz şəxsiyyət-1
İlk görüşdə bədən dili
- ŞƏRHLƏR