Qəbul edək ki, biz kişilər üçün dəriyə qulluq səhər oyananda və ya çirkləndikdə üzün yuyulmasından ibarətdir. Əslində isə dərimizin cavan qalmasını və gec qocalmasını istəyiriksə, vaxtaşırı olaraq dəriyə qulluq vasitələrindən istifadə etməyimiz mütləqdir. Bu vasitələrin sırasında müxtəlif tərkibli dəriyə qulluq maskalarının adlarını çəkə bilərik.
Bildiyimiz kimi üz dərisi çox həssasdır və yanlış maskalar onu çox qısa müddətdə zədələyə bilər. Buna görə də dəriniz üçün maska hazırlayarkən və ya hazır maskalardan istifadə edərkən onun tərkibinə qarşı xüsusilə diqqətli olun. İndi sizinlə bir neçə dəriyə qulluq maskasının reseptini bölüşmək istəyirik.
Yağlı dəri üçün üz maskası
Orta ölçülü bir kartofu iki yerə bölün. Onu sürtgəcdən keçirib gözünüzün ətrafı istisna olmaqla suyunu pambıqla üzünüzə sürtün. Təxminən on dəqiqə kimi üzünüzdə saxlayın, daha sonra yuyub qurulayın. Bu maska üzünüzdəki yağ mübadiləsini tənzimləyəcək.
Üzünüzdəki yağı azaltmaq üçün isə yulaf əzməsindən istifadə edə bilərsiniz. Bunun üçün 3 yemək qaşığı yulaf əzməsi və 3 yemək qaşığı isti suyu qarışdırın. Maska çox sulu olsa, ona təxminən bir qaşıq da yulaf əzməsi tökün. Hazırladığınız bu maskanı üzünüzə çəkin, 10 15 dəqiqə kimi saxladıqdan sonra ovalayaraq üzünüzdən çıxarın. Sonda isə üzünüzü yuyub, qurulayın.
Quru dəri üçün maska
Əgər dəriniz qurudursa, bu zaman sizə zeytun yağı, e vitamini və bal ilə üz maskası hazırlamağı təklif edirik. Bal dərini təmizləyir. Zeytun yağı sürətli formada dəri laylarına nüfuz edərək onu nəmləndirir. E vitamini isə dərinin elastikliyini artırır.
Maska üçün bir yemək qaşığı zeytun yağı və balı qarışdırıb onun üzərinə bir kapsula e vitamini əlavə edin. Bu maskanı dəriyə sürtməzdən əvvəl onu qızdırsanız, dərinizə daha sürətli formada təsir göstərər. Buna görə də daha yaxşı olar ki, maskanı dərinizə tətbiq etməzdən əvvəl onu qızdırasınız. Maskanı üzünüzə çəkdikdən sonra 10-15 dəqiqə kimi gözləyin. Bu müddətdən sonra üzünüzü ilıq su ilə yuyub qurulayın.
Normal dəri üçün maska
Bir yemək qaşığı yulaf əzməsini qabın içinə tökün. Üzərinə 1 yemək qaşığı su əlavə edin. Digər qabda 1 yumurta ağı və 1 çay qaşığı zeytun yağını qarışdırın. Daha sonra onların hamısını eyni qaba töküb yaxşıca qarışdırın. Əldə etdiyiniz maskanı üzünüzə tətbiq edin, 10 15 dəqiqə kimi gözlədikdən sonra üzünüzü yuya bilərsiniz.
Bu qədər, əziz kişilər. Gördüyünüz kimi bu maskaların hazırlanması o qədər də uzun vaxt tələb etmir. Unutmayın ki, qarşı tərəfin gözündə cazibədar görünmək üçün onlar qədər olmasa da, biz də xarici görünüşümüzə diqqət etməliyik.
XƏBƏR LENTİ
Qaralan qoltuq altı üçün nə etməli?
"Facebook" istifadəçilərinin sayı 1 milyarda çatıb
Kəsmikli kətə(foto resept)
"Rusiya Qarabağa ordu yeridəcək"
Bu il təhsildə nələr olacaq?
Türkiyə yenə silkələndi
"Uşaq hüquqları haqqında" Qanuna dəyişikliklər edildi
İsti havada məşqlərə diqqət
Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi
Ruhlarla danışmaq üçün qurğu
Əsl donuz faciəsi
QATIQ, AYRAN VƏ SÜZMƏ HAQQINDA
Ev dekorasiyası haqda fikirlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Televiziya və radio yayımçılarına zərbə
Hande Ataizi yenidən ana olmaq istəyir-FOTO
"Düşbərə" (foto-resept)
Zakir Həsənov ön cəbhədə zabitləri topladı, göstərişlər verdi
Huawei Avropada genişlənmək istəyir
Pike Etirafı ilə Gündəmdədir
Instagram-da yeni funksiya istifadəyə verildi
Bayram şapkası (özün düzəlt)
Günün qoroskopu: Yaxınlarınıza dəyər verin
Azərbaycanda yeni dərman vasitəsi ixtira olundu
Sürücülərə xəbərdarlıq edildi
2019-da sərvətlərinə sərvət qatan milyarderlər
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
Şirniyyat yeyərək arıqlamağın sirri
Tünzalə SUYUN ALTINDA klip çəkdirən tələbəsinə DƏSTƏK OLDU – FOTO/VİDEO
Məşhur aktyora 17 illik həbs cəzası
İncə ayaqlara sahib olmaq üçün məşq
Rihanna ilə milyarder sevgilisindən qeyri-adi istirahət
Boris Conson 6-cı dəfə ata olacaq-FOTO
“Survivor”2020-in ən maraqlı kadrları-FOTO
Təhsil Nazirliyindən məktəbli forması ilə bağlı tövsiyə
Facebook-a daxil olmaq üçün selfi istənilə bilər
Kösəm sultan
2018-in gəlin saç düzümləri
Gəlin namizədləri üçün çiçəklər
Dərisi gözəl olan qadının…
Əməkdar artistin yeni imici-VİDEO/FOTO
Çində "qırmızı" təhlükə
Banklar kredit faizlərini artırdı
Castin Timberleyk xəstə uşaqları ziyarət etdi
Dünyanın ən çox arzulanan qadınlarının yeni siyahısı
Acun İlıcalı
Bahar yorğunluğundan necə qurtulmalı?
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Vitaminli xörəklər - 5
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
- ŞƏRHLƏR