Qadin.NET / Hamiləlikdə özünə qulluq

Hamiləlikdə özünə qulluq

 Qayğılarınız ikiqat artdığından özünüzə qulluq etməyə vaxtınız çatmır ?

Bu, bəhanədir .Əslində, gözəllik qurban yox, qulluq tələb edir və onun qayğısına vaxtında qalmasanız ,sonra gec ola bilər !

Hamiləlikdə özünə qulluq

İpək kimi hamar dəri: 

Hamiləlik zamanı hormonal dəyişikliklərlə əlaqədar dəriniz quruyub qabıq verə bilər .Ən əsası onu intensiv şəkildə nəmləndirmək və qidalandırmaqdır .Barmaqlarınızın ucuna bir az krem çəkin və barmaqlarınızla sifət və boynunuzu yavaşca masaj edərək kremin dərinizə hopmasını gözləyin .Ağız və göz nahiyəsini dairəvi hərəkətlərlə masaj edin .Kosmetik maskalar barədə də unutmayın .Bundan əlavə ,süzgəcdən keçirilmiş xiyar ,əzilmiş banan ,bir qaşıq kəsmik və xama qarışığını sifətinizə 10-15 dəqiqəlik çəksəniz ,dəriniz çox təravətli görünəcək .Pilinq əvəzinə kivi qabığı və ya yulafdan istifadə edin .Bir çay qaşığı yulafın üzərinə bir stəkan qaynar su tökün və yarım saat saxlayın.Yulaf şişdikdən sonra alınan kütlə ilə sifətinizi silin və soyuq su ilə yaxalayın .Proseduradan sonra nəmləndirici krem çəkin .

Çapıqlara qarşı öncədən tədbir görün

Çapıqların əmələ gəlməsinin qarşısını vaxtında alın ,çünki sonradan onları yalnız bahalı kosmetik vasitələrlə uzunmüddətli müalicə (məsələn : mezoterapiya ) və ya cərrahiyyə əməliyyatı  vasitəsilə aradan qaldırmaq mümkün olacaq .Hamiləliyin üçüncü ayından başlayaraq çapıq əleyhinə xüsusi gel ,krem və yağların köməkliyi ilə bu xoşagəlməzliyin qarşısını alın .Bundan ötrü "Vichy"nin çatlar əleyhinə "Lipidioz"kremindən istifadə etmək daha məqsədəuyğundur.Bu krem dərini qidalandırır ,dartılma hissini ,qabıqverməni ,qaşınmanı və çapöqların əmələgəlmə təhlükəsini azaldır .Kosmetik vasitə elastin və kollagenin sintezini situmullaşdırır və nəticədə dəri daha elastik və möhkəm olur.Bu vasitəni yalnız xüsusi dükanlardan və ya əczaxanalardan əldə edin .Təbii ki,ətir yağları və masajı da yaddan çıxarmayın . Üç damcı lavanda yağını bir çay qaşığı buğda yağı ilə qarışdırın və alınan kütlənin bir hissəsini ovucunuza töküb saatın əqrəbi istiqamətində masaj edərək qarın nahiyəsinə çəkin.Müntəzəm olaraq kontrastlı duş qəbul edin,duşdan sonra qarnınızı yumuşaq dəsmalla silin.Bu proseduralardan sonra problemli hissələri zeytun yağı ilə nəmləndirərək masaj etmək olar.Ölçüləriniz böyüməyə başlayanda pulunuza qənaət etməyin və xüsusi büsthalter və bandaj alın, bunların çapıqların əmələ gəlməsinin qarşısını alır. Təbii ki,həkim məsləhəti ilə . 

 Hamiləlikdə özünə qulluq

Bədəninizə qulluq edin: 

Çox vaxt 2-3 ay ərzində dəridə çillər əmələ gəlməyə başlayır.Əksər hallarda uşaq doğulandan 3-4 ay sonra onlar yox olur,amma buna heç kim təminat verə bilməz.Çillər orqanizimdə baş verən hormonal partlayışın nəticəsidir  və qarşısını tamamilə almaq mümkün deyil.Günəş şualarından uzaq olun -ultrabənövşəyi şüalar piqment ləkələrini çoxalmasına səbəb olur.Hava tutqun olsa belə,bayıra çıxmazdan əvvəl ultrabənövşəyi şüalardan qoruyan kirşan və dodaq boyasından istifadə edin .Ümumiyyətlə ,piqment ləkələrin qarşısını alan kosmetik vasitələr əldə edin .Dərini cəfəri suyundan hazırlanmış buz parçaları ilə ağartmaq olar .Bir xörək qaşığı təzə və ya qurudulmuş cəfərinin üzərinə bir stəkan qaynar su tökün və 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.Bəzən hamiləlik dövründə tər vəzilərinin fəaliyyəti artır (yenədə hormonal dəyişikliklərlə əlaqədar) .Həddindən artöq tərləyirsinizsə ,sizə palıd ağacının kökündən hazırlanmış məhlul kömək edəcək .Palıd kökündən hazırlanmış 100 qr tozun üzərinə 1 litr su tökün ,qaynadın və soyudandan sonra 30 dəqiqə saxlayın .Hazırlanmış məhlulla problemli əraziləri gündə 2 dəfə silin .Ayaqlar tərləyəndə qatırquyruğundan (2 xörək qaşığı otu 3 litr su ilə qaynadın və 30 dəqiqə ərzində soyudun  və ayaqlarınızı vanna edin ) hazırlanmış məhlul kömək edəcək .

Hamiləlikdə özünə qulluq

Saçlarınızı parıldadın: 

Saçlarınızı yumazdan əvvəl onları iridişli daraqla darayın .Yağlı saçları tez-tez yumaq məsləhət görülür.Amma quru saçları yumazdan əvvəl onları yumurta sarısı ilə zeytun yağının qarışığını çəkin.Şampun seçərkən tərkibindəki bitki cövhərlərinə (gicitkən ,adaçayı,toz ağacı,aloye,qatırquyruğu )və vitaminlərə diqqət yetirin .Saçlarınızı yuduqdan sonra onları yarım limonun şirəsi qatılmış bir litr qaynamış su ilə yaxalayın .Bu ,saçların sturukturunu bərpa edir .Qan dövranını yaxşılaşdırmaq və saçların uzanma prosesini tezləşdirməkdən ötrü həftədə bir dəfə saçlarınızın dibini masaj edin.Barmaqlarınızı saçlarınızın dibinə sıxın ,başınızı bir az aşağı əyin ,barmaqlarınızla 10-15 dəfə dairəvi hərəkətlərlə bir hissədən digər hissəyə keçərək saçlarınızın dibini masaj edin .Həftədə bir dəfə saçlarınızı müxtəlif bitkilərdən hazırlanmış lasyonlarla yuyaraq canlandırın:bir stəkan qurudulmuş gicitkən yarpaqlarının üzərinə bir litr qaynar su tökün.Məhlul 4-6 saat qaldıqdan sonra saçlarınızı onunla yuyun . 

Gözətrafı dəriyə qulluq edin: 

Hamiləlik dövründə çox vaxt göz ətrafında qara kölgələr və şişkinlik əmələ gəlir .Bu,əksər hallarda qara ciyər və ya böyrək xəstəlikləri nəticəsində baş verir .Bəzən piment ləkələr məhz bu hissədə əmələ gəlir.Bunun qarşısını almaqdan ötrü gözətrafı dəriyə kartof və cəfəridən hazırlanmış maskalar çəkin.Təmizlənmiş kartofu süzgəcdən keçirin ,püre halına salınmış 2 xörək qaşığı kartofu 10-15 dəqiqəlik gözlərinizin üstünə qoyun .Maskanı götürdükdən sonra həmin nahiyəyə tərkibində A və E vitaminləri olan krem çəkin .15-20 dəqiqən sonra çayda isladılmış pambıqla kremin qalıqlarını təmizləyin.Maskanı gündə iki dəfə səhər və axşam çəkin.Gözlərinizi uzaqdakı bir nöqtəyə zilləyin (yaşıl rəngə baxsanız lap yaxşı olar ) ,sonra qəfildən yaxınlıqdakı bir əşyaya baxın.Bunu gündə 3-4 dəfə təkrar edin .Gözlərinizi vaxtaşırı məşq etdikdən sonra göz qapaqlarını otlardan hazırlanmış bitki məhlulları ilə silin.Bundan ötrü çobanyastığı ,şüyüd və nanəni qarışdırın(1 xörək qaşığı bitkiyə bir stəkan qaynar su tökün ,15-20 dəqiqə saxlayın).Pambığı alınmış məhlulda isladın və göz qapaqlarının üstünə 20 dəqiqəlik qoyun .

Hamiləlikdə özünə qulluq

Allahdan bütün xanımlara ana olmağı arzulayıram . Əziz qadınlar, hər zaman gözəl və baxımlı olun. 

12 dekabr 2012
GO BACK