Körpənin ana bətnində tərpənişləri nə zaman və necə hiss edilməlidir?
Dölün bətndə hərəkət etməsi artıq 7-ci həftədən başlayır. Lakin ana bu hərəkətləri daha sonrakı zamanlarda hiss edə bilir. Bu o zaman baş verir ki, döl artıq böyüyür və uşaqlıq divarına toxunduqca hiss edilir. Körpənin hərəkətləri onun normal inkişaf etdiyinin ilk göstəricilərindəndir. Gün ərzində müşahidə edilən aktiv hərəkət körpənin normal vəziyyətindən xəbər verir. Ancaq dölün 12 saat ərzində tərpənməməsi artıq həyəcanlı hal hesab edilir.
Körpə hansı tezliklə hərəkət etməlidr?
18-20-ci həftələrdə uşağın hərəkət etməsini ola bilsin ki, qadın hər gün hiss etməsin. Ancaq 30-cu həftədən sonra gün ərzində hərəkətlər çox sayda hiss edilməlidir. Körpə bir neçə vaxt sakit vəziyyətdə qala bilər. Daha sonra yenidən hərəkətlər aktivləşə bilər. 32-ci həftdən doğuşa qədər zamanda hərəkətlər azala bilər. Lakin bu zaman intensivlik artır. III trimestrdə qadına körpənin hərəkətlərini nəarət etmək məsləhət görülür. Adətən bu hərəkətlər gün ərzində 10 dəfədən az olmamalıdır.
Hansı daha yaxşıdır - tez-tez hərəkət və ya nadir hərəkət?
Adətən deyilir ki, həddən artıq aktiv tərpənişlər hipoksiya (oksigen çatışmazlığı) əlaməti hesab edilir. Lakin mütəxəssislər bunu qəbul etmir. Körpənin 30-cu həftədən sonra gün ərzində 10 dəfədən az və zəif hərəkət etməsi təhlükəli hesab edilə bilər. Bu cür hal baş verərsə mütləq həkim müayinəsinə getmək lazımdır.
Körpənin tərpənişlərini qadın hansı dövrdə hiss etməlidir?
Orta statistikaya görə əksər qadınlar ilk hamiləlikdə bu hərəkətləri 20-ci həftədən hiss etməyə başlayır.Təkrar hamiləliyi olan qadınlarda isə daha erkən – 18-ci həftədən hiss etmək mümkündür. Tərpənişləri hiss etmə individual xarakter daşıyır. Bu qadının həssaslığından və bədən quruluşundan asılı ola bilər. (arıq xanımlar bunu daha tez-hətta 13-14-cü həftədə də hiss edə bilər, kök xanımlar isə 20-ci həftədən sonra)
Dölün tərpənişləri nəyə bənzəyir?
Hərəkətlər yüngül təpiklər və ya fırlanmalar kimi hiss edilə bilər. Sanki qarının içərisində nə isə fırlanır. Körpənin ilk tərpənişi yüngül qıdıqlanma kimi və ya bağırsaqlarda olan qaz kimi hiss edilə bilər. Körpənin tərpənişlərini zamanla daha aydın hiss etmək mümkün olur. Hətta kənardan baxdıqda körpənin ayağının təzyiqi ilə qarın divarının qabardığını da görmək mümkündür. III trimestrdə bəzən hərəkətlər ritmik sıçrayışlar kimi müşahidə edilir-bu zaman körpə ana bətnində hıçqırır.
Bütün hamilə olan “Qadın-net”lilərə rahat və sağlam doğuş arzulayıram!!!
XƏBƏR LENTİ
"Rüzgar gülü"pizza (foto resept)
Hamilə qadınlar hansı çaydan içməlidirlər?
Ən çox yayılmış burun tipləri
Dəbdə olan kəmərlər
WhatsApp-da yeni yasaq
Köhnə kitablar üzərində rəsm əsəri
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Pensiyalar haqqında yeni QANUN
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Bakıda evlərin bahalaşmasının səbəbləri
“Mucize Doktor”da yeni aktyor - FOTO
Yay fəslində hansı rənglər dəbdədir?
Adınıza saxta profil yaradılıbsa...
İlk iş gününün hava proqnozu
Gözəlliyə kölgə salan vərdişlər
Serdar Ortaçın xanımı 1 FOTOdan 30 min qazanır
Dünyanın ən böyük ağac evi
Ruhunuzun rəngi hansıdır?
Nişan üzükləri
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Leyla Əliyeva YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi ilə tanış olub
Aşbazların sirləri
Feyxoanın möcüzələri
Körpələrə vurulan peyvəndlər
Günəşdə güclü qasırğa
Günün qoroskopu: bədgümanlığınız varsa, yeni layihəyə başlamayın
Həkimlər bənzəri olmayan hərəkətlə qadını xilas etdilər - FOTO
30 itlə yaşayan qadının həyat hekayəsi
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
Milli Məclis dövlət büdcəsini müzakirə edəcək
Həftənin ilk iş günü yağışlı olacaq
Bakının iki böyük rayonunda qaz problemi olacaq
Bakı küçələrini xüsusi texnika təmizləyəcək
Bir neçə rayonda qaz problemi olacaq
Almaniya haqqında maraqlı faktlar
Mandarinin faydaları
Rus dili dərs-29
Bu adlar yasaqlandı
Sızanaqlardan uzaq olmaq üçün 5 tövsiyə
Cəbhədən ən son xəbər
Messi əməliyyat olunacaq
Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı
“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”
2012-ci ilin ətək modası
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Hava haqqında - 11.01.2014
Günün ulduz falı
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
- ŞƏRHLƏR