
Əziz Xanımlar,uşaqlarınız üçün maraqlı olan bir nağılı sizlərə təqdim edirəm. Ümid edirəm ki,uşaqlarınız çox xoşuna gələcək. Buyurun bu da nağılımız. ![]()
Biri var imiş,biri yox imiş. Bir meşədə Tülkü ilə dovşan yaşayırmış. Bir gün meşədə tülkü ilə dovşan qarşılaşır.
Tülkü:
-Dovşan qardaş,mən yalnız qalmış tülküyəm. Heç kimim yoxdu. Bu böyük meşədə tək başıma
gəzməkdən bezmişəm. Gəl səninlə dost olaq.
Dovşan tülkünün bu təklifini qəbul edir. Meşədə birlikdə gəzməyə,bir yerdə yeyib-içməyə başlayıblar.
Günlər keçir,aylar keçir. Tülkü dovşana pis davranmağa,pis sözlər deməyə başlayır.
Dovşan tülkünün bu sözlərinə artıq dözə bilməyir. Özünü “Kimin əvvəli,kimin axırı”-deməklə sakitləşdirir .
Günlərin bir günü bunlar acır. Nə yeyək,nə yeyək?- deyə düşünərkən,dovşanın ağlına bir fikir gəlir:
-Tülkü qardaş,gəl bir dərəyə gedək balıq tutaq. Bu gün də qarınımızı balıqla doyuzduraq. Tülkü
dovşanın bu təklifini qəbul edir.

Dərəyə çatdıqları zaman tülkü dovşana deyir:
-Bizim balıq tutmaq üçün heç nəyimiz yoxdur axı?
-Sən fikir etmə. Heç nəyə ehtiyacımız yoxdur. Sənin quyruğun var?
-Var.
-Yaxşı. Sən quyruğunu dərəyə sallayacaqsan. Balıqlar sənin quyruğunu yem zənn edib yeməyə çalışacaqlar.
Sən tez quyruğunu sudan çıxardıb,balığı vedrəyə salarsan. Yaxşı?
-Yaxşı-deyə tülkü cavab verir.
Tülkü quyruğunu suya sallayır və gözləməyə başlayır. Bir saat gözləyir,iki saat gözləyir. Aylardan da yanvar ayı idi. Tülkü bir də görür ki, sudan çıxmağına imkan yoxdu. Quyruğu su ilə bərabər buz tutub.
Quyruğunu çəkməyə başlayır. Amma,çıxmır ki,çıxmır. Soyuqdan dişləri bir-birinə dəyərək:
-Aman dovşan qardaş,nə olar məni burdan qurtar.- deyə yalvarır. Dovşan iki addım geriyə çəkilir və deyir:
İndi mənə yalvarmağının bir faydası yoxdu. Sən mənə pis sözlər deyərkən,pis davranarkən bu günün sabahını düşünmədinmi ? Sən məni hər zaman yazıq kimi görürdün,amma bax indi sən acınacaqlı vəziyyətə düşdün. Boş yerə çırpınma. Quyruğunu qopar. Səbr etməyi öyrənməlisən. Bax bir neçə aydan sonra yaz fəsli gələcək. Sənin də quyruğun o zaman çıxar dərədən.- dedi və arxasına baxmadan oradan uzaqlaşdı. Tülkü ilə dovşanın dostluğu da orada bitdi.
(Türk xalq nağılı)
XƏBƏR LENTİ
2020-ci ilin ideal smartfonu açıqlanıb
Hava haqqında
Azərbaycanda "Forma 1" sənədi ləğv edilir
Rayonlara gediş-gəliş bərpa olunsun, dərslər BU QAYDADA keçirilsin - TƏKLİF
Azərbaycan tarixindən yüz şəxsiyyət-59
Ledi Qaqa kökəldi-FOTO
"No Makeup" trendinə qoşulan məşhurlar
Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sınaqları uğurla başa vurmuşuq”
Manat yenə düşdü
Sənədsiz evlərin sənədləşdirilməsi: vətəndaş nə etməli?
Ana-bala eyni geyimdə
Subay qalmaq qorxusu
Estetiksiz FOTOsu yayıldı – hamı heyrət etdi
Hava haqqında - 01.09.2013
Köhnə tankdan 2,5 milyonluq qızıl çıxdı
İzmirdə ardıcıl yeraltı təkanlar baş verib
Uşaq ensiklopediyası(16)
Azərbaycan tarixindən yüz şəxsiyyət-32
Üzdəki məsamələri təmizləyən bal
Aleyna Tilki dondurma reklamında
İşə görə evdən çıxanlarla bağlı - AÇIQLAMA
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Çağla Şikeldən sellülitə qarşı maska
Türkmənistana qara rəngli maşın aparmaq olmaz
Qarın böyüməsinin üç əsas səbəbi
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Ukraynada atəşkəs pozuldu
Hollandiyada incə stilli avtovağzal
Azərbaycana qar yağacaq
Bu qadının qanı Ebolanın dərmanıdır
Sadə qəlyanaltı (foto resept)
2019-da Ən Çox Qazanan Yazıçıların SİYAHISI
TƏBİB “Semaşko” ilə bağlı araşdırma aparır - RƏSMİ
Zeyn Malikin 17 yaşlı bacısı ərə getdi-FOTO
Saat kişinin xasiyyətini büruzə verir
Bakıda 22:00-a kimi qadağa
Facebook-un işçiləri nə qədər maaş alır? – SİYAHI
Ətəkli kostyumlar (1)
Badımcan souslu makaron (video-resept)
Səudiyyə Ərəbistanında qadınlar təyyarə idarə edəcək
Qar yağacaq
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət qurumlarının siyahısı təsdiqlənib
Türkiyə zəlzələnin görüntüləri yayıldı - YENİLƏNİB + VİDEO
Sabahın HAVAsı
Koronavirus xəstələri əlil qala bilərmi?
5 stildə saç yığımı
Pamelanın 12 günlük keçmiş əri yenidən nişanlanıb
Apple App Store yeni rekord vurdu
İrina Şeykin gecə libasları
BÜRCLƏR bizə nə vəd edir?-31 Mart















- ŞƏRHLƏR