Qadin.NET / Tülkü ilə dovşanın nağılı

Tülkü ilə dovşanın nağılı


Əziz Xanımlar,uşaqlarınız üçün maraqlı olan bir nağılı sizlərə təqdim edirəm. Ümid edirəm ki,uşaqlarınız çox xoşuna gələcək. Buyurun bu da nağılımız. smile

 

Biri var imiş,biri yox imiş. Bir meşədə Tülkü ilə dovşan yaşayırmış. Bir gün meşədə tülkü ilə dovşan qarşılaşır.

Tülkü:

-Dovşan qardaş,mən yalnız qalmış tülküyəm. Heç kimim yoxdu.  Bu böyük meşədə tək başıma

gəzməkdən bezmişəm. Gəl səninlə dost olaq.

Dovşan tülkünün bu təklifini qəbul edir. Meşədə birlikdə gəzməyə,bir yerdə yeyib-içməyə başlayıblar.

Günlər keçir,aylar keçir. Tülkü dovşana pis davranmağa,pis sözlər deməyə başlayır.

Dovşan tülkünün bu sözlərinə artıq dözə bilməyir. Özünü “Kimin əvvəli,kimin axırı”-deməklə sakitləşdirir .

Günlərin bir günü bunlar acır. Nə yeyək,nə yeyək?- deyə düşünərkən,dovşanın ağlına bir fikir gəlir:

-Tülkü qardaş,gəl bir dərəyə gedək balıq tutaq. Bu gün də qarınımızı balıqla doyuzduraq. Tülkü

dovşanın bu təklifini qəbul edir.

 

  Dərəyə çatdıqları zaman tülkü dovşana deyir:

-Bizim balıq tutmaq üçün heç nəyimiz yoxdur axı?

-Sən fikir etmə. Heç nəyə ehtiyacımız yoxdur. Sənin quyruğun var?

-Var.

-Yaxşı. Sən quyruğunu dərəyə sallayacaqsan. Balıqlar sənin quyruğunu yem zənn edib yeməyə çalışacaqlar.

Sən tez quyruğunu sudan çıxardıb,balığı vedrəyə salarsan. Yaxşı?

-Yaxşı-deyə tülkü cavab verir.

Tülkü quyruğunu suya sallayır və gözləməyə başlayır. Bir saat gözləyir,iki saat gözləyir. Aylardan da yanvar ayı idi. Tülkü bir də görür ki, sudan çıxmağına imkan yoxdu. Quyruğu su ilə bərabər buz tutub.

Quyruğunu çəkməyə başlayır. Amma,çıxmır ki,çıxmır. Soyuqdan dişləri bir-birinə  dəyərək:

-Aman dovşan qardaş,nə olar məni burdan qurtar.- deyə yalvarır. Dovşan iki addım geriyə çəkilir və deyir:

İndi mənə yalvarmağının bir faydası yoxdu. Sən mənə pis sözlər deyərkən,pis davranarkən bu günün sabahını düşünmədinmi ? Sən məni hər zaman yazıq kimi görürdün,amma bax indi sən acınacaqlı vəziyyətə düşdün. Boş yerə çırpınma. Quyruğunu qopar. Səbr etməyi  öyrənməlisən. Bax bir neçə aydan sonra yaz fəsli gələcək. Sənin də quyruğun o zaman çıxar dərədən.- dedi və arxasına baxmadan oradan uzaqlaşdı. Tülkü ilə dovşanın dostluğu da orada bitdi.

(Türk xalq nağılı)

25 dekabr 2012
GO BACK