Balinalar
Balina balıq deyil:balıqlar qəlsəmələri, balinalar isə ağciyərləri ilə tənəffüs edirlər. Balina suyun dibində çox qala bilsə də, suyun üzünə çıxıb nəfəs almağa məcburdur. Balina nəfəs aldığı zaman ciyərinə çoxlu su buxarı da çəkir. Sonra bu buxar onun burun pərlərindən çıxarkən, soyuyub xırda su damcılarından ibarət fəvvarəyə çevrilir. Bəzən balinadan əvvəl dənizin üzərində fəvvarə görünür.
Balinalar məməli heyvandır, bala doğur. Adətən, balinalar bir iri bala doğur. Bala suyun altında doğulur və uzun müddət anasının çox yağlı (54%-ə qədər yağı olan) südü ilə qidalanır. Balinalar 50 ilə qədər yaşayır. Balinanın südü inək südündən 10 dəfə qidalıdır. Ona görə də balina balaları çox tez böyüyür.
Alimlər bütün balinaları iki yarımdəstəyə ayırırlar: dişsiz (yaxud bığlı) və dişli balinalar. Dişli balinaların ən böyüyü kaşalotdur. Onun uzunluğu 15-20 metrə çatır. Ən sevdiyi yem kalmardır.
Şimal dənizlərində isə başqa dişli balinalar – ağ delfinlər və narvallar yaşayır. Ağ delfinlərin sürüsü sahildə görünəndə onların qeyri-adi nəriltisi eşidilir.
Balinalar hələ qədim zamanlardan ovlanırdı. Balinanın əti, piyi, sümüyü və dərisi müxtəlif məqsədlərlə istifadə edilir. Vəzilərdən dərman hazırlanır. Planetimizin bəzi yerlərində balina qoruqları təşkil edilmişdir.
Balıq ovu
Sanki burda çətin bir iş yoxdur: soxulcanı qarmağa taxdın, tilovu suya saldın, gözlə görüm suyun altında hansı balıq avamlıq edib gəlib tilova düşəcək. Elə hesab edin ki, çay kənarındasınız. Tilovu hərləyirsiniz və...yemlə birgə qarmaq hansısa kolun dibinə düşür, tilov ağacının ucu şappıltı ilə suya dəyir, balıqları qaçırır. Tilovu ehmalca suya salmaq, sahildən 15 addım kənarda qamışlıqda tilov üçün yer tapmaq asan deyil. Bunun üçün xeyli məşq etmək lazımdı.
İdmançı balıq ovçuları arasında yayda tilovla,spinninqlə, qışda lövhəciklə, qarmaq bənd olunmuş xırda qurğuşun parçası ilə balıq tutmaq üzrə müxtəlif yarışlar keçirilir.
Əsl balıq ovçuları təbiəti ürəkdən sevən, ona qayğıkeşliklə yanaşan adamlardır. Onlar balıq ovçuluğunun qaydalarına əməl edir, su hövzələrinin balıqla təhcizatına və balıqların brakonyerlərdən (icazəsiz ov edənlər) mühafizəsinə yardım göstərirlər.
Bambuk
Bambuk günəşli günləri və rütubəti çox olan isti ölkələrdə bitir. Bu bitkinin 600-ə dək növü var. Gövdələri az qala bir-birinə yapışan bambuklar çox vaxt keçilməz meşələr əmələ gətirir. Həm də belə meşələr bir neçə gün əvvəl boşluq olan yerdə də yarana bilər. Qafqazın Qara dəniz sahillərində bitən bambuk sutka ərzində 75 sm, Vyetnamda isə hətta 2 metrədək boy atır.
Bambukun oduncaqlaşmış iri gövdələrindən ev tikir, körpü salır, su kəməri çəkir, mebel, kağız hazırlayırlar. Bambukun bəzi cavan zoğları, toxumları yeyilir, bəzi növlərinin özəyindəki şirədən bambuk şəkəri alınır.
Banan bitkisinin vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik ölkələridir. Onun 70-ə yaxın növü var. Lənkəranda, Zaqatala və Gəncədə bir növü dekarativ bitki kimi əkilir. Meyvələri salxım-salxım olur. Hər salxımda 300-dək meyvə olur. Hər salxımın çəkisi isə 50-60 kiloqrama çatır. Gövdəsi qısa, bəzən də hündür və ya nəhəng ot bitkisidir. Meyvə verəndən sonra yerüstü hissəsi quruyur. Onun bəzi növlərinin gövdəsindən toxuculuq sənayesi üçün ip alınır. Dadlı meyvəsindən konserv, marmelad, şirə, şərab və s. hazırlanır.
Qanq çayı və onun dağlardan axan qolları özləri ilə çoxlu lil və qum gətirir. Min illərdən bəri bu gətirmələr nəticəsində dənizin dayaz yerləri dolaraq, quru sahə yaranmışdır. Bu düzənlik sahədə hər istiqamətə küllü miqdarda çaylar axır. Banqladeş dövləti də burada yerləşir. Banqladeş “benqallar ölkəsi” deməkdir.
“Benqallar ölkəsində” hava ilboyu isti keçir. Yayda okeandan küləklər əsir, gecə-gündüz arası kəsilmədən yağış yağır. Saysız-hesabsız çaylar daşır, onların gətirdiyi çöküntülər gübrə kimi torpağın məhsuldarlığını artırır.
Sahəsinə görə Banqladeş çox da geniş deyil, lakin onun əhalisi ayrılıqda Böyük Britaniyanın, Fransanın, yaxud İtaliyanın əhalisindən xeyli çoxdur. Əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir.
Ölkədə böyük şəhərlər, zavodlar, fabriklər azdır. Ən böyük şəhər Banqladeşin paytaxtı Dəkkə şəhəridir. Banqladeş gənc dövlətdir, onun ərazisi 1947-ci ilədək Hindistanın, sonra Pakistanın tərkibində olmuşdur. 1971-ci ildə müstəqil Banqladeş dövləti yaradılmışdır. Azərbaycanın ali məktəblərində banqladeşli tələbələr təhsil alır.
Baobab
Bu ağac 4-5 min il yaşasa da, hündürlüyü 18-25 metrdən artıq olmur. Gövdəsi çox yoğun olub çevrəsi 25 metrə çatır. Baobabı əhatəyə almaq üçün bir sinif uşaq əl-ələ tutmalıdır. Afrikalılar deyirlər: "Baobab çox böyükdür. Lakin ondan heç kiçik tonqal da qalamaq olmaz". Görəsən niyə? Axı belə böyük ağacdan xeyli odun doğramaq olar! Demə, baobabın oduncağı odda yanmır. Baobabın başqa qəribə xüsusiyyətləri də var. Məsələn, o, yarpaqlarını qışda yox, yayda tökür. Axı, baobabın vətəni Afrikada yay çox isti keçir. Bu zaman ağacın yarpaqlarında olan rütubət buxarlanmağa başlayır. Odur ki, baobab öz rütubətini itirməmək üçün yarpaqlarını tökür. Qışda, yağışlar dövründə isə o, yenə də pəncəyəoxşar yarpaqlarla və 20 santimetr enində iri ağ çiçəklərlə örtülür. Xiyara oxşayan şirintəhər şirəli meyvələri yeməlidir. Qabığından alınan lifdən kəndir və qaba parça hazırlanır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
- ŞƏRHLƏR