Salam, əziz xanımlar! Hamı kimi mənim də öz doğuş hekayəm var. İl yarımdır evliyəm, sevərək ailə qurmuşuq. Allah hər kəsi sevdiyinə qovuşdursun. Mən də bu fikrə qatılıram ki, sevgi, ailə öz yerində, ancaq uşağın doğulması həmin ailəni daha da möhkəmləndirir, ailəyə yeni sevinc gətirir. Evliliyimizin 5-ci ayında hamilə qaldım. Oktyabr ayı idi, bu xəbər mənim üçün ad günü hədiyyəsi kimi oldu. Heç inana bilmirdim. Mən ana olacaqdım.
Hər kəs xəbərə çox sevinmişdi, əsas da yoldaşım. Hər gün məni gəzintiyə çıxarır, körpəmizin doğulması ilə gələcək planlar haqqında söhbət edirdik. Körpəmizin ilk tərpənişini hiss etdiyim an düşündüm ki, məndən xoşbəxti yoxdur. Problemsiz bir hamiləlik keçirdim.
Müəyyən müddət keçdikdən sonra çətin günlərimiz başladı. Yoldaşımın işində çətinliklər yarandı və bu xəbər mənə də təsir etdi. Ancaq mən zehnimdə yenə də körpəmizin gələcək planları ilə məşğul idim. Doğuşuma 10 gün qalmış bir möcüzə oldu, mən bunu möcüzə kimi qiymətləndirdim, sanki Allahtaala körpəmizin ruzisini özü göndərdi. Yoldaşım bir iş təklifi aldı və körpəmizlə bağlı xəyallarımızı həyata keçirdik.
Həkim müayinəsinə son getdiyimdə doğuş tarixinin iyunun 28-i olacağı bildirildi. Çox həyəcanlanırdım və daha çox qorxurdum. İyunun 25-i səhər saatlarında qəfildən ağrılarım başladı. Hamama daxil olanda gördüm ki, açılışım var, bilmədim sevinim, yoxsa qorxum, tələsik xəstəxanaya getdik. Xəstəxanda iki saat sancı çəkdikdən sonra, nəhayət 12:45-də körpəm dünyaya gəldi. İlk səsini eşidəndə, dünyalar mənim oldu. Çəkisi 3 kq idi. Balaca gözlərini, burnunu, yanaqlarını öpməkdən doymurdum. Ailəmizdə hər kəsdən çox körpəni görmək istəyən qaynatam idi və yoldaşımla artıq qərara gəlmişdik, körpəyə qaynatamın adını qoyduq. Artıq körpəmiz 7 aylıq olub. Günü-gündən böyüyür, Maşallah.
Arzum budur ki, İnşAllah, bütün analara bu saytda öz doğuş hekayələrini yazmaq qismət olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qulançar qanda şəkərin miqdarını azaldır
Günün qoroskopu:Ayıq-sayıq olun!
Çin səmasında eyni anda 5 Günəş göründü-FOTO
Nazirlikdən azyaşlılarla bağlı əhaliyə VACİB MÜRACİƏT -VİDEO
Azərbaycanda 101 nəfər koronavirus xəstəsi sağalaraq evə buraxıldı
"Survivor"un 5-ci günündə artıq aclıqdan yalvarmağa başladı-VİDEO
Çağatay Ulusoy reklam təklifini rədd etdi-SƏBƏB
Günün ulduz falı
Azərbaycanda plazma köçürmə ilə koronavirusun müalicəsinə başlanıldı - RƏSMİ
Bakı 2015-dən 75 milyonluq əhali üçün razılaşma
Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
Gözü daha böyük göstərən makiyaj tövsiyələri
Lolita 6 milyonluq məhkəməni uddu - FOTO
Ermənistanın əsir və girovluğundan azad edilmiş 12 nəfər - SİYAHI
Acun qızını Şeymanın əlindən aldı
2020 "Critics Choice Awards" Qırmızı Xalça
Niyə məhz Qadın.Net? (3)
Mərciməyin faydaları
Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulur - RƏSMİ
Qadin.Netlilərlə səyahət (3-cü hissə)
Britaniyalı sarışınları saç boyalarından məhrum edə bilərlər
Azərbaycanda daha 78 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Bütün buzlar əriyərsə: fəlakətin ssenarisi hazırlandı
Polad Bülbüloğlu rusiyalı yazıçıya “Dostluq” ordenini təqdim edib
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 124 yeni yoluxma - FOTO
Citroen Cactus sirrini açdı
"Hər bir belə hadisə bizim üçün faciədir"
Şahzadə FIFA-ya rəhbərlik edə bilər
Şokolad
“Facebook” “Snapchat”ın analoqunu yaradır
Robotların Olimpiadası olacaq
Donvurma zamanı ilk tibbi yardım
Koronavirusla bağlı son STATİSTİKA
Gəlin toyundan qaçırsa... biz haraya sürüklənirik?
Nurgül Yeşilçay yeni şəkillərini paylaşdı
Ronaldu tarixin ən yaxşı futbolçusu oldu - FOTO
Karantin rejimi yumşaldılacaq - Baş nazirdən ŞAD XƏBƏR
Təzə il geyimləri
Putindən böyük böhran anonsu
Rihannanın markasından istifadə etdi-FOTO
Sitrusların nəhəngi - pomelo
Bu yataq otaqlarından kim çıxar ki?
Azərbaycan ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib: Daha bir şəhidimiz var - VİDEO
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri
Kerri: “Rusiyanın sayılı saatları qalıb”
Məsafəli sevginin 15 incə məqamı
Hazal Kaya gəlin olacaq-FOTO
Şeyda Coşkundan 6 günlük pəhriz proqramı
Evdə qaş necə boyanır?
Qadınlığınızı ön plana çıxarın!
- ŞƏRHLƏR