Bənövşəyiliyi olan kəslərin ana və atalarında da ümumiyyətlə vardır. Açıq bədənlilərlə müqayisə etdikdə əsmər bədənlilərdə daha sıx rast gəlinən bir vəziyyətdir.
Göz ətrafındakı qan damarlarının dəri səthinə yaxın olması, ya da bu damarlarda yağ torbalanması səbəbiylə və ya qan dövranı pozuqluğu kimi səbəblərlə ortaya çıxa bilər.
Ayrıca bu bölgədə olan dəridə pigmentasyon (tünd rəng meydana gəlməsi) çoxluğundan, yəni dəriyə rəngini verən hüceyrələrin çoxluğuyla ibarət olan ən sıx görülən tipidir. Əksəriyyətlə də hər ikisi birdən yəni həm torbalanma həm də həddindən artıq pigmentasyon tapılır. Alt göz qapağında olduğu kimi sıxlıqla kirpiklərdən qaşa qədər üst qapaq bölgəsini də örtər.
Stress, yorğunluq, yuxusuzluq, siqaret çəkmək, spirtli içki içmək də bənövşəyilikləri artıra bilər.
İndiki vaxtda göz ətrafına geniş şəkildə istifadə edilən botoks tətbiqləri də göz torbalanmasını və bənövşəyiliyini artırmaqdadır.
Göz altı bənövşəyiliklərinin aradan qaldırılması adamdan adama dəyişməklə birlikdə, nizamlı bir müalicə ilə aradan qaldırılması mümkündür. Göz ətrafında dövranı sürətləndirən, hüceyrələri yeniləyən kosmetik məhsullar istifadə etmək bənövşəyilikləri nisbətən yüngülləşdirə bilər amma ciddi bir fayda gətirməz.
Gözlərinizi çox yormamağa çalışmaq; ya da gözü yoran bir iş edirsinizsə gözlərinizi ara ara istirahət etdirmək bir tədbir ola bilər.
Müalicə Təklifləri:
Bazarda satılan göz altı kremləri, baxım losyonları kimi bir çox məhsul gözlənilən təsiri verməz və ümumiyyətlə də bir fayda verməz.
Bənövşəyiliklər üçün ən yaxşı müalicə üsulu Lazer müalicəsi və ya sadə bir əməliyyatdır. Xəstənin vəziyyətinə görə bəzən hər ikisi birdən tətbiq olunaraq bunlardan böyük nisbətdə xilas olmaq mümkündür.
Tətbiq olunacaq müalicə xəstədən xəstəyə dəyişməkdədir. Bəzi xəstələrə yalnız lazer bəzilərinə yalnız əməliyyat bəzilərinə də hər ikisini birdən tətbiq etmək lazım ola bilər. Əməliyyatla torbalanmağa səbəb olan yağ toxumaları yer dəyişdirilərək daha düz görünüş təmin edilə bilər.
Yaxşılaşma müddəti ortalama 5 ilə 7 günə qədərdir. Yalnız lazer edilən xəstələrdə bəzən bir neçə seans təkrar etmək lazımdır. Müalicə əsnasında xəstə qətiliklə günəşə məruz qalmamalıdır.
Əgər siz səhər yuxudan durduqda gözətrafı dərinin sallandığını, üz dərisinin isə yorğun göründüyünü hiss edirsinizsə, onda sizin kartof və cəfəridən hazırlanmış maskalardan istifadə etməyiniz lazımdır.
- Cəfərini xırda-xırda doğrayıb dərinin sallanan və şişmiş hissəsinə düzün, üstündən isti suda isladılmış pambıq və ya tənzif parçası qoyun. 15 dəqiqə saxlayın.
- Gözətrafı dəri üçün maskanı kartofdan da hazırlamaq olar. Bunun üçün 2 çay qaşığı sürtgəcdən keçirilmiş kartofu 2 çay qaşığı un və 2 çay qaşığı qaynanmış südlə qarışdırın və gözətrafı dəridə 15 dəqiqə saxlayıb yuyun.
Gözətrafı dərinin sallanmasının qarşısını almaq üçün aşağıdakı prosedurlardan istifadə etmək lazımdır:
Sizə 5-6 tənzif salfet lazIm olacaq. Salfetləri bitki yağında isladıb, yüngülcə sıxın və dərinin üzərinə yerləşdirin. Üstündən quru pambıq qoyub, dəsmalla örtun. Bu kompresi 15 dəqiqə saxlayın və qaynanmış ilıq su ilə yuyun. Daha sonra buz parçalarını tənzif parçalarına büküb, gözətrafı dərinin üstündən (gözün çöl tərəfindən içəriyə doğru) çəkin. Sonda yağlı krem sürtün.
Gözlər və gözətrafı dəri şişdikdə təbii çobanyastığı gülündən hazırlanmış kompreslər çox effektli olur. Bunun üçün çobanyastığı gülü suda bir müddət dəm alır, buzxanada 15 dəqiqə saxlanır və sonra pambıq həmin məhlula batırılaraq, dərinin üstünə qoyulur.
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR