Bu dəfə də bir neçə məşhurun gözəllik və sağlamlıq sirrlərini sizlərə təqdim etmək istəyirəm. Nəzərə almaq lazımdır ki, pəhrizlər fərdi olmalıdır, yəni hər kəsin sağlamlıq vəziyyətinə uyğun olaraq tətbiq olunmalıdır! Bitkilərin faydalarını bilmək və əks göstərişlərini nəzərə almaqla özünüzə uyğun olanını seçin.
İspanaq - Qvinet Peltrounun tonusunun sirri
Qvinet yorulmadan həm kinoda çəkilir, həm kulinariya ilə bağlı bloq hazırlayır, həm "brend" reseptlərdən ibarət kitab nəşr etdirir, həm ictimai işlərlə məşğul olur, həm "Qırmızı xalça"da görunur və həm də özünə kifayət qədər vaxt ayıra bilir. Bundan əlavə, o, həftənin 5 günü gün rejiminin 20%-ni idmanla məşğul olur və bütün bu işləri ilə yanaşı, 2012-ci ilin ən zövqlü xanımı adına da layiq görülub. Qvinetin bu enerjisi idmanla yanaşı, düzgün qidalanma ilə bağlıdır və aktrisa onu ispanaqsız təsəvvür etmir. Bu tərəvəz məhz o kəslər üçündür ki, bütün günü fərqli işlərlə məşğul olurlar.
Məlum olduğu kimi ispanağın tərkibində orqanizmin düzgün inkişafına və gözəlliyinə səbəb olan maddələr külli miqdardadır. Bu vitaminlər A, K, C, E, B6 və B12, fol turşusu, maqnezium, kalium, kalsium, mis, sinq, selen və omeqa-3 yağ turşularıdır. İspanaq pendirlə birlikdə salat formasında, şirə halında və müxtəlif yeməklərə, şorbalara əlavə etməklə qəbul olunur. Yaxşı olar ki, bu bitki çöx istidə saxlanmasın ki, tərkibindəki faydalı elementlərini itirməsin.
İspanağın tərkibindəki flavanoidlər orqanizmdən sərbsət radikalları təmizləyir. Məhz orqanizmdə toplanmış olan bu sərbəst radikallar xərçəngə səbəb olur. İspanaq həzm sisteminin işini normallaşdırır, həmçinin bir sıra xəstəliklərin müalicəsi üçün edilən pəhrizlərin də tərkibinə daxil olur. Belə ki, o, iltihab əleyhinə olan güclü qida növüdür. Xüsusi günlərdə ispanaq bizə çox kömək olur, çünki tərkibi dəmirlə zəngindir.
Qeyd: bəzən ispanaq allergik reaksiyalar yarada bilər. Həmçinin bazarlardan alınmış əksər göyərtilərin tərkibində pestisitlər olur (həşəratlara qarşı istifadə olunmuş dərmanlar). Nəzərə almaq lazımdır ki, ispanağın tərkibində oksalat turşusu var və böyrəlkərində problemi olanlar qədəri aşmamalıdırlar.
Qreypfrut - Eşli Tisdalenin gümrahlıq sirri
Müğənni və aktrisa Eşlinin dediyinə görə, o, sitrus meyvələrini və o cümlədən qreypfrutu təkcə meyvə kimi deyil, səhər, axşam, həm də arada atışdırmalar şəklində də yeyə bilər. Gözəl ulduz etiraf edir: "Bu meyvə mənə fikirlərimi toplamağa, ruhumu gümrah saxlamağa və bədənimin qamətli qalmasına kömək edir".
Qreypfrutda çoxlu miqdarda B2, P, C vitaminləri, provitamin A (karotin), liflər, efir yağları, kalium, kalsium və orqanik turşular var. Meyvə orqanizmdən artıq mayeni xaric edir, arıqlamağa kömək edir, yağların parçalanması prosesini sürətləndirir. Efir yağları və orqanik turşular mədə-bağırsaq sistemini qaydasına salır və həzmi sürətləndirir. Təzə sıxılmış şirəsi əsəb sistemini sakitləşdirir. Yatana yaxın qreypfrut yemək yuxusuzluğu aradan qaldırır.
Qeyd: Bəzən səhvən hər yemək öncəsi arıqlamaq məqsədilə yeyilən qreypfrut 5-7 günə mədə və mədəaltı vəzidə problemlərlə özünü göstərəcək. Bu qədər turşu qəbul etmək məsləhət görülmür. Qreypfrut pəhrizinə tədricən keçmək lazımdır, həftədə 1 dəfə təbii şirəsini içmək və ya ət yeməkləri ilə bərabər meyvə salatlarının içində yeməklə başlamaq lazımdır. Dietoloqlar qaraciyər problemləri olanlara sitrus meyvələrindən uzaq durmağı məsləhət görürlər.
Alma - Meqan Foksun cənnət sirri
"Transformerlər"in sevimli ulduzu və xoşbəxt ana Meqan Foks almanı hədsiz çox sevir və gün ərzində mütləq 2 alma yeyir. O, daha çox yaşıl almaya üstünlük verir və onun şirəsini də şəkərsiz qəbul edir. Bəs bu cənnət alması hansı xüsusiyyətlərinə görə faydalıdır?
Alma A, C, B1 vitaminləri ilə zəngindir. Onun daimi qəbulu yaddaşı yaxşılaşdırır və həzm prosesini normallaşdırır. B1 vitamini sinir hüceyrələrinə güclü təsir edir, həmçinin karbon mübadiləsini nizamlayır. Vitamin C - antioksidantdır, onkoloji xəstəliklərin qarşısını alır, immuniteti möhkəmləndirir, yad hissəciklərə qarşı orqanizmin müdafiyə gücünü artırır.
Almanın tərkibində dəmir, kalium, maqnezium var, ona görə də qan azlığında və ürək-damar xəstəlikləri zamanı istifadəsi labüd hesab olunur. Alma bədəndəki xolesterolu azaltmaq gücünə malikdir, qan-damar divarlarını möhkəmləndirir, üzə gözəl təravət verir.
Əgər səhər 1 stəkan alma şirəsi içilərsə, bu, gün boyu sağlam və xöş əhvalın yaranmasına səbəb olur, orqanizmi günrah edir və yüngülluk bəxş edir.
Əgər axşam 1 stəkan alma şirəsi içilərsə, yuxusuzluğu aradan qaldırır və cinsi zəifliyin qarşısını alır. Almanın faydalı mineralları qabığın atında yığıldığından onu soymadan yemək məsləhət görülür. Əgər həzm sistemində bir problem varsa, çiy alma ən yaxşı vasitədir.
XƏBƏR LENTİ
Eyni paltar fərqli görüntüdə
Hamiləlikdə varikoz
Kraliça II Yelizaveta koronavirusa yoluxdu
E vitaminin saçlara faydaları
Hamilə qadınların mənəvi qidaları
Sabahın hava proqnozu
Hakan Ilk dəfə qızını göstərdi-FOTO
Baş infeksionist: "Yoluxma 500-dən aşağı düşsün, ondan sonra..." - Müsahibə
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Bakı metrosunda yenə problem: bu "mərəz"ə nə vaxt son qoyulacaq?
Düzgün duruşdan başlayın
Mükəmməl şəkillərin çəkildiyi məkanlar
Yayda havalar sərin keçsə də, temperatur normadan yüksək olub-SƏBƏB
Təzə zəncəfil çayı (video-resept)
Aleyna Rihannanı, Şakiranı geridə qoydu-(KLİP)
Fonetika - Səslər
Bakıda nəhəng yolka qurulur
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma
Qayınana oğlunun toyuna Gəlinlik geyindi-FOTO
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Qızıl Kürə Mükafatlarının Sahibləri
Alişandan Buse Varola bahalı hədiyyə-FOTO
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
Vahid endirim kartı-BAKIDA
Bakıda isti olacaq, rayonlara yağacaq
Qoltuq altı qaralmalarından qurtulun
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO
İlk dəfə: podiuma qocalar çıxdı
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 19 nəfər vəfat edib
Bakı ən isti yanvarını yaşayır?
Azərbaycanda qəribə qadağa
Doğum gününə görə xarekter (mart)
Süni günəş vannaları tabutunuz ola bilər
Orqanizmini yaxından tanı
Audi A1-i bolidə döndü - FOTO
Bakıda 720 manata alça satılır
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Bilirsizmi?
Dükan pəhrizi ilə 25 kq arıqladım(3-cü mərhələ)
Ölkə adlarının sirri
"Buna imkan verməyəcəyik"
“Dirilişin" Ərtoğrulu tamamilə fərqli obrazda - FOTO
Qadin.Net - 5 YAŞ
Dünyanın ən kiçik boylu adamı 28 yaşında öldü - FOTO/VİDEO
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
8 Mart imtahanına hazırsınız?
Eser Yenenler evlənir -FOTO
Həyatda dörd şey
HAVA necə olacaq?- 8 APREL
Meryem Üzerli Maldicdə dincəlir-FOTO
- ŞƏRHLƏR