Bu il yayda havanın temperaturu çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 1-2 dərəcə yüksək olub. Bunun səbəbi cənub istiqamətli hava kütlələrinin ölkə ərazisinə daha çox daxil olması ilə izah olunur.
Qadin.Net bildirir ki, bunu özəl olaraq trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
M.Həsənovun sözlərinə görə, belə hava kütlələri Azərbaycana daha çox Şimali Afrikadan, Ərəbistandan, Mərkəzi Asiyadan və Aralıq dənizi üzərindən daxil olur.
İnstitutun direktor müavini qeyd edib ki, ümumilikdə ötən yaya nisbətən bu il yayda normadan yüksək temperaturların qeydə alındığı günlərin sayı çox olsa da, sərin keçən günlərin də sayı artıq olub:
"Elə günlər oldu ki, hava sərin keçdi, amma ardıcıl isti günlər də qeydə alındı ki, havanın temperaturu normadan yüksək oldu. Bu il ölkəmizə daxil olan hava kütləsinin temperaturu yüksək olub. Buna görə ayrı-ayrı günlərdə temperatur normadan yüksək qeydə alındı".
M.Həsənov əlavə edib ki, bu il ölkədə sentyabrın birinci ongünlüyü üçün xarakterik olan hava şəraiti müşahidə edilir.
Onun sözlərinə görə, bəzi illərdə sentyabr ayında bu ildəkindən də aşağı temperatur qeydə alınıb.
Alim hazırda havanın sərin keçməsinin səbəbini Atlantik okeanı üzərindəki hava kütlələrinin Qərbi və Şərqi Avropadan keçib Azərbaycana çatması ilə əlaqələndirib:
"Ancaq bu, o qədər də davamlı proses deyil və yayın sonu, payızın əvvəli üçün səciyyəvi bir haldır. Hazırda havanın temperaturu iqlim normasına yaxındır. Yağıntıların miqdarı bəzi ərazilərimizdə bir qədər artıq müşahidə edilir. Bu da keçid fəsli üçün səciyyəvi haldır".
XƏBƏR LENTİ
Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir
Dəniz duzunun faydası
Qeyri-adi analar
Qaraciyər yağlanmasına qarşı mübarizə aparan ərzaqlar
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Cazibədar görünüşün 6 elementi
Azərbaycan qış vaxtına keçdi
2012-nin burma bilərzikləri
İşgüzar qadınların qarderobunda 10 dəb qanunu
Portağalın faydaları
Azərbaycanda Dövlət Bayrağı günüdür
Təhsil Nazirliyi 913 nəfərə yol açdı, yanvarda imtahandır
Elektrik siqnalları toxunma hissinə necə çevrilir?
Stres haqqında bilmədiklərimiz
Polislərə yeni rütbələr verildi
Ozan Güvən hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Orta məktəblər müasir avadanlıqlarla təmin olunub
Artıq çəkidən azad olmağın yolları
Dramatik sırğalar
Tramp və Putin "İlin adamı"na namizəddir
Məzhəkələr
“Facebook” onlayn ödənişlərə start verdi
4 həssas nöqtəyə 4 həssas qulluq
Bu şirkət yeni işçi axtarır - Maaş 100 min dollar
Övladları Nikol Kidmandan imtina etdi-SƏBƏB
Oskar mükafatı mərasimi başlayır
İdmançılarımızla bağlı daha bir qalmaqal
Bu da yeni bulvarımız
Mənim şirinlərim
Saciçi toyuq (foto resept)
Ramazan orucunun niyyətini nə zaman və necə etmək lazımdır?
Pakistanda yenə güclü zəlzələ oldu
Ziyafət geyimləri
2050-ci ildə dünya əhalisinin sayı 9,6 milyarda çatacaq
İnstagram çökdü
Kəpəklə mübarizə
Castin Biber geyimi ilə diqqət çəkdi-FOTO
Facebook çökür?
Ovuntulu bulka (foto resept)
Emin ikiqat yubileyini ailəsi və dostları ilə keçirdi - FOTO
Azərbaycanda zəlzələ oldu
Günün ulduz falı
Kinomuz Oskar ala bilər
''Balaca çoban''
Ölkədə yeni iş yerləri yaradılacaq
Can verənlərin gözünə ölüm mələyi eyni şəkildə görünür?
Yazmağa başlayıram - 4
Bakı sürücülərinin nəzərinə: yol dəyişdi
Qida infeksiyasından qoruyan ədviyyat
Gözaltı qaraları gizlədək