Dərinizin alt tonunu bilmir və öyrənmək istəyirsinizsə, yazım diqqətinizi çəkəcək.
Əvvəlcə dərinin alt tonları üç rəng qrupuna ayrılır. Bunlar sarı,mavi və neytral-dır. Burada sarışın və ya qarabuğdayı olmağınızın bir fərqi yoxdur, sarışın və ya qarabuğdayı olun dəri alt tonlarınız sarı, mavi, ya da neytraldır.
Yəni qarabuğdayı bir insanın alt tonu sarı ola biləcəyi kimi, mavi də ola bilər. Bu eyni şəkildə açıq dərili, və ya sarışın insanlar üçün də etibarlıdır. Əgər hər iki rəng qrupuna aid deyilsinizsə onda sizin alt tonunuz "neytral" dır.
Mavi alt tonu, digər bir adı ilə "cool", yəni soyuq alt tonudur. Dəridə mavi və çəhrayı rəng pigmentləri olur.Mavi alt tonuna sahib olanların ümumiyyətlə göz rəngləri mavi, yaşıl, boz və tünd qəhvəyi rəngdir. Saç rəngləri də küllü sarılar, platin, tünd qəhvəyi ola bilər.
Sarı alt tonu, bir digər adı ilə "şarm", yəni isti alt tonudur. İsti alt tonuna sahib olanlar ümumiyyətlə firuzəyi, açıq qəhvə rəngi, bal rəngi gözlərə sahib olarlar və saç rəngləri qızıl sarıları, qırmızı və ya tünd qəhvərəngi ola bilər. Açıq, amma qızıl əks olunan bir bədən rənginiz varsa, isti ton rənginə daxilsiniz.
Dərinizdə mavi ton və ya sarı tondan biri deyilsə, böyük ehtimalla neytral bir dəri tonuna sahibsiniz.
Bəs dərimizin alt tonunu necə öyrənə bilərik...?
1) Biləklərinizə iç tərəfindəki damarlarınıza baxın. Damarlarınız nə rəng görünür? Əgər mavi rəngdirsə soyuq bədənə, əgər yaşıl rəngdirsə isti bədənə sahibsiniz. Bunun şərhi də çox sadədir. Normalda maviyə yaxın bir rəng olan damarlarınız sarı alt tonu olan dərinizlə birləşincə yaşıl rəngi alır.
Sarı + Mavi = Yaşıl. Mavi alt tonu ilə mavilər açıq görünür və damarları bir xeyli mavi görünər. Əgər qərar verə bilmədinizsə mavi və yaşıl arasında bir rəngdirsə böyük ehtimalla neytral rəng tonundasiniz. Hələ də qərar verə bilmədinizsə ikinci üsula keçək.
2) Sizi bijüteriya testindən keçirək. Gümüş və qızıl bir bijüteriya, sizcə hansı sizə daha çox yaraşır? Əgər gümüş daha çox yaraşırsa soyuq bədən, qızıl daha çox yaraşırsa isti bədənə sahibsiniz deməkdir.
Soyuq alt tona sahib insanlar makiyaj edərkən nələrə diqqət etməlidir?
Tonal Krem: Ümumi olaraq soyuq alt tona sahib insanlar alt tonunda "rosy" dediyimiz çəhrayı tona sahib tonlaşdırıcı kremlər seçim etməlidir. Amma bədəninin çox soyuq olduğunu düşünənlər, daha isti bir görünüş vermək istəyənlər nizamlamaq üçün alt ton olaraq "cream" deyilən daha isti tona sahib tonlaşdırıcı kremlər seçim edə bilər.
Kölgə: Çəhrayı / gül qurusu tonları, morlar, mavilər, göy, qara, boz, gümüş, zümrüd yaşılı rəngləri ən çox yaraşan rənglərdir.
Mərcan rəngi, bürünc, torpaq və mis tonları soyuq ton sizin üçün uyğun deyil.
Ənlik: Plum, çəhrayı tonlara sahib ənliklər sizin üçün idealdır .İsti tonlarda ənlilər olan bürünc, badam tonlarından uzaq dayanmanız tövsiyə edilir.
Dodaq boyası: bənövşəyini hər tonunda dodaq boyası istifadə edə bilərsiniz. Qırmızı dodaq boyası, soyuq tona sahib kəslərin dodaqlarını çox önə çıxaracağıdan qırmızının tonunu yaxşı seçmək lazımdır. Qırmızı dodaq boyası istifadə edərək dodaqlarını ön plana çıxarmaq istəyirsinizsə göz makiyajını tünd tonlarda etməməniz məsləhətdir.
Tuş seçimi: Qara, mavi, yaşıl istifadə edə bilərsiniz.
İsti alt tona sahib insanlar makiyaj edərkən nələrə diqqət etməlidir?
Tonal Krem: Çəhrayı alt tona sahib tonlaşdırıcı kremlər dən qaçının. Tan (bürünc), Wheat (buğda), honey (bal rəngi), cream (krem rəngi), Beige (bej) tonlarında tonlaşdırıcı kremlər sizə ən uyğun olanlardır.
Ənlik: Tonal krem kimi ənlik seçimində də təbii alt tonunuza uyğun seçim etməlisiniz. Almond (badam), bronze, orange (portağal), Peach (şaftalı) tonlarında ənlik seçimi sizin üçün idealdır, soyuq tonlardan qaçın.
Dodaq boyası: Mor tonlarından və çəhrayı rəngin bəzi tonlarından uzaq dayanmalısınız. Ənlik kimi yenə şaftalı tonlarında dodaq boyası rənglər və albalı tonları istifadə edə bilərsiniz.
Kölgə: İşıltılı və isti tonlardakı rəngləri seçim edə bilərsiniz. Qızıl rəngi, mis qırmızını, torpaq rəngi, bej rəngi, qəhvə tonları, ərik tonları və zeytun yaşılı rənglər istifadə edə bilərsiniz.
Tuş seçimi: Qəhvərəngi və qara.
Neytral tona sahib insanlar isə əksəriyyət rəngi rahatlıqla istifadə edə bilər.
XƏBƏR LENTİ
Azərbaycanda istilik sayğacları quraşdırılacaq
Ferhat Köçerin evlilik fobiyası
Dini liderlər dünyanı sülhə çağırdılar
Dərdin ən böyük dərmanı - təsəlli
"Yazıq" portret
Energetikası güclü olan insanların əlamətləri
Pəncərə kənarındakı möcüzə-Kalanxoe-2
Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK
Parlaq dodaqlara sahib olmaq istəyirsiniz?
Boy uzadan ayaqqabı
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
"Eurovison-2016"nın daha bir gözəli
65 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü
Bensu paylaşdığı FOTO ilə təəccübləndirdi
Sərdar Ortaçdan maraqlı ETİRAF-FOTO
Facebook-un qorxulu sirri açıldı
"Rocketman"hər kəsin diqqətini çəkir-FOTO
Ev həyatımız üçün praktik məsləhətlər
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Vitaminli salat (foto resept)
Bu tərəvəz pis qoxu yaradır
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
"Sen anlat Karadeniz"in FİNAL edir
"Avroviziya-2018"-in finalçıları müəyyən oldu-FOTO
Sarımsaq qoxusunu aradan qaldıran qidalar
Siqareti tərgitməkdə yardımçınız olacaq
Obezofobiya
Ey Azadlıq!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Oxumağı sevən uşaqlar üçün dünya klassikləri
Ağac evlər
Qarındakı yağlar üçün pomidor suyu
Özcan Deniz yenidən evlənir-FOTO
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçiriləcək
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Medalyer sənəti
Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ
Yatmağa kömək edən qidalar
Badam unundan pankek (foto resept)
Çoxmillətli toy "Ginnes"-ə düşdü
Dubay metrosunda robotlar xidmət göstərəcək
İxtisas seçimi başlandı
İki rəngli cupcake (foto resept)
Ayaqqabı və çantalar
Sızanaqların qarşısını necə almalı?
Xərçəngə qarşı universal vasitə hazırlanır
Geyim kombinasiyaları
Ermənistan prezidentini öldürmək istədilər
- ŞƏRHLƏR