Qadin.NET / Soyuq, ya isti?

Soyuq, ya isti?

Dərinizin alt tonunu bilmir öyrənmək istəyirsinizsə, yazım diqqətinizi çəkəcək.

Soyuq, ya isti?

  Əvvəlcə dərinin alt tonları üç rəng qrupuna ayrılır. Bunlar sarı,mavi  neytral-dır. Burada sarışın və ya qarabuğdayı olmağınızın bir fərqi yoxdur, sarışın və ya qarabuğdayı olun dəri alt tonlarınız sarı, mavi, ya da neytraldır.
Yəni qarabuğdayı bir insanın alt tonu sarı ola biləcəyi kimi, mavi ola bilər. Bu eyni şəkildə açıq dərili, və ya sarışın insanlar üçün etibarlıdır. Əgər hər iki rəng qrupuna aid deyilsinizsə onda sizin alt tonunuz "neytral" dır.

Mavi alt tonu, digər bir adı ilə "cool", yəni soyuq alt tonudur. Dəridə mavi çəhrayı rəng pigmentləri olur.Mavi alt tonuna sahib olanların ümumiyyətlə göz rəngləri mavi, yaşıl, boz tünd qəhvəyi rəngdir. Saç rəngləri küllü sarılar, platin, tünd qəhvəyi ola bilər.

Sarı alt tonu, bir digər adı ilə arm"yəni isti alt tonudur. İsti alt tonuna sahib olanlar ümumiyyətlə firuzəyi, açıq qəhvə rəngi, bal rəngi gözlərə sahib olarlar saç rəngləri qızıl sarıları, qırmızı və ya tünd qəhvərəngi ola bilər. Açıq, amma qızıl əks olunan bir bədən rənginiz varsa, isti ton rənginə daxilsiniz.
Dərinizdə mavi ton və ya sarı tondan biri deyilsəböyük ehtimalla neytral bir dəri tonuna sahibsiniz.
Bəs dərimizin alt tonunu necə öyrənə bilərik...?

1) Biləklərinizə tərəfindəki damarlarınıza baxın. Damarlarınız rəng görünür? Əgər mavi rəngdirsə soyuq bədənə, əgər yaşıl rəngdirsə isti bədənə sahibsiniz. Bunun şərhi çox sadədir. Normalda maviyə yaxın bir rəng olan damarlarınız sarı alt tonu olan dərinizlə birləşincə yaşıl rəngi alır.
Sarı + Mavi = Yaşıl. Mavi alt tonu ilə  mavilər açıq görünür damarları bir xeyli mavi görünər. Əgər qərar verə bilmədinizsə mavi yaşıl arasında bir rəngdirsə böyük ehtimalla neytral rəng tonundasiniz. Hələ də qərar verə bilmədinizsə ikinci üsula keçək.
2) Sizi bijüteriya testindən keçirək. Gümüş qızıl bir bijüteriya, sizcə hansı sizə daha çox yaraşır? Əgər gümüş daha çox yaraşırsa soyuq bədən, qızıl daha çox yaraşırsa isti bədənə sahibsiniz deməkdir.

Soyuq, ya isti?

Soyuq alt tona sahib insanlar makiyaj edərkən nələrə diqqət etməlidir?
Tonal Krem: Ümumi olaraq soyuq alt tona sahib insanlar alt tonunda "rosy" dediyimiz çəhrayı tona sahib tonlaşdırıcı kremlər seçim etməlidir. Amma bədəninin çox soyuq olduğunu düşünənlər, daha isti bir görünüş vermək istəyənlər nizamlamaq üçün alt ton olaraq "cream" deyilən daha isti tona sahib tonlaşdırıcı kremlər seçim edə bilər.
Kölgə: Çəhrayı / gül qurusu tonları, morlar, mavilər, göy, qara, boz, gümüş, zümrüd yaşılı rəngləri ən çox yaraşan rənglərdir.
Mərcan rəngi, bürünc, torpaq mis tonları soyuq ton sizin üçün uyğun deyil.
Ənlik: Plum, çəhrayı tonlara sahib ənliklər sizin üçün idealdır .İsti tonlarda ənlilər olan bürünc, badam tonlarından uzaq dayanmanız tövsiyə edilir.
Dodaq boyası: bənövşəyini hər tonunda dodaq boyası istifadə edə bilərsiniz. Qırmızı dodaq boyası, soyuq tona sahib kəslərin dodaqlarını çox önə çıxaracağıdan qırmızının tonunu yaxşı seçmək lazımdır. Qırmızı dodaq boyası istifadə edərək dodaqlarını ön plana çıxarmaq istəyirsinizsə göz makiyajını tünd tonlarda etməməniz məsləhətdir.
Tuş seçimi: Qara, mavi, yaşıl istifadə edə bilərsiniz.
İsti alt tona sahib insanlar makiyaj edərkən nələrə diqqət etməlidir?
Tonal Krem: Çəhrayı alt tona sahib tonlaşdırıcı kremlər dən qaçının. Tan (bürünc), Wheat (buğda), honey (bal rəngi), cream (krem rəngi), Beige (bej) tonlarında tonlaşdırıcı kremlər sizə ən uyğun olanlardır.

Ənlik: Tonal krem kimi ənlik seçimində təbii alt tonunuza uyğun seçim etməlisiniz. Almond (badam), bronze, orange (portağal), Peach (şaftalı) tonlarında ənlik seçimi sizin üçün idealdır, soyuq tonlardan qaçın.
Dodaq boyası: Mor tonlarından çəhrayı rəngin bəzi tonlarından uzaq dayanmalısınız. Ənlik kimi yenə şaftalı tonlarında dodaq boyası rənglər  albalı tonları istifadə edə bilərsiniz.

Kölgə: İşıltılı isti tonlardakı rəngləri seçim edə bilərsiniz. Qızıl rəngi, mis qırmızını, torpaq rəngi, bej rəngi, qəhvə tonları, ərik tonları zeytun yaşılı rənglər istifadə edə bilərsiniz.
Tuş seçimi: Qəhvərəngi qara.

Neytral tona sahib insanlar isə əksəriyyət rəngi rahatlıqla istifadə edə bilər.

27 mart 2013
GO BACK