Dərimiz dəniz suyu ilə eyni minerallara sahibdir. Ona görə də dəniz duzu dəri gözəlliyimizi qorumaq üçün ən yaxşı vasitədir. Dəniz duzu maqnezium, kalsium, sodium və kalium kimi minerallarla zəngindir.
Dəniz duzu ilə süfrə duzu arasında böyük fərq var. Dəniz duzunun tərkibindəki minerallar dəri sağlamlığı üçün çox önəmli rol oynayır və hüceyrələrin yenilənməsini sürətləndirirlər. Xüsusilə də həddən artıq soyuq və ya isti havalarda dərinin mineral balansı pozulur, quruluq, qabıq vermə, ləkələr və qızartı müşahidə olunur. Bu zaman dəriyə dəniz duzu ilə qulluq etmək mineral balansın təmin olunmasına, dərinin nəmlənməsinə və xarici təsirlərə qarşı dözümlü olmasına kömək edir.
Nəmləndirici maska
Duz və bal dərini qüsursuz edir, sızanaq izlərini sağaldır. Üzdəki yağ miqdarını tənzimləyərək eyni zamanda üzün nəmlənməsini də təmin edir. Bu iki məhsulla hazırlanan maska gözəlliyinizə gözəllik qatacaq.
Hazırlanması:
İki çay qaşığı dəniz duzunu dörd çay qaşığı balla qarışdırıb məcun halına gətirin. Təmizlədiyiniz dərinizə göz ətrafı istisna olaraq üzünüzə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.
Yağlanmağın qarşısını alan tonik
Duz məsamələri təmizləyir və yağ istehsalını tənzimləyir. Həmçinin sızanaqa səbəb olan bakteriyaları öldürür.
Hazırlanması:
Bir çay qaşığı dəniz duzunu 100 qram isti suyun üzərinə töküb əriyənə qədər qarışdırın.
Təmiz dəriyə göz ətrafı bölgə istisna olmaqla çəkin. İstəsəniz bu suyu sprey şüşəsinə töküb üzünüzə fısqırda bilərsiniz. Bu proseduranı gün ərzində 2 dəfə tətbiq edin.
Yumuşaldıcı skrab
Duz ölü dəri hüceyrələrini təmizləyir. Tərkibində dərini yumuşaldan və nəm balansını təmin edən minerallar da var.
Hazırlanması:
Yarım stəkan duz və yarım stəkan zeytun yağını qarışdırın və içinə bir az hindqozu yağı əlavə edin. Hazırladığınız skrabı bütün bədəninizə dairəvi hərəkətlərlə tətbiq edin.
Daha sonra soyuq su ilə yuyunun.
Dərini yeniləyən skrab
Duz ölmüş dəri hüceyrələrini təmzilədiyi üçün dərinin yenilənməsini təmin edir. Bu skrabın tərkibindəki skrabda yer alan aloe vera dərini nəmləndirib, qan dövranının sürətlənməsiə səbəb olur.
Hazırlanması:
Yarım stəkan duzla onu yarısı qədər saf aloe vera suyunu (geli də olar) qarışdırın. Üzərinə bir yemək qaşığı qurudulmuş lavanda çiçəyi və 10 damcı lavanda yağı əlavə edin. Bu qarışımı hazırladığınız skrabı bütün bədəninizə çəkib 5 dəqiqə masaj edin və yuyunun. Qurulandıqdan sonra dərhal nəmləndirici kreminizi çəkin.
Kəpəyə qarşı maska
Duz sağlam saç dərisi üçün çox vacibdir. Çünki duz qan dövranını artıraraq kəpəyin yaranmasının qarşısını alır. Saç dərisini nəmləndirir və göbələyin yaranmasına mane olur.
Hazırlanması:
Bir-iki çay qaşığı duzu saç dərinizə səpin və barmaqlarınızı su ilə isladaraq saçınızı 10-15 dəqiqə masaj edin. Daha sonra saçınızı yuyun və kremləyin.
Təbii ağız qarqarası
Duz ağız qoxusuna və diş əti iltihabına səbəb olan bakteriyaları yox edir.
Hazırlanması:
Yarım çay qaşığı duz ilə yarım çay qaşığı karbonatı qarışdırın. Daha sonra bu qarışımı suya töküb əriməsini gözləyin. Bu su ilə qarqara edin. Daha sonra ağzınızı duru su ilə yaxalayın.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu balıqlar həm üzür, həm də gəzir – VİDEO
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Azərbaycanda koronavirusa yoluxan hər xəstəyə bu qədər vəsait xərclənir - RƏSMİ
Qarağatlı tort (foto resept)
Türkiyənin iki nazirinin 110 milyon lirə rüşvət aldığı iddia edilir
Məhkəmədə qalib gəldi, hicabı çıxardı
Günün qoroskopu:Ehtiyatlı olun!
Qadınlara deyilməyəcək sözlər...
Yay ayı üçün toy geyimləri
Azərbaycan faunasında ilk dəfə 2 yeni balıq növü aşkarlanıb
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: Yoluxma sayı 341-ə düşdü
Putin ilin ən nüfuzlu lideri seçilib
Bu qadın evində siçanlar bəsləyir-FOTO
Filmləri "toxuyan" Rasim Ocaqov
"Facebook"un gizlinləri
BÜRCLƏR bizə nə vəd edir? -22 MAY
Hava haqqında
Bacısı Bergüzar Korel haqqında DANIŞDI
Hava haqqında
51 yaşlı modelin gənclik sirri bəlli oldu-FOTO
Ev həsrətində olanlara şad xəbər
Tarkan 10 il sonra Rusiyada - 1,3 milyon alacaq
Dişə zərərli qidalar
Məktəbli yarmarkası: satıcılar müştəri tapmır, alıcılarsa narazıdır
Cennifer Lopez sirri açdı-FOTO
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Türkiyə mətbəxindən "İzmir bombası" (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? - 11 APREL
Rusiyada “gənclik yaşı” qaldırıldı
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Festivalda virusa yoluxdular
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
75 ildir böyüməyən ağac-FOTO
Dünyanın ən qədim rəsmi
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
Qışda dəbli görünməyin yolları
Pentaqonun rəhbərindən Rusiyaya şok ittiham
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti üç ay müddətinə dayandırılır - RƏSMİ
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir
DÇ-2014.Püşkatama
Quru saçlar üçün maska
Hamilə xanımların diqqətinə...
İş görərkən niyə fikrimiz yayınır?
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Əlləri cavanlaşdıran 2 maska
Qocalıq (şeir)
Əliyev ermənilərin qarşısını belə aldı
Parollar insan bədəni ilə ötürüləcək?
Qaxda yeni körpü salınır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]