Monika Beluççi 1964-cü il sentyabrın 30-da Umbriya əyalətinin kiçik Çita-di-Kastello şəhərində anadan olub. 1986-cı ildə Peruci universitetinə qəbul olunan Monika təhsil haqqını ödəmək üçün pitseriyaya ofisiant kimi işə düzəlib. Sonra isə gözəl görünüşü onun karına gəlib, o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayıb.
Monika 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. O, Milandakı ən nüfuzlu model agentliyi olan Elitə dəvət edilib. Təsadüf nəticəsində həmin dövrdə Moda Evinin menecerləri firmanın simvolu olacaq model axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu "Dolce and Gabbana"-nın rəsmi siması seçiblər. Məşhur modelyerlərlə iş tezliklə öz bəhrəsini verib. Monika Beluççi tez-tez moda jurnallarının üz qabığında peyda olmağa başlayıb.
Paralel olaraq onun kino həyatı da başlayıb. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görüb və Monika Brem Stokerin Drakulası filmində kiçik rol alıb. Bu filmdən sonra onu Amerikada da tanıyıblar. Monika Beluççi İtaliya filmlərindən başqa fransız filmlərində də aktiv çəkilib. Bunların arasında "Mənzil", "Doberman" və "Qurd qardaşlığı" filmlərini göstərmək olar.
"Mənzil" filmi ona aktrisa kimi ilk uğuru gətirib. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu "Sezar" mükafatına nominant kimi irəli sürülüb. Həmin filmdə Monika sonradan ailə həyata qurduğu məşhur aktyor Vensan Kassellə tərəf müqabili olub. 1997-ci ildə çəkilən "Doberman" filmində Beluççi lal-kar qadın rolunu oynayıb. Bu film onun həyatında ilk ciddi sınağa çevrilib. Vensan Kassellə nikah isə onun əsl böyük kinoya yolunu açıb. 2001-ci ildə Monikanın iştirakı ilə ekrana 2 film - "Qurd qardaşlığı" və "Malena" çıxıb. O, "Malena"-da növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırıb. Film 14 dəfə müxtəlif mükafatlar, o cümlədən "Qızıl Qlobus" almağa namizəd kimi irəli sürülüb.
2002-ci il Kann festivalının sensasiyası isə Qaspr Noenin "Geridönməzlik" filmi olub. Filmdə Monikanın iştirakı ilə 9 dəqiqəlik zorakılıq səhnəsi tamaşaçıların neqativ reaksiyasına səbəb olub. Onların bir hissəsi ilk premyera günü zalı tərk edib. Monika Beluççi artıq 50-dən çox filmə çəkilib. Onun bu filmlərdə tərəf müqabilləri Entoni Hopkins, Cin Hekman, Şon Konneri, Bryus Uills kimi şəxslər olub. O, Matritsa filminin ikinci və üçüncü hissələrində isə Kianu Rivzlə bir yerdə çəkilib.

1999-cu ildə Monika Beluççi və Vensan Kassel evləniblər. Onların tanışlığı isə 1996-cı ilə təsadüf edir. O zaman Beluççi və Kassel "Mənzilcik" (Lappartement) filmində çəkiliblər. Evlilikdən 3 il sonra isə onlar "Geridönməzlik" (Irreversible) filmində tərəf müqabili olublar. 2004-cü ildə cütlüyün Deva adlı qızları doğulub.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR