XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.
XII əsrdə Azərbaycan ədəbiyyatında şeir məktəbinin təsisçilərindən biri olan, əsl adının Mənicə olduğu zənn edilən Məhsəti Gəncəvi ədəbiyyatda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Gəncədə doğulub böyüyən Məhsətinin həyatı haqqında çox az məlumat vardır. Qədim təzkirəçilər bu bacarıqlı şairənin yoxsul bir ailədə doğulub-böyüdüyünü, yaxşı musiqişünas olduğunu, Gəncə xətibinin oğlu Əmir Əhmədlə münaqişəsini, Gəncədən sürgün edilməsi barədə məlumat vermişlər. Məhsəti haqqında verilmiş müxtəlif məlumatın hamısında bir fikir, bir cəhət aydın olur ki, o, öz dövrünün son dərəcə istedadlı şairəsi olub, xalq içərisində yüksək nüfuz və hörmət qazana bilmişdir. Məhsətinin obrazı eyni zamanda bir sıra yazıçıların da diqqətini cəlb etmişdi.
"Qılınc və qələm" əsərinin müəllifi Ordubadi, Dilbazi və başqaları Məhsəti Gəncəvinin bədii surətini yaratmağa cəhd etmişlər. Məhsəti Gəncəvinin Yaxın Şərqdə çox şöhrət qazanmış rübailəri tam şəkildə əldə deyildir. Bu görkəmli sənətkarın əlyazmaları bizə qədər gəlib çata bilmədiyi kimi, rübailərdən də çox az bir hissə saxlanıla bilmişdir. Şairə həm də rübailərlə yanaşı, qitə və qəzəllər də yazmışdır. Onun əsərlərinin üzü köçürülərək, divan bağlanmış, lakin sonralar bu divan itmiş, dövrümüzə qədər gəlib çatmamışdır. Onun rübailəri müxtəlif tarixi-ədəbi mənbələrdən və "Əmir Əhməd və Məhsəti" dastanından toplanmışdır.
Bunlar isə onun rübailərindən sadəcə bir neçəsidir.
***
Görsən məni bir söylə nədən dinmirsən?
Qan tökməyə təşnədir gözün,dönmürsən,
Çərxinmi cəfasıdır çatılmış qaşlar,
Cəlladmısan, insanlığı öyrənmirsən?!
***
Qəlbində küfr var, nə namaz ya iman?
Keçmiş bu zəhər cana, nə eylər dərman.
Hər yerdə tanıtdın özünü sən zahid,
Çirkindirsə nəfsin, bu xeyir verməz, qan!
***
Özgədən heç zaman gözləmə kömək,
Quru budaq kölgə salmaz, ey ürək,
Qənaət əzizdir, tamah xar edər,
Az olan şeylərə qənaət gərək.
***
Ey ürək! Ömrümü vermişsən badə,
Gülüb yetməmisən kamə, muradə.
Kimsə yetişmədi dadıma heyhat!
Mən sənin əlindən gəldim fəryadə.
***
Qəminlə ürəkdə qalmamış həvəs,
Cavanlıq şövqü də keçəcək əbəs.
Eşqin bir ölümdür, qalmışdır yalnız-
Yaşamaq adıyla bir quru nəfəs.
***
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
***
Xalqın başında gər olsan da bir tac,
Ağladar səni də bir gün ehtiyac.
Xalqın dərdinə qal, ona yaxın ol,
Qorx o gündən özün olasan möhtac.
***
Boy-buxunu, çiyni nöqsanlıdan dad,
Namərd kişilərdən yaxşıdır arvad...
Bivəfa dostlardan düşmən yaxşıdır,
Etimadsız dostu yadından çıxart.
***
Şam başından yanar, göz yaşı tökər.
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şama diqqət et,
Məhv olur başıyla ayağa qədər.
***
Nədən səni belə yandırdılar şam,
Yaddan çıxartdılar burda bir axşam?
Sən özün dilə gəl, neyləsin əgər
Yaranmışsa ancaq yanmaqçün adam?!
***
Qəm görmüşə hər gün yeni bir qəm yetişər
Dərd ilə yanan qəlbə dava kəm yetişər,
Aşiqləri öldürməyə çox meyl etmə,
Bir gün sənə də bəla, ey sənəm, yetişər.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR