İndira Qandi Brejnevlə dostluq edirdi, Mao ilə münasibətlərdə isə soyuqluq yaşanırdı. Səbəb Çindəki qeyri-demokratik ab-hava, üstəlik, çinlilərin Tibeti işğalı nəticəsində, Hindistana axışan qaçqınlar idi...
Və Atom boması – bəli, atom bombası İndiranın ideyası idi. Pakistanla münasibətlər gərgin həddə çatmışdı. Qandi müdafiəyə inanılmaz pullar xərcləyirdi...
Bəs İndira Qandinin ən böyük səhvi hansı idi? Qərb iki milyon kasıb hindunun dölsüzləşdirilməsini faşist aksiyası kimi dəyərləndirdi. Bəli, bu xanım siyasətçinin ən böyük yanlış addımı idi. Bunu etmək lazım deyildi. Amma siyasi liderlər tərəfindən təzyiqlər edilirdi, həmçinin, İndiranın oğlu da kasıb kişilərin dölsüzləşdirilməsinin yoxsulluğun artmasının qarşısını alacağına ümid bəsləyirdi. Hökümət milyonlarla ac uşağın öldüyünü görürdü, odur ki, konkret addımlar atmaq lazım idi…
O yalnız Hindistanda deyil, bütün dünyada əfsanəyə çevrilməyə bacardı. Qadın siyasətçi, amma ilk növbədə, qadın…
İndiraya simvol, əlində hakimiyyət olan biri və ya düşmən kimi baxanda onun nələr çəkdiyini bir özü bilirdi. Kişidən fərqli olaraq, qadına hakimiyyət başında olmaq daha çətindir. O, səhv edə, zəiflik göstərə bilməz. Əgər kişiyə adi bir cəhd etmək kifayət edirsə, qadın mükəmməl olmalı, ona olan inamı təmin etmək üçün qəhrəmana çevrilməlidir. Köməkçilərinin məsləhəti ilə davranıb qərar verdiyi vaxtlar onu “səfeh gəlincik” adlandırırdılar. Amma o, tarixə müdrik siyasətçi və Hindistanın sevimli qızı kimi düşdü. İndira Qandi atası ilə fəxr edən qız, sevimli həyat yoldaşı və ana idi. Bütün qadınlar kimi, o da gözəl olmağı arzulayırdı, bununla yanaşı, ailə və evdən ibarət olmayan xoşbəxtlik axtarırdı. Onun dünyası böyük idi. İndira xalqının, bütün Hindistanın xoş gününü görmək istəyirdi. Xanım Qandi məhz bu arzusuna – insanları xoşbəxt etmək, yaşayış şəraitini yaxşılaşdırmaq arzusuna bütün həyatını həsr edir.
O, çox qurbanlar verməli oldu, şəxsi həyatı ictimailəşdi. Bu çox çətindir, sən daim güclü olmalısan, minlərlə insan taleyinin asılı olduğu qərarlar verməlisən – düzgün qərarlar...
İndira Qandi Hindistanın azadlıq uğrunda mübarizə aparan parlaq siması baş nazir Cəvaharlal Nerunun yeganə qızı idi.
“Erkən yaşlarımdan qeyri-adi insanıların əhatəsindəyəm və qeyri-adi hadisələrin iştirakçısıyam. Uşaqlığım da bu şəraitdə keçib” – Qandi xatırlayırdı. Hələ o vaxt Hindistanda azadlıq uğrunda nümayiş edən insanların ingilis əsgərləri tərəfindən güllələndiyinin şahidi olduqdan sonra İndira xaricdən gətirilən gəlinciyini oda atmışdı… Onun ailəsi də xarici mallardan imtina etmişdi.
Atası həbsdə olanda qızına oradan yazırdı. Sonralar Cəvaharlal Nerunun “Qızıma məktublar”ı kitab şəklində nəşr olundu. İndiranın atası, sözsüz ki, qızının dünyagörüşünə təsir göstərmişdi və İndira: “Həyatın həqiqi yolu – həqiqət, zor tətbiq etməmək və məhəbbətə əsaslanır” – qeyd edirdi. Xanım siyasətçi tez-tez atasını xatırlayır və atasının ona xeyir-dua verəcəyinə ümid edirdi: “Atam dövlət əri idi. Mən, sadəcə, qadın siyasətçiyəm. Atam müqəddəs idi, mən isə yox”…
İndira Qandi Avropada təhsil alırdı. Oksforddan qayıdan xanım Qandi vəkil Feruz Qandi ilə ailə həyatı qurur.
Feruz İndiranın həyat yoldaşı olmaqla yanaşı, ona dayaq, dost idi. Başqa dinə və daha aşağı kastaya aid olmasına baxmayaraq, İndira onun həyat yoldaşı oldu və ona Raciva və Sancay adında iki oğul bəxş etdi.
Bəs İndira xoşbəxt idi? O, güclü, hökmlü qadın idi, şəxsi həyatı barədə danışmağı sevmirdi. Feruza isə belə qadınla yaşamaq çətin idi. İndira özünü xalqına həsr edir. 1966-cı ildə o, Hindistanın ilk qadın baş naziri olur. Xanım Qandi deyirdi: “Düşünmürəm ki, kişilər qadınlardan daha çox azad edilib”. İndira ilə fəxr edirdilər, amma səhvlərini də bağışlamırdılar. Və elə bir gün gəldi ki, bütün ömrünü xalqına həsr edən insanı həmin xalq dəstəkləmədi. Ancaq İndira onda da təslim olmadı və bir neçə ildən sonra yenidən zirvələrdə göründü.
Onu daim ölümlə hədələyirdilər, fəqət İndira həmişə öz bildiyi kimi, hərəkət edirdi. O, qəddar olmağı bacarırdı, özünə və ətrafa qarşı…
İndira ərini, atasını və kiçik oğlunu itirsə də, işləməyə davam etdi. O deyirdi: “Dünya seçilmişlər üçün qəddar məkandır, xüsusilə, hiss etməyi bacaranlar üçün”...
O isə hiss etməyi bacarırdı, və nəinki öz ağrısını, həmçinin, bütün Hindistanın ağrısını… İndira Qandinin həyatı qələbə, uğursuzluqlar, öz yolunda sonsuz inamdan ibarətdir. O, qanının hər bir damlasının Hindistana aid olduğunu söyləyirdi. Hindistanın qızı 1984-cü ilin 31 oktyabr tarixində öz şəxsi mühafizəçisi tərəfindən qətlə yetirildi.
İndira Qandinin seçilmiş sitatları:
Son üç ildə çox yorulmuşam, işlərdən kənarlaşmasam, ölə bilərəm. Uzun illər ailəmə və dövlətimə xidmət göstərmişəm. İndi artıq başqa həyat yaşamaq istəyirəm. Amma ola bilsin, ona hazır olmaya bilərəm.
(İ. Qandinin Oksforddakı rəfiqəsi Doroti Normana məktubundan)
Təcrübəm deməyə əsas verir ki, əgər insanlar sənin əleyhinə nəsə edirsə, son nəticədə, bu sənin xeyrinə olacaq.
Heç bir hindistanlı siyasətçi xalqa inəyin yeyilə biləcəyini izah etməyə cürət etməz.
Tarix ən pis şagirdləri olan ən yaxşı müəllimdir.
Aytən Cavanşir
XƏBƏR LENTİ
Möhtəşəm ziyafət çantaları
Qış gəlinləri üçün xüsusi gül buketləri
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Bulvarda yeni atraksionlar
Meymun aparıcının üstünə cumdu-VİDEO
Rusiya alimləri mümkünsüzü mümkün etdilər
Ağıllı fincan hazırlanır
İncə bədənli xanımlar necə geyinməlidir
Təcrübəsiz sürücülərə məsləhətlər
Jennifer Lopez yeni klipini təqdim etdi
Türkiyədə evdən çıxmaq qadağan olundu
Çində robotlar arasında mübahisə düşdü - VİDEO
Oğlu İbrahim Tatlısəsi ifşa etdi - FOTO
Türkiyədə karantin yenidən SƏRTLƏŞDİRİLDİ
Sevdiyin yeməklərlə pəhriz saxla
Ermənistan Kürə zəhər axıdır
Həftənin ilk iş günü hava necə olacaq?
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
"Qalatasaray" Türkiyədə ilkə imza atdı
Yeni silahlar Qarabağa yerləşdirilir
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Ağızda əriyən limonlu tort (foto resept)
Apple Çində lider mövqedədir
Bu da internetlə bağlı statistika
Qızcığazlar və gəlinciklər
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Ayaqqabılar haqqımızda nə deyir?
Bakıda Avropa Olimpya komitəsinin 5-ci iclası keçırılıb
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
Məşhur futbolçu ebolaya yoluxub?
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Gənc xanımlar üçün donlar
Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”
Qeyri-adi sırğalar
Günün ulduz falı
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
Mehmet Ali Erbil 225 gündən sonra evə qayıdacaq
Məşhur aktrisa prokurorluqda -FOTO
Milli Şuradan istefalar gözlənilir
Məhəmməd Əlinin oğurlanmış əlcəyi tapıldı - FOTO
Yer üzünün ən gözəl qızları - FOTO
Sızanaqlar üçün 3 maska
Aclıq güc gələndə...
Azərbaycanın kino tarixində ilk
Tərəvəzli krep (foto-resept)
Saç düzümləri