Hər kəsin ağılında qalan fərqli bir Julia Roberts var. Erin Brockovich xarakteriylə mübariz bir qadın, "Notting Hill" də Hugh Granttən sevgi gözləyən bir Hollywood ulduzu, "Pretty Woman" da banyoda köpüklər içində Richard Gerə mahnı söyləyən başdan çıxarıcı bir gözəl. Bəs əsl həyatda Julia kimdir?
Səhər saat doqquzda və Parisdə Volter Bulvarının yanında işlək bir yolda sıxışıb qaldığım taksinin sürücüsü davamlı əsəbləşir. Julia Robertslə görüşüm olduğunu söyləyirəm, amma bu ona çox bir şey ifadə etmir. Çarəni ağıllı telefonumdan bir fotoşəkil göstərməkdə tapıram və sonunda sürücünün üzündən bir işıqlanma oxunur: "Aa bəli, əlbəttə, Pretty Woman bu!"
Baqajı açıq, boz bir mikroavtobus önünə park etmiş, içindən asqılarda onlarla paltar çıxır, ovsunlayıcı gözəllikdə ağ bir evə daşınır. Mən daxil hər kəs, Parisə Lancômeun Casino de Parisdə qeyd olunan 80-inci il dönümü ziyafəti üçün gəlmiş olan, markanın La Vie Est Belle ətirinin üzü, yaşayan əfsanə Julia Robertsi gözləyir. Saatın 10 olmasıyla o an gəlir! Mətbuat məsləhətçisi, stilisti, bərbər və makyözündən ibarət qrupu öndən sıra halında çıxdıqdan sonra Julia görünür. Saçlarını təpədən toplamış, uzun incə qıçlarına çox yaraşan şortunun üzərinə geydiyi köynəyi və incə pencəyiylə rahat görünür.
Gecikməyi sevmir.
Julianın naharı yumru bir nimçədə gəlir. Fransız olaraq mənə yumurta ikram etmək istəyir, "ouf istərsənmi?" Deyə soruşur. "Ouf 'deyil' oeuf" deyə düzeltdiyimdə, eynilə o dini filmdə Richard Gerein ləl-cəvahirat qutusuyla etdiyi saqqal səhnədə olduğu kimi qəhqəhəni partladır. Olduğumuz səmti bir yaxşı bilməsə də, Parisi çox sevir. Maraisdəki Cafe Charlot və Jardin des Plantese bir neçə addım uzaqlıqdakı Menagerie sevdiyiniz məkanlarındandır. Rue du Faubourg Saint-Honorede olan otel Bristoldən təriflə bəhs edir. Julianın uşaqları da otelin məşhur pişikləri Kleopatre və Fa-Raonanı sevirlərmiş. Telefonundan çıxarıb mənə ailəsinin fotoşəkilini göstərir. Qızı Hazelin saçları sünbül kimi sarı, kiçikkən özünün də eləymiş. Optimist olmanın bir seçim olduğunu düşünən Juliyaya onu nəyin əsəbləşdirdiyini soruşuram. Gec qalan insanlara bir az əsəbiləşdiyini özünə xas həm ciddi, həm zarafatcıl səs tonuyla açıqlayır.
O bir kənçi qızı.
Xüsusi Bir Qadın (Pretty Woman), 1990
Julia, Georgia Smyrnada kiçik bir qəsəbədə böyümüşdür. Atası elektrik süpürgə satıcısı, anası katibə olan Julianın kiçikliyində xəyalı böyüyüncə baytar və ya müəllim olmaqmış. Valideynlərinin teatra böyük marağı sayəsində bacısıyla birlikdə kiçikkən tez-tez teatra getmək imkanı olmuşdur. Ailəsinin nə qədər yaradıcı, ehtiraslı və enerji dolu olduğunu mənə qürurla izah edir. Təəssüf ki, yalnız doqquz yaşındaykən atasının ölümünə şahid oldu. Kameraman yoldaşı Daniel Moderin eyni zamanda ən yaxın dostu olduğunu söyləyir. İlin yarısı Malibudaki ekoloji evində, digər yarısı New Mexikoda vəhşi təbiətin içində keçən ailə həyatına çox düşkündür. Uşaqlarını məktəbə özü aparır, tapşırıqlarına kömək edir. Hobbiləri arasında yemək hazırlamaq və hörgü hörmək var. Tam bir səhər insanı olduğu hər halından bəllidir, günə 05.30-da başlayır. Harry Potter ardıcıllığını sevən uşaqlarına hər axşam kitab oxuyur.
Julianın üzü yaxından mükəmməl görünür. Sağ gözünün altındakı xal, ona şirin bir hava qatır. 47 yaşında olduğunu bilirəm. O, yaşıyla əlaqədar yalan söyləməyən qadınlardandır. Bir az da Julianın heyran olduğu qadınlardan bəhs edək. Hillari Klinton üçün, "Qeyri-adi bir qadındır, tamamilə onu dəstəkləyirəm" deyir. Ellen DeGeneresin həyat enerjisinə heyrandır. Jodie Foster kimi sakit bir insanla işin nə qədər gözəl olduğunu izah edir. Və sonra Lancômeun köhnə üzü Isabelladan həyəcanla bəhs edir: "Ləqəbim Isabella Rossellini olsun istərdim. Onunla danışarkən gözəlliyindən təsirlənməmək mümkün deyil. Birlikdəykən zaman dayanır, saatlarla söhbət edə bilərlər. "
Həqiqətən də xüsusi bir qadındır.
Layihələrinə gələcək olsaq, son olaraq iki yeni filmdə yer aldı. Biri, qızı öldürülən ananı canlandırdığı Billy Rayin "Secret in Their Eyes" filmi, digəri də Jodie Foster və Corc Clooneylə baş rolları paylaşdığı, 2016-da ekranlarda olacaq "Money Monster". Birlikdə altı saat keçirməmizə əsaslanaraq deyə bilərəm ki, Julia həqiqətən işıq saçan bir qadındır. Bir çox reportajında özündən, adi bir iş edən sıravi bir qadın olaraq bəhs etdiyini oxumuşdum. Mən də hər kəs kimiyəm. Öz yolumda yavaş, amma əmin addımlarla irəliləyirəm, əlimdən gələnin ən yaxşısını edirəm və təbii, ara-sıra Parisə gələrək inanılmaz bir partiyə qatıldıqdan sonra səhər başım çatlayaraq oyandığımda nəzakətli bir gənc adamın əlindən qəhvəmi içmək kimi dəliliklər də edə bilirəm", deyir amma əslində yanılır. O həqiqətən də qeyri-adi bir qadındır. Julia Roberts sizə gülümsədiyi zaman, həyat sizə gülürmüş kimi hiss etdirir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR