1. Kitab oxumaq stresi azaldır.
Çoxlarımız tez-tez eşidirik, oxumaq faydalıdır. Ancaq məhz nədə faydalıdır? Stresdən qurtulmaq üçün təkcə musiqi dinləyib, gəzintiyə çıxmaq deyil, həm də zövqünüzcə olan bir kitabı oxumaq da xeyirlidir. Cəmi 6 dəqiqəlik kitab oxunması müddətində insan stresli vəziyyətinin səviyyəsini aşağı salmağa nail ola bilir.
2. Kitab oxumaq yuxusuzluğu aradan qaldırır.
Yəqin ki, filmlərdə, yaxud psixoloqların tövsiyələrində görmüsüz, yuxuya getməkdən əziyyət çəkənlərə kitab oxumağı məsləhət görürlər. Çünki bu yuxulamaq üçün ən effektli üsullardan biridir. Loş işıqda sevdiyiniz bir kitabı oxumaqla beyninizə istirahət siqnalını ötürmüş olacaqsınız.
3. Kitab oxumaq insanı daha da həssaslaşdırır.
Məlum məsələdir ki, kitab oxumaqla oxucu həm də əsərlərin qəhrəmanlarının müsbət keyfiyyətlərinin təsiri altına düşür. Tədqiqatlar göstərmişdir ki, bədii əsərlərin nüfuzu ondan ibarətdir ki, insanlar real həyatda başqalarının hiss və həyəcanlarını anlamağı öyrənirlər.
4. Oxumaq beyin funksiyalarını inkişaf etdirir.
Emori Universitetinin alimlərinə görə bir kitabın oxunmasından sonra insanlarda bir neçə gün ərzində intellekt səviyyəsi yüksəlir.
5. "Özünü öyrət" kitabları ruh düşkünlüyü (depressiya) ilə mübarizədə kömək edir.
Şotlandiyada aparılan testlərdən birinin nəticəsinə görə xəstələrə təqdim edilmiş belə kitablardan bir il sonrakı nəticələr adi şəkildə həkimlərdən kömək alan xəstələrin nəticələri ilə müqayisədə daha müsbət olmuşdur.
6. Kitab oxumaq sizləri daha cazibədar edir.
Yüksək intellektuallıq sizi insanlar arasında daha fərqli edir. İstənilən mövzuda məharətlə danışmaq bacarığı sizi üstün edəcək. Dahi şairimiz necə deyib:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
7. Oxumaq həyat məqsədlərini müəyyənləşdirməyə və çətinliklərə sinə gərməyə kömək edir.
Ohayo ştatı Universiteti alimləri aşkar ediblər ki, insan nəqər çox kitab oxuyursa, bir o qədər kitabın obrazları ilə özünü müqayisə edir, özünü onların yerinə qoyur və bunu real həyatında tətbiq etməyə səy göstərir. Bu səbəbdən yaxşı nümunə olacaq kitabları oxumaqda fayda var.
8. Kitab oxuyan insanlar sosial cəhətdən daha aktivdirlər.
İncəsənət fondlarının araşdırmalarına görə çox oxuyan insanlar mədəni, ictimai təşkilatların və cəmiyyətlərin fəaliyyətində daha yaxından iştirak edirlər.
9. Kitab oxumaq hafizəni və düşüncə qabiliyyətini yaxşılaşdırır.
Hər dəfə siz kitab oxuyanda beyninizi məşq etdirirsiniz. Hər dəfə beyin alınmış məlumatları saxlamaq üçün yeni əlaqələr qurur. Bu da düşünmə, təfəkkür etmək üçün şərait yaradır.
10. Oxumaq lüğət ehtyatını zənginləşdirir.
Kitab oxuduqda çoxunuz elə sözlər, ifadələrlə qarşılaşırsınız ki, onlar gündəlik nitqdə istifadə edilmir. Bu cür tanış olmayan sözlərin mənasını başa düşə bilmək üçün izahlı lüğətə müraciət etməli olursunuz. Beləliklə, kitab oxumaq nəinki lüğət ehtiyatını zənginləşdirir, eyni zamanda savadlılıq dərəcəsini də artırır.
11. Kitab oxumaq sizin yazıçılıq qabiliyyətinizi inkişaf etdirir.
Başqa müəlliflərin kitabalrını oxuduqca sizin öz üslubunuz yaranmağa başlayır. Necə ki, hər hansı bir musiqiçi bir başqa musiçiyə təsir göstərə bilir, eləcə də kitab müəllifləri yazıçılara öz üslubları ilə təsiredə bilirlər.
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR